BioküTLƏLƏrin və yanar bərk tullantilarin utilizasiya yollarinin müqayisəli analizi



Yüklə 0,49 Mb.
Pdf görüntüsü
səhifə2/10
tarix02.01.2022
ölçüsü0,49 Mb.
#42117
1   2   3   4   5   6   7   8   9   10
31) irp journal - 2018-2 186-192

Açar  sözlər:  kömür,  neft,  qaz,  nüvə  yanacağı,  ənənəvi  yanacaqlar,  qeyri-ənənəvi  alternativ  yanacaqlar, 

biokütlə, bərk yanar tullantılar, piroliz, qazlaşdırma, fermentasiya, bioqaz, generator qazı.

 

 

 



Bəlli  olduğu  kimi,  hal-hazırda  bəşəriyyətin  tələb  etdiyi  əsas  enerji  növləri  sayılan 

elektrik, və istilik enerjisi əsasən bərk, maye və qaz şəkilli ənənəvi yanacaq  növlərindən istifadə 

etməklə  istehsal  olunur.  Əgər  ayrı-ayrı  istisna  halları  nəzərə  almasaq,  onda  bütün  dünya  üzrə 

hasil  olunan  elektrik  enerjisinin  əsas  hissəsi  istilik  elektrik  stansiyalarının  (İES)  payına  düşür. 

Sonrakı yerləri isə atom elektrik stansiyaları (AES) və su elektrik stansiyaları (SES) tutur. AES 

da digər və daha enerjitutumlu növü olan nüvə yanacağından istifadə etməklə fəaliyyət göstərir. 

Lakin  həm  bütün  növ  ənənəvi  yanacaq  növləri,  həm  də  nüvə  yanacağı  daimi  deyildir.  Bəlli 

olduğu  kimi,  bəşəriyyət  yaxın  gələcəkdə  təbii  enerji  mənbələri  olan  ənənəvi  yanacaq 

çatışmamazlığı  ilə  üzləşəcəkdir.  Belə  ki,  əgər  inkişaf  etmiş  ölkələrdə  elektrik  enerjisinə  olan 

tələbatın  illik  artım  tempinin  2,53%  olduğunu  nəzərə  alsaq,  onda  dünya  üzrə  olan  bütün  neft 

ehtiyatlarının  25-48,  qaz  eytiyatlarının  35-64,  daş  kömür  ehtiyatlarının  228-330,  uran 

ehtiyatlarının isə 30-60 ilə tam tükənəcəyi bəlli olur [1-3].  

Azərbaycanın  neft  və  qaz  ehtiyatlarına  gəlincə,  bizim  respublikamızda  bu  sahədə 

vəziyyət heç də ürək açan deyildir.  Belə ki, Azərbaycan  neft ehtiyatlarına görə  OPEK də daxil 

olmaqla  103  ölkə  arasında  20-ci,  qaz  ehtiyatlarına  görə  isə  107  ölkə  arasında  27-ci  sırada 

qərarlaşır. Bu ilk baxışdan bir qədər təsəlli verici kimi görünsə də, neftin və qazın hazırki hasilat 

tempi  və xarici ölkələrə ixracatı  ilə əlaqədar  mövcud neft ehtiyatlarımızın ən yaxşı halda 70 ilə, 

qaz ehtiyatlarının isə 100 ilə tam tükənəcəyi bəlli olur [4,5].  

Yuxarıda qeyd olunanları nəzərə aldıqda, bəlli olur ki, gələcəkdə məcburən əsas yanacaq 

rolunu odun oynaya bilər, hansı ki, tarixən bəşəriyyətə bəlli olan ən qədim yanacaq növü hesab 

olunur. Lakin odundan çox planlı şəkildə istifadə etmək lazımdır. Belə ki, ondan yanacaq kimi 

geniş miqyasda istifadə böyük fəlakətə, yəni bütün canlı aləmin (bütövlükdə faunanın) məhvinə 

gətirib çıxara bilər. Odur ki, nə qədər meşə qırılırsa, ona adekvat miqdarda da meşəsalma işləri 

aparılmalıdır və yaxud, əksər ağac növlərinin təkrar bərpa müddətinin 50 ildən yuxarı olduğunu 

nəzərə  alaraq,  onların  hər  ildə  2%-dən  artıq  kəsilməsinə  qəti  qadağalar  qoyulmalıdır.  Onu  da 

qeyd etmək  lazımdır ki, hazırda  Azərbaycanın  ən məhsuldar  meşə  fondunun 261000 ha hissəsi 





Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin