§ 19. Yaşayış məntəqələrinin torpaqları
Şəhərlərin və digər yaşayış məntəqələrinin torpaqları şəhərlərin və həmin yaşayış məntəqələrinin
hüdudları çərçivəsində olan torpaqlardır. Şəhərlərin və digər yaşayış məntəqələrinin hüdudları – şəhərin,
qəsəbənin, kənd yaşayış məntəqəsinin torpaqlarını digər torpaq kateqoriyalarından ayıran xarici sərhəddir.
«Şəhərsalmanın əsasları haqqında» Azərbaycan Respublikasının Qanununa görə (11 iyun 1999-cu il)
istehsal qüvvələrinin səmərəli yerləşdirilməsi şərti ilə məskunlaşma sisteminin ərazi-məkan təşkilində milli,
tarixi-mədəni irsin xüsusiyyətləri, ekoloji hidroekoloji, seysmik tələblər nəzərə alınmaqla şəhərsalma
planlaşdırılmasında, layihələşdirilməsində, tikintisində və yenidən qurulmasında müvafiq icra hakimiyyəti
orqanlarının, hüquqi və fiziki şəxslərin fəaliyyəti şəhərsalma fəaliyyət adlanır.
Qanunda ölkənin sosial və iqtisadi inkişafı ilə bağlı, uzun müddət üçün tərtib olunan, şəhər və digər
yaşayış məskənlərinin planlaşdırma strukturunu, yaşayış sənaye, kommunal və digər funksional zonaları,
istehsal, sosial, mühəndis (su, kanalizasiya, istilik, qaz, elektrik, rabitə və s.) və nəqliyyat infrastrukturunun
inkişafını, ətraf mühitin, tarixi-mədəni irsin mühafizəsi və istifadə olunması prinsiplərini müəyyən edən
şəhərsalma sənədi baş plan kimi təsbit olunmuşdur.
Şəhərsalma fəaliyyətinin əsas obyektləri aşağıdakılardır (maddə 5):
- Azərbaycan Respublikasının ərazisi;
– coğrafi regionlar, inzibati bölgülərin əraziləri;
– şəhər və digər yaşayış məskənləri;
– məskənlərarası ərazilər;
– ərazi-istehsalat (sənaye, aqrosənaye, hidrotexniki) kompleksləri;
– mühəndis (su, kanalizasiya, istilik, qaz, elektrik, rabitə və s.) nəqliyyat şəbəkələri və sistemləri;
– qoruq şəhərləri, tarix və mədəniyyət abidələri, şəhərsalma, memarlıq, təbii-mədəni landşaft kompleksləri,
parklar, ansambllar, bina və qurğular;
– yaşayış və digər zonalar, ictimai mərkəzlər, idman kompleksləri, rayonlar, mikrorayonlar, məhəllələr, tikinti
sahələri;
– sanatoriya-kurort, turizm kompleksləri və obyektləri;
– rekreasiya əraziləri;
– xüsusi qorunan ərazilər;
– yaşayış məskənlərində və məskənlərarası ərazilərdə yerləşən daşınmaz əmlak və onların komplekslərində
yenidən planlaşdırma, yenidənqurma, genişləndirmə işləri aparılan obyektlər.
Şəhərsalma fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslər dövlət şəhərsalma norma və qaydalarına
mütləq əməl etməlidirlər. Bu norma və qaydalar şəhərsalma fəaliyyətini tənzimləmə vasitəsi olmaqla,
şəhərsalma sənədlərinin hazırlanmasını və həyata keçirilməsini müəyyənləşdirən təbii-iqlim, milli ənənələri və
yerli xüsusiyyətləri, ekoloji, geoloji, hidrogeoloji, seysmik, demoqrafik şəraiti, sosial, mədəni-məişət
obyektlərinə olan tələbatı, əlillərin ehtiyacını, su, kanalizasiya və enerji təchizatını, sanitariya-gigiyena, yanğına
qarşı və digər mütləq tələbləri ifadə edən kəmiyyət və keyfiyyət göstəriciləri kompleksidir.
133
Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2006-cı il tarixli, 394 Saylı Fərmanı ilə təsdiq edilmiş
Dostları ilə paylaş: |