11
“Səqəleyn” hədisinə tabeçilik? Haradadır əhli-beyt imamlarından
nəql etdiyiniz Quran? Nə üçün Zürarə ibn Əyun, Cabir əl-Cofi və
Əbu Bəsir kimi raviləriniz İmam Cəfərdən minlərlə hədis rəvayət
etdikləri halda, ondan və digərlərindən Quran (qiraətini) nəql et-
məyiblər? İmam Cəfərin vasitəsi ilə Quran qiraəti nəql edən qari
Həmzə əz-Zəyyatdır. Bu qari də əhli-sünnətdəndir. (İbn əl-Cəzəri
“ən-Nəşru fil-qiraətil-aşara” 1/133, Zəhəbi “Siyəru Əlamin-
nubəla” 7/90) Bəs haradadır şiə raviləri? Şübhəsiz ki, şiələrin
Quran üçün nə Peyğəmbərdən (salləllahu aleyhi və səlləm), nə də
onun əhli-beytindən bir sənədləri yoxdur. Bu gün də yer üzərində
yaşayan bütün şiələr, Quranı bu 10 qiraətdən biri ilə oxuyurlar.
Deməli, onlar dinin əsas təməllərindən biri olan Quran barəsində
əhli-sünnətə möhtacdırlar. Quranı bizə nəql edən on qari isə
bunlardır:
1. Mədinəli qari İmam Nafi ibn Abdirrəhman (vəfatı hicri:169)
Dostları ilə paylaş: