131
Təbii və antropogen proseslərin zərərli təsiri nəticəsində münbitliyi itirilmiş torpaqların
münbitlik
xassələrinin bərpası və artırılması məqsədi ilə onlar təsərrüfat dövriyyəsindən müvəqqəti olaraq çıxarılır və
konservasiya edilir. Bu zaman təbii proseslərin zərərli təsiri nəticəsində münbitliyi itirilmiş və konservasiya
edilmiş torpaqların dəyəri dövlətin büdcəsindən ödənilir. Lakin bu vəziyyət antropogen təsir nəticəsində
yarandıqda, torpaqların dəyəri təqsirkar şəxslər tərəfindən ödənilir.
«Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikasının Qanununda (29 iyun
2001-ci il) nəzərdə tutulmuş hallar
istisna olmaqla, məqsədli təyinatına və hüquqi rejiminə görə bələdiyyə
torpaqlarının tərkibinə bütün kateqoriyalardan olan torpaqlar daxil edilə bilər. Bu zaman kənd təsərrüfatı
təyinatlı torpaqları yalnız məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl
edilməklə
istifadəyə və icarəyə verilir.
Bələdiyyənin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər:
–
yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar;
–
kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar;
–
hüquqi və fiziki şəxslərin istifadəsinə və icarəsinə verilmiş kənd təsərrüfatına az yararlı və
yararsız torpaqların öz vəsaiti hesabına yararlı hala salınmış kənd təsərrüfatı təyinatlı torpaqlar;
–
qeyri-kənd təsərrüfatı məqsədləri üçün istifadəyə və icarəyə verilmiş torpaqlar.
Lakin,
ümumi istifadədə olan, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan
bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz.
Respublikamızda bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları bələdiyyələrin
qərarı ilə bilavasitə, torpaq hərracları və ya müsabiqələri vasitəsi ilə satıla bilər. Bu zaman kənd təsərrüfatı
torpaqlarının, onlar üzərində istifadə və icarə hüquqlarının, habelə kənd təsərrüfatına az yararlı və yararsız
torpaqların kənd təsərrüfatına və onunla bağlı olan dövriyyəyə cəlb edilməsi məqsədilə satın alınmasında
üstünlük hüququ, bu torpaqların əvvəlki istifadəçilərinə və icarəçilərinə, torpaqlardan istifadə etməklə ailə
kəndli təsərrüfatı kimi fəaliyyət göstərmək istəyən müvafiq yaşayış məntəqəsində daimi
yaşayan və qeydiyyatda
olan torpaq payı almamış vətəndaşlara və istefaya çıxmış hərbi qulluqçulara, habelə satışa çıxarılan
sahələrlə
həmsərhəd yerləşən kənd təsərrüfatı məhsulları istehsalçılarına verilir.
Kənd təsərrüfatı ehtiyacları üçün verilmiş və ya bu məqsədlər üçün nəzərdə tutulan bələdiyyənin kənd
təsərrüfatı təyinatlı torpaqlarından istifadə qaydaları və şərtləri torpaq və aqrar qanunvericiliklə tənzimlənir.