§2. Mənfəət və zərərlərin uçotu
Sənaye müəssisələrində mənfəət əsas etibarı ilə məhsulların satışı
prosesində və məhsulların satışından olan pul vəsaiti və həmin satılan
məhsulların tam faktiki maya dəyəri və əlavə dəyər vergisi və aksizlərin
məbləği arasındakı fərq kimi yaranır. Beləliklə, müəssisənin təsərrüfat
hesablı fəaliyyətinin əsasını mənfəət təşkil edir. O iki mühüm fınksiyanı
yerinə yetirir;
1. Müəssisən in fəaliyyətinin son maliyyə nəticələrini onun pul
yığımının həcmini .xarakterizə edir. Mənfəətin həcmi aşağıdakılardan
asılıdır; satılmış məhsulların həcmindən, məhsulların keyfiyyətindən,
əsas fondlardan, maddi və əmək ehtiyatlarından səmərəli və faydalı
istifadə edilməsindən (maya dəyərinin aşağı salınması), müəssisənin
işinin keyfiyyətindən (malgöndərənlər, malalanlar, banklar qarşısında
öhdəliyin yerinə yetirilməsi);
2. Mənfəət müəssisənin istehsal və sosial inkişafına məsrəflərin
maliyyələşdirilməsinin əsas mənbəi hesab olunur; mənfəətdən büdcəyə
ödəmələr isə - dövlət büdcəsinin gəlirlərinin mühüm elementi hesab
olunur.
3. Bu o deməkdir ki, müəssisənin gəlirləri təkcə onun maliyyə
tələbatını deyil, həm də ictimai istehlak fondlarına, elmin inkişafına,
səhiyyənin, təhsilin inkişafına, ölkənin müdafiəsinə dövlətin tələbatını
təmin etməlidir.
127
Bazar iqtisadiyyatına keçid şəraitində mənfəət istehsalın
inkişafının həvəsləndirilməsində böyük rol oynayır. Müəssisələr
təsərrüfat fəaliyyəti prosesində mənfəətlə yanaşı nəzərdə tutulmayan
itkilərə də malik ola bilərlər. Həm mənfəət, həm də zərərlər uçotda hər
bir maddə və bütövlükdə maliyyə nəticələri üzrə öz əksini tapmalıdır.
Hesabat ilində müəssisənin fəaliyyətinin son maliyyə nəticəsinin
əmələ gəlməsi haqqında informaiyaları ümumiləşdirmək üçün 80
«Mənfəət və zərərlər» adlı aktiv-passiv sintetik hesabı ayrılmışdır.
Bu hesabın krediti üzrə müəssisələrin mənfəəti (gəlirləri), debeti
üzrə isə - zərərləri (itkiləri) əks olunur. Xüsusilə, hesabat dövrü ərzində
bu hesabda aşağıdakılar uçota alınır:
1. Hazır məhsulların (işlərin, xidmətlərin) satışından olan
mən
fəət
və ya zərərlər.
2. Təchizat-satış və ticarət təşkilatlarında malların və taıalann
satışından olan ümumi gəlir;
3. Əsas vəsaitlərin satışından olan mənfəət və ya zərər, sair
çıxmalardan olan gəlirlər və itkilər;
4. Müəssisənin digər maddi qiymətlilərinin və sair aktivlərinin
(qeyri-maddi aktivlərin, qiymətli kağızların və b.) satışından olan
mənfəət və zərər.
5. Başqa müəssisələrdə pay iştirakından əldə edilən gəlirlər,
səhmlər üzrə dividendlər və müəssisənin sahib olduğu istiqrazlar və
digər qiymətli kağızlar üçün gəlirlər;
6. Əmlakın icarəyə verilməsindən əldə edilən gəlirlər;
7. Alınması ümidsiz olduğu üçün əvvəllər zərərə silinən debitor
borclarının ödənilməsindən daxil olan məbləğlər;
8. Təsərrüfat müqavilələrinin şərtlərini pozmağa görə, habelə
vurulan zərərlərə görə məhkəmə tərəfindən hökm verilən və ya borclu
tərəfindən etiraf edilən cərimələr, peşiman pulları və digər növdən olan
sanksiyalar;
9. Hesabat ilində aşkar edilən, keçən illərin mənfəəti (keçən ildə
alınmış və sərf edilmiş, xidmətlərə və maddi qiymətlilərə görə
hesablaşmalar üzrə malgöndərənlərdən, habelə keçən ildə satılmış
128
məhsula görə hesablaşmalar üzrə malalanlardan və sifarişçilərdən daxil
olan məbləğlər);
10.
Qiymətlilərin istifadəsi üçün yararlı olanların dəyərini
çıxmaqla, təbii fəlakətin qarşısının alınması və nəticələrinin ləğv
edilməsi üzrə məsrəfləri daxil etməklə, təbii fəlakətdən olan
kompensasiya edilməmiş itkilər (istehsalat ehtiyatlarının, hazır
məhsulların məhv olması və korlanması, istehsalın dayandırılmasından
olan itkilər və b.);
11.
Konservasiya edilmiş istehsalat güclərinin və
obyektlərinin saxlanmasına çəkilən məsrəflər (digər mənbələr hesabına
ödənilən məbləğlərdən başqa);
12.
İddia müddətinin vaxtı keçən debitor borclarının və
tutulması qeyri-real olan digər borcların silinməsindən olan itkilər;
13.
Günahkarları müəyyən edilməyən və ya cavabdehin
vəziyyətinin yaxşı olmaması və onun əmlakının tutulmasının mümkün
olmaması haqqında məhkəmə tərəfindən təsdiq edilən aktla birlikdə geri
qaytarılmış icra sənədləri üzrə ya da tutulması digər sənədlər üzrə etiraz
edilən və b. əsas vəsait obyektlərinin çatışmamasına və ya korlanmasına
görə müəyyən edilmiş qaydada əvvəllər müəyyən edilmiş borcların
silinməsindən olan zərərlər;
14. Hesabat ilində aşkar edilən, keçən illərin zərərləri;
15.
Ləğv edilmiş istehsalat sifarişləri üzrə məsrəflər, habelə
sərf edilmiş maddi qiymətlilərin dəyərini çıxmaqla məhsul verməyən
istehsala çəkilən məsrəflər (sifarişçilər tərəfindən ödənilən itkiləri
çıxmaqla);
16.
Başqa müəssisələrin, idarələrin və müəssisələrin xarici
valyutalarının satılması və alınması ilə əlaqədar olan xərclər (hərrac
rüsumu və i.a.);
17. Məhkəmə məsrəfləri və iqtisad məhkəməsij^in xərcləri;
18.
Vaxtı keçmiş qısamüddətli ssudalar üzrə, veksellərin
dis- kontundan və digər borc öhdəlik əməliyyatlarına, habelə
ortamüddətli və uzunmüddətli kreditlərə və b. bank kreditlərinə görə
faizlər.
Hesabat ili ərzində göstərilən gəlirlər və ilkilər 80 «Mənfəət və
zərərlər» hesabında ilin əvvəlindən olan yekunla toplanır (toplanma
prinsipi).
129
Müəssisələrin, onlara məxsus olan əsas vəsaitlərinin satışından \'ə
sair çıxmalarından (ləğv olunma, silinmə, əvəzsiz verilmə və b.)
mənfəəti və ya zərərləri ola bilər. Göstərilən maliyyə nəticələri 47
«Əsas vəsaitlərin satışı və sair çıxmalar» hesabında müəyyən edilir.
Müəssisənin malik olduğu mal-material qiymətlilərinin (dövriyyədə
olan vəsaitlərin), qeyri-maddi aktivlərin, valyuta qiymətlilərinin,
qiymətli kağızların və digər maliyyə qoyuluşlannm və i.a. satışından
olan maliyyə nəticələri 48 «Sair aktivlərin satışı» hesabında müəyyən
edilir.
Bundan başqa, müəssisələrin satışdan kənar əməliyyatlarından,
daha doğrusu, məhsulların (işlərin, xidmətlərin) istehsalı və satışı ilə,
əsas vəsaitlərin, mal-material qiymətlilərin, qeyri-maddi və digər
aktivlərin satışından maliyyə nəticələri ola bilər. Onlar bilavasitə 80
«Mənfəət və zərəıiər» hesabında müxtəlif hesablarla müxabir- ləşməklə
uçota alınırlar. Bundan başqa, müəssisələr mənfəət hesabına
malalanlardan və sifarişçilərdən tələb olunmayan borcların ödənilməsi
üçün şübhəli borclar üzrə ehtiyatlar yarada bilərlər. Onlar hesabat ilinin
sonunda mənfəət hesabına yaradılır. Təsərrüfat fəaliyyəti prosesində
müəssisələrdə digər satışdan kənar gəlirlər və itkilər meydana çıxa
bilər.
Beləliklə, 80 «Mənfəət və zərərlər» hesabının debetində
müəssisənin zərərləri və itkiləri, krediti üzrə isə - mənfəəti (gəlirləri)
əks olunur. Əgər müəssisə özünün fəaliyyəti nəticəsində mənfəət əldə
edibso, qalıq (son maliyyə nəticəsi) kreditdə və əgər müəssisə zərər
əldə edibsə, debetdə ola bilər. Bu zaman mənfəət balansın passivində,
zərərlər isə - aktivdə göstərilir.
Satışdan kənar əməliyyatlardan olan son nəticə onlardan əldə
edilən gəlirləri itkilərlə müqayisə etməklə müəyyən edilir.
«Mənfəət və zərərlər» hesabı üzrə sintetik və analitik uçot 15 saylı
Jurnal-orderdə aparılır. Qeyd olunan jumal-order mühasibat arayışının
hesablaşma və sair hesablardan bankın çıxarışının məlumatları əsasında
tərtib olunur.
130
|