zaman, vəhy katiblərindən birini çağırar və belə deyərdi: Bu
ayələri bu, bu mövzuların olduğu surəyə qoy!” (Nəsai 7008, Əbu
Davud 786, Tirmizi 3086, Əhməd 399). Beləliklə səhabələr,
Peyğəmbərin sağlığında Quranın hamısını yazmışdılar. Dörd raşidi
xəlifə, Zubeyr ibn Əvvam, Ubey ibn Kəb, Zeyd ibn Sabit,
Muaviyə ibn Əbi Süfyan və Məhəmməd ibn Məsləmə Quranın
katibliyini etmiş səhabələrdəndir.
İkincisi
: Əbu Bəkrin xilafəti zamanı Quranın yazılması.
Bütün bunlarla birlikdə, Peyğəmbər (salləllahu aleyhi və səlləm)
vəfat etdiyi zaman Quran, nə vəhy katiblərinin nə də digər
səhabələrin əlində tam bir müshəf halında deyildi. Yazılı nüsxələr
müxtəlif şəxslərdə dağınıq bir halda idi. Bir surə bir səhabənin,
başqa bir surə isə başqa bir səhabənin evində idi. Əbu Bəkrin
xilafəti zamanı h.12-ci ildə Yəməmə döyüşündə çoxlu sayda
Quran hafizi şəhid edildi. Bu səbəbdən Ömər (r.a) Əbu Bəkrə (r.a)
təklif etdi ki, Quranı bir müshəf halında toplasın. Əbu Bəkr isə bu
şərəfli və məsuliyyətli işi Zeyd ibn Sabitə həvalə etdi. Çünki o, elə
Peyğəmbərin sağlığında Quranı ən mükəmməl şəkildə, tam olaraq
əzbər bilən dörd nəfərdən biri idi. Bu dörd nəfər: Ubey ibn Kəb,
9
Muaz ibn Cəbəl, Əbu Zeyd və Zeyd ibn Sabitdir. Ömər (radiyal-
lahu anh) camaata elan edib bildirdi ki, kimdə Qurandan bir yazı
varsa, gətirsin! Zeyd (radiyallahu anh) deyir ki: “Mən də Quranı
xurma yarpaqları üzərindəki, daş üzərlərindəki yazılardan və
əzbərdən bilən insanların qəlblərindən topladım.” Onun Quranı
toplayarkən qoyduğu şərtlər belə idi:
Dostları ilə paylaş: |