Journal of Radiation Researches, vol.5, №2, 2018, Baku
189
Cədvəl 2. Bəzi BK növləri və bərk məişət tullantılarının element təkibi
Xammalın növü
Elementar analiz (quru
qalıqda)
Eksprass analiz (quru qalıqda)
C
H
N
O
S
kül Nəmlik
Uçucu
maddələr
Əlaqəli
karbonlar
İVQ
MC/kq
Kənd təsərrüfatı tullantıları
Ağac yonqarı
50
6,3 0,8 43,0 0,03 0,03
7,8
74,0
25,5
19,3
Jımıx
48
6,0
-
42,0
-
4,0
1,0
80,0
15,0
17,0
Qarğıdalı özəyi
49
5,4 0,4 44,6
-
1,0
5,8
76,5
15,0
17,0
Energetik əhəmiyyətli ağac tullantıları
Fıstıq ağacı əsasında 50,4 7,2 0,3 41,0 0 1,0
19,0
85,0
14,0
18,4
Energetik əhəmiyyətli bitki mənşəli tullantılar
Küləş
43,5 4,2 0,6 40,3 0,2 10,1
7,6
68,8
13,5
17,0
Bərk məişət tullantıları
Quru kanalizasiya t-sı 20,5 3,2 2,3 17,5 0,6 56,0
4,7
41,6
2,3
8,0
Ondan başqa, aparılan əlavə element analizlərindən bəlli olur ki, Cədvəl 2-də qeyd
olunan göstəricilərdən başqa, quru ağac materialında müəyyən qədər kalsium və maqnezium
pektatları, qatranlar, kamedlər, yağlar, tanidlər, piqmentlər və mineral maddələr olur. Quru ağac
(oduncaq) 50 % karbona, 6 % hidrogenə, 44 % oksigenə, 0,2 %-ə qədər azota və 1,0%-dən az
kükürdə malikdir. Mineral maddələrin (küllü maddələr) miqdarı 0,2-1,0 % arasında dəyişir.
Lakin ağac budaqcıqları və köklərində küllü maddələrin miqdarı, müvafiq olaraq, 2 % və 5 %
təşkil edə bilər. Küllü maddələr əsasən Na
2
CO
3
və K
2
CO
2
-dən ibarətdir, hansıların ki, 10%-dən
25%-ə qədər hissəsi suda həll olandır. Küllü maddənin suda həll ola bilməyən hissəsinin isə ən
vacib komponentləri əhəng, dəmir, maqnazium və manqan karbonatları, həmçinin silikatlı və
fosfatlı duzlardan ibarətdir.
BMT və YBT-a əsasən müxtəlif kauçuk növləri (butadien-stirol СКС-30АР (43,9), təbii
(44,8), sintetik (40,2), CKC (43,9) və xloropren (28)), polivinilxlorid tipli linoleumlar (bir (14,3)
və iki (17,9) təbəqəli, keçə əsaslı
(16,6),
isti material əsaslı (17,6), parça əsaslı (20,3) və pezin
lineoliumlar - relin (27,2)), bərk parafin (11,2), ПХВ-1 (19,5), ФС-7 (24,4) və ФФ (31,4) tipli
penoplastlar, ПСБ-С tipli penopolistirol (41,6), penopoliuretan (24,3), ağac lifli plitələr (20,9),
polivinil xlorid (20,7), polikarbonat (31), polipropilen (45,7), polistirol (39), yüksək (47) və
aşağı (46,7) təzyiqli polietilen, rezin (33,5), puberoid (29,5), kanal hisi (28,3), üzvi şüşə (27,7),
tekstolit (20,9), pambıq (17,5), sellüloza (16,4), yun və yun liflər (23,1), kağız (17,6), karton
(16,5), tol (16) və s. aiddir. Burada mötərizədə verilən rəqəmlər qarşısında duran YBT-nın bir
kq-nın MC-la ifadə olunmuş İVQ-ni göstərir.
Göründüyü kimi məişətdə, sənayedə, xüsusən də inşaat sektoru və avtomobil sənayesində
əmələ gələn bu YBT növlərindən linoleumlar, bərk parafin, sellüloza, kağız, karton və tol istisna
olmaqla yerdə qalanların hamısının İVQ, hətta ən yüksək İVQ-nə malik olan BK növlərindən də
bir-neçə dəfə çoxdur ki, bu da onların daha böyük enerjitutumlu xammal olduğunu göstərir. Bu
cəhətdən, hazırda zibil qablarına, oradan da daşınaraq, müxtəlif zibil anbarlarına atılan və daha
sonra çox böyük ekoloji fəsadlar törədən həmin tullantı növləri nəinki maye və qaz şəkilli süni
və sintetik alternativ yanacaq növləri almaq məqsədilə, həmçinin də düzgün utilizasiya etməklə,
əhəmiyyətli dərəcədə istilik və elektrik enerjisi almaq üçün istifadə oluna bilər.
Şəkildə sxematik olaraq BMT-nın yağsızlaşdırılma və utilizasiya üsulları təsvir
olunmuşdur.
|