118
Torpaq ehtiyatlarının dövlət idarəetmə orqanları sistemi özündə Azərbaycan Respublikası Dövlət Torpaq
və Xəritəçəkmə Komitəsinin baş idarələrini və onun rayon, şəhər şöbələrini birləşdirir.
Yerlərdə torpaq fondunun dövlət idarəetməsi orqanlarının formalaşdırılması, təbii ki, müvafiq regional
orqanların formalaşdırılması ilə qırılmaz şəkildə bağlıdır. Aşağıdan yuxarıya şaquli istiqamətdə vahid
idarəetmənin yaradılmasının
vacibliyini nəzərə alaraq, torpaq ehtiyatlarının
dövlət idarəetməsinin bütün
sadalanan funksiyaları aşağıdan yuxarıya onun sisteminin bütün elementlərinin mahiyyətinə daxil olmalıdır.
Qüvvədə olan qanunvericiliyə müvafiq olaraq, hazırda torpaqların istifadəsinə və mühafizəsinə görə
nəzarətin həyata keçirilməsi və torpaq kadastrının aparılması üzrə əsas işlər rayon (şəhər) strukturlarında
cəmlənmişdir. Eyni dərəcədə yerquruluşu funksiyasının həyata keçirilməsi ilə əlaqədar olan işlərin müəyyən
həcmi, həmçinin torpaq ehtiyatlarının dövlət idarəetməsi rayon (şəhər) orqanları ilə həyata keçirilir. Bununla
əlaqədar, onun funksiyalarının həyata keçirilməsi üzrə torpaq ehtiyatlarının dövlət idarəetməsinin bütün
strukturları arasında səlahiyyətlərin bölünməsi zəruridir.
Torpaq ehtiyatlarının idarə edilməsi üzrə xüsusi dövlət orqanları ilə yanaşı bəzi idarəetmə funksiyaları,
xüsusən də dövlət nəzarəti funksiyası digər dövlət orqanlarının – təbiəti mühafizə, tikinti və arxitektura və
sanitar-epidemioloji orqanların üzərinə qoyulmuşdur.
Torpaq ehtiyatlarınnı dövlət idarəetməsi funksiyasından savayı qüvvədə olan qanunvericilik torpaq
fondunun idarə edilməsinin dövlət xarakteri daşımayan bəzi funksiyaların nəzərdə tutmuşdur. Belə ki,
«Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikasının Qanununa (29 iyun 2001-ci il)
görə bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların
istifadəsi və mühafizəsi
sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur (maddə 5).
Beləliklə, göstərilən funksiya həm dövlət, həm də qeyri-dövlət xarakteri daşıyır. Sonuncu halda göstərilən
funksiyanın yerinə yetirilməsi yerli özünü idarəetmə orqanlarının müstəsna hüququdur.
Torpaq qanunvericiliyinə riayət olunmasına görə nəzarət -
dövlət, ictimai və istehsalat nəzarəti olmaqla
- üç yerə ayrılır. Torpaqların istifadəsinə və mühafizəsinə görə ictimai nəzarət, torpaq qanunvericiliyini yaxşı
bilən və təbii ətraf mühitin mühafizəsi sahəsində təcrübəyə malik olan şəxslərdən torpağın
istifadəsi və
mühafizəsinə görə nəzarət üzrə xüsusi səlahiyyətli dövlət hakimiyyəti orqanlarının təyin etdiyi ictimai birliklər
və ictimai müfəttişlər tərəfindən həyata keçirilir. Müəssisələrdə, idarələrdə və təşkilatlarda torpaqların
istifadəsinə və mühafizəsinə görə istehsalat nəzarəti aparılır. İctimai və istehsalat nəzarətinin aparılması qaydası,
dövlət nəzarətinin aparılması qaydası kimi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən
edilir.