BioküTLƏLƏrin və yanar bərk tullantilarin utilizasiya yollarinin müqayisəli analizi


Journal of Radiation Researches, vol.5, №2, 2018, Baku



Yüklə 0,49 Mb.
Pdf görüntüsü
səhifə7/10
tarix02.01.2022
ölçüsü0,49 Mb.
#42117
1   2   3   4   5   6   7   8   9   10
31) irp journal - 2018-2 186-192

Journal of Radiation Researches, vol.5, №2, 2018, Baku 

190 


 

BMT-nın  utilizasiyasının  şəkildə  təsvir  olunan  üsullarının  əksəriyyəti,  yalnız  onların 

ekoloji  baxımdan  zərərsizləşdirilməsi  məqsədi  daşıyır  və  həmin  proseslərin  hər  birinin 

reallaşdırılması üçün əlavə enerji və maddi vəsait sərf etmək lazım gəlir. Qeyd olunan üsullardan 

daha böyük  əhəmiyyət kəsb edənlər termik, bioloji və bioloji utilizasiya, yəni kompostlaşdırılma 

üsullarıdır.  Şəkildə  piroliz  və  qazlaşdırma  üsulları  barədə  konkret  məlumatlar  verilməmişdir. 

Aparılan  əlavə  ədəbiyyat  araşdırmaları  nəticəsində  bəlli  olur  ki,  dünya  ölkələri  üzrə  BMT-nın 

emalının  müxtəlif  üsullarının  faiz  hesabı  ilə  pay  bölgüsü  aşağıdakı  kimidir:  1-  dövr  edə  bilən, 

yəni  təkrar  xammal  ehtiyatıarı  kimi  yenidən  sənayeyə  qaytarıla  bilən  hissə  (30-50  %);  2- 

qazlaşdırılan və ya istilik, yaxud da elektrik enerjisi almaq məqsədilə bilvasitə yandırılan yanar 

hissə  (20-30%);  3-  anaerob  (metanlaşdırma)  və  ya  aerob  (kompostlaşdırma)  qıcqırma  yolu  ilə 

bioqaz və ya kompost alınması məqsədilə bioparçalana bilən hissə (15-25 %); 4- BMT-nın emal 

oluna bilməyən və poliqonlarda basdırılaraq zərərsizləşdirilən hissəsi (10-20 %). 

Göründüyü  kimi,  əksər  dünya  ölkələrində  BMT-nın,  o  cümlədən  də  YBT-ın  50  %-ə 

qədəri  təkrar  xammal  kimi  istifadə  olunduğu  halda,  Azərbaycanda,  hələlik  bu  praktikadan, 

demək olar ki, istifadə olunmur. BMT-dan qıcqırma yolu ilə bioqaz və yaxud kompost alınması 

sahəsində  də  Alternativ  və  Bərpa  olunan  Enerji  Mənbələri  üzrə  Dövlət  Agentliyi  tərəfindən 

quraşdırılan bir-neçə ədəd kiçik güclü qurğu istisna olmaqla respublika səviyyəli başqa heç bir iş 

görülməmişdir.    Bununla  yanaşı,  səhv  yanaşma  səbəbindən  dünyanın  bəzi  ölkələrində  olduğu 

kimi  Azərbaycanda da uzun illər ərzində əvvəlki  üç üsula deyil,  məhz  dördüncüyə daha böyük 

üstünlük  verilmişdir.  Bu  səbəbdən  də  bizim  ölkəmizdə  4-cü  kateqoriyaya  aid  hissənin  pay 

göstəricisi  həddən  ziyadə  çoxalmışdır  ki,  bu  da  həm  xeyli  miqdarda  torpaq  sahəsinin  zəbt 

olunmasına,  həm  də  bir-çox  ekoloji  fəsadlara  gətirib  çıxarmışdır.  Yalnız  2014-cü  ildə  Bakı 

şəhərində  “Təmiz Şəhər” ASC  yaradıldıqdan, həmçinin də Balaxanı BMT-nın Çeşidlənməsi  və 

Yandırılması  Zavodları  inşa  olunduqdan  sonra  məhz  bu  şəhərdə  BMT-nın  emal  olunmayan 

hissəsi  25%-ə  enmişdir.  Belə  ki,  əgər  2011-ci  ilə  qədər  poliqonlarda  basdırılma  yolu  ilə 

zərəsizləşdirilən BMT-nın miqdarı 900 min ton təşkil edirdisə, 2014-cü ildə bu rəqəm 230 min 

tona enmiş, yəni 3,91 dəfə azalmışdır. Təəssüf ki, BMT-nın emalı prosesləri respublikanın digər 

şəhər və rayonlarında hələlik yetərincə reallaşdırımır [7].  

BK, BMT, o cümlədən də YBT-ın utilizasiyasının ən perspektivli üsulları, yuxarıda qeyd 

olunduğu  kimi  onların  termiki  emal,  yəni  piroliz  və  qazlaşdırma  üsulları  vasitəsilə  yanar  qaz 

qarışığına çevrilməsi, həmçinin bioloji və bioloji utilizasiya, yəni kompostlaşdırılma üsullarıdır.  




Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin