a. Gətirilən ayələrin əzbərlənmiş olması.
b. Peyğəmbərin hüzurunda yazılmış olması.
c. Bütün bunların da ən azı iki şahidin şahidliyi ilə isbat
edilməsi.
Zeyd (radiyallahu anh) Allahın kitabını əzbər bildiyi halda,
ona həvalə olunmuş bu məsuliyyətli işə bu qədər ciddi yanaşdı. Bir
ilə yaxın bir müddət içərisində Quranın toplanması işi tamamlandı.
Daha sonra Zeyd, Quranın müshəfini Əbu Bəkrə təhvil verdi.
Müshəf, vəfat edincəyə qədər Əbu Bəkrin yanında qaldı. Daha
sonra həyatı boyunca Ömərin yanında, sonra da Ömərin qızı
Həfsənin yanında qaldı.
Dostları ilə paylaş: |