Journal of Radiation Researches, vol.5, №2, 2018, Baku
187
Ermənistanın işğalı altındadır və keçən müddət ərzində həmin fondun çox hissəsi yanacaq və
biznes məqsədilə vəhşicəsinə məhv edilmişdir [6].
Dünya üzrə istehsal olunan ümumi enerjinin 90 %-i yanar faydalı qazıntıların, yəni ilkin,
təbii yanacaq növlərinin payına düşür ki, onlardan da 40 % göstərici ilə birinci yeri neft, sonrakı
yerləri isə 26 %-lə daş kömür, 24 %-lə təbii qaz tutur. Hazırda bütün dünya ölkələrinin gündəlik
neft tələbatı 75 milyon barrel təşkil edir. Bu qədər neftin yandırılması nəticəsində isə atmosferə
külli miqdarda istilik effekti yaradan qazlar (İEYQ), xüsusən də CO
2
qazı atılır. Eynilə də daş
kömürün yandırılması nəticəsində atmosferə hər gün külli miqdarda dəm qazı, küllü maddələr,
his və s. atılır. Təbii qazdan istifadə zamanı atmosferə daha çox CH
4
qazı atılır, hansı ki, istilik
effekti yaratmaq qabiliyyətinə görə CO
2
qazını 21 dəfə üstələyir və elə bu səbəbə görə də ekoloji
cəhətdən daha təhlükəli qazşəkilli tullantı hesab olunur. Onu da qeyd etmək lazımdır ki, hazırda
təbii yanacaq növlərinin müxtəlif sahələrdə istifadə payı bu şəkildədir: sənayedə - 20 %; İES-da -
20%; nəqliyyat vasitələrində - 30 %; isti su və istilik təchizatı məqsədilə - 30 % .
Beləliklə də, göründüyü kimi, əgər vaxtında çox ciddi qabaqlayıcı tədbirlər görülməzsə,
onda keçid mərhələsi kimi Azərbaycanda AES-nın tikilməsi qaçılmaz olacaqdır. Lakin bu seçim
bizim ölkəmizi həm çox çətin ekoloji duruma, həm də siyasi asılılığa sala bilər. Bu vəziyyətdən
çıxış yolu kimi, nə qədər ki, gec deyil, bütün dünya ölkələrində olduğu kimi bizim ölkəmizdə də
alternativ və bərpa olunan enerji mənbələrindən, xüsusən də ekoloji cəhətdən təmiz və tükənməz
olan günəş və külək enerjisindən istifadəyə daha böyük üstünlük vermək, həm də heyvandarlıq
tullantılarından bioqaz, müxtəlif növ BK və sellüloza tərkibli YBT-dan isə fermentasiya, piroliz
və qazlaşdırma yolu ilə bərk, maye və qaz şəkilli yanacaq növlərinin alınması məsələlərini önə
çəkmək xüsusi əhəmiyyət kəsb edir.
Hazırki işdə məqsəd BK və YBT-ın utilizasiyası yollarının müqayisəli analizini aparmaq
olduğundan, aşağıda həmin məsələlər bir qədər ətraflı şəkildə nəzərdən keçirilir.
Dostları ilə paylaş: |