ə Sözü Köçürmək və Dəyi mək – Parafraz Etmək Deyil
Artıq deyildiyi kimi, sizin parafraz etdiyiniz versiya ilə müəllifin versiyası arasında
kifay
ət qədər fərq yaratmağınız önəmlidir. Lakin ümumiyyətlə, bir çoxumuz öz
sözl
ərimiz ilə müəllifin sözləri arasında yetərincə fərq qoya bilmirik. Bəzi hallarda
is
ə, biz, məsələn, ilkin mənbədən – hazır mətndən böyük həcmli frazaları köçürə
v
ə ya yalnız bir neçə sözü dəyişə bilirik.
Nümun
ə
“Kapital məhsul və xidmətlərin istehsalında istifadə olunan insan əməyinin
ifad
əsidir. İnsan kapitalı və fiziki kapital arasında fərqdən çox danışılır. İnsan
kapitalı insanların inkişaf etdirdikləri (təhsil və ya təlimlər vasitəsilə) və istehsal
etm
ək üçün möhkəmləndirdikləri bilik və bacarıqlar toplusudur. Məsələn, bir taksi
sürücüsünün şəhərin küçələri və yaxud həkimin insan bədəni barədə bilikləri
kimi. Fiziki kapital mal, m
əhsul və xidmətlər istehsal etmək üçün istifadə edilən
binalar, mexaniki avadanlıqlar, alətlər və digər istehsalat vasitələrindən ibarətdir.
Fiziki kapital sürücünün maşını, cərrahın bıçağı, iqtisadiyyat dərsinizi keçdiyiniz
bina dem
əkdir.”
M
əkİçörn, V.A. (1991). İqtisadiyyat: Müasir giriş (2ci nəşr). Cincinnati, OH: Saus-
Uestern, s
əh 3.
Bir neç
ə sözü köçürmək və dəyişmək – bu cür parafraz etmə qəbul olunmazdır!
Kapital m
əhsul və xidmətlərin yaradılmasında işlədilən insan əməyini ifadə edir
(M
əkİçörn, 1991). İnsan kapitalı insanların istehsal etmək üçün gücləndirdikləri
v
ə inkişaf etdirdikləri (təhsil və ya təlimlər vasitəsilə) bilik və qabiliyyətlərin
31
m
əcmusudur. Bunun əksinə olaraq, fiziki kapital isə mal, məhsul və xidmətlər
istehsal etm
ək üçün işlədilən binalar, mexaniki avadanlıqlar, alətlər və digər
istehsalat vasit
ələrindən ibarətdir.
Yuxarıdakı nümunədə müəllifin fikirlərini parafraz edərkən müəyyən məqamlar
nümayiş etdirilmişdir ki, bunlardan qaçmaq lazımdır. Müəllifə istinad mötərizədə
istinadla verils
ə belə, bu, müəllifin versiyasını sizin versiyanızdan fərqləndirmək
üçün yet
ərli deyil. Siz həmçinin əmin olmalısınız ki, parafraz etmə müəllifin
sözl
ərindən kifayət qədər fərqlidir. Eyni zamanda, orijinaldakı sözləri parafraz
ed
ərkən başqa sözlərlə ifadə edilməsinə də əmin olmalısınız. Yuxarıdakı
nümun
ədə parafraz edilmiş versiya yalnız ayrı-ayrı sözləri əvəz etmişdir.
M
əsələn, aşağıdakı kimi:
ifad
ə etmək = anlamına gəlmək
n
əticə = məhsul
istehsal = yaratma
bacarıq = qabiliyyət
istifad
ə etmək = faydalanmaq
ibar
ət olmaq = ehtiva etmək
Bu formada parafraz etm
ə sayəsində ilkin versiya pozulmur. Misalların
əksəriyyəti çıxarılsa da, cümlə quruluşu müəllifinki ilə tam eynidir. “Əksinə olaraq”
əlaqələndirici ifadəsini də parafraz edilmiş mətnə daxil etmək müəllifin fikrini
lazımi şəkildə yenidən ifadə etmir. Parafrazanın şərtlərinə cavab vermək üçün
bütün m
ətn, parça parafraz edilməli - müxtəlif sözlərlə başqa cür ifadə edilməlidir.
Aşağıdakı nümunədə bu göstərilmişdir:
Nümun
ə
“Kapital məhsul və xidmətlərin istehsalında istifadə olunan insan əməyinin
ifad
əsidir. İnsan kapitalı və fiziki kapital arasında fərqdən çox danışılır. İnsan
kapitalı insanların inkişaf etdirdikləri (təhsil və ya təlimlər vasitəsilə) və istehsal
etm
ək üçün möhkəmləndirdikləri bilik və bacarıqlar toplusudur. Məsələn, bir taksi
sürücüsünün şəhərin küçələri və yaxud həkimin insan bədəni barədə bilikləri
kimi. Fiziki kapital m
əhsul və xidmətlər istehsal etmək üçün istifadə edilən
binalar, mexaniki avadanlıqlar, alətlər və digər istehsalat vasitələrindən ibarətdir.
Fiziki kapital dedikd
ə, sürücünün maşını, cərrahın bıçağı, iqtisadiyyat dərsinizi
keçdiyiniz bina n
əzərdə tutulur.”
M
əkİçörn, V. A. (1991). İqtisadiyyat: Müasir giriş (2ci nəşr). Cincinnati, OH: Saus-
Uestern, s
əh 3.
32
Q
əbul edilən Parafraz etmə
Kapital insanların yaratdıqları şeylərə istinad edən elə bir iqtisadi məfhumdur ki,
daha sonra “məhsul və xidmətlərin istehsalında” istifadə olunur (Məkİçörn, 1991,
s
əh. 3). Bu geniş məfhum Məkİçörnün də izah etdiyi kimi, həm insan kapitalına,
h
əm də fiziki kapitala bölünə bilər. Əslində, insan kapitalı fərdlərin istehsal
qabiliyy
ətini artırmağa çalışan bacarıq və təcrübələrin bağlı olduğu məhsullara
fokuslanır. Bu kapital növü müəyyən bir təhsil və yaxud təlim formasında
qazanıla bilər. Bunun əksinə olaraq, fiziki kapitala isə məhsul və xidmətlərin
istehsalı ilə sıx bağlı olan binalar da daxil olmaqla, müxtəlif avadanlıq və alətlər
daxildir.
Dostları ilə paylaş: |