2. Məkkəli qari İmam Abdullah ibn Kəsir (v.h.120)
3. Bəsrəli qari İmam Əbu Amr ibn Ala (v.h.154)
4. Şamlı qari İmam Abdullah ibnşAmir (v.h.118)
5. Küfəli qari İmam Asim ibn Əbin-Nəcud (v.h.128)
6. Küfəli qari İmam Həmzə ibn Həbib əz-Zəyyat (v.h.156)
7. Küfəli qari İmam Əli ibn Həmzə əl-Kisai (v.h.189)
8. Mədinəli qari İmam Əbu Cəfər Yezid ibn əl-Qaqa (v.h.128)
9. Bəsrəli qari İmam Yaqub ibn İshaq (v.h.205)
10. Bağdadlı qari İmam Xələf ibn Hişam (v.h.229)
5
5
Yuxarıda da qeyd etdiyim kimi Quranın ilk dəfə yazıb çoxaldılması
Osmanın xilafəti zamanı baş vermişdir. Bu nüsxələr Osman (r.a) tərəfindən hər
biri bir Quran ustadı ilə birlikdə Küfə, Bəsrə və Şam şəhərlərinə göndərildi. Bir
nüsxədə Mədinədə saxlanıldı. Çoxaldılan bu Quran nüsxələrində hərflərin nöqtə
və hərəkələri yox idi. Bəs o zaman insanlar nöqtəsiz və hərəkəsiz Quranı necə
oxuyurdular? Yer üzərində barmaqla sayılacaq bu qədər az Quran nüsxəsi
olduğu halda insanlar necə Quranı uxuyur və necə onu əzbərləyirdilər? Quranı
tam olaraq əzbər bilən minlərlə hafiz necə əmələ gəlirdi? Bütün bu sualların
cavabı belədir: Peyğəmbər (saləllahu aleyhi və səlləm) zamanında Quranın nazil
olan hər ayəsi onun əshabı tərəfindən əzbərlənirdi. Onların övladlarıda Quranı
öz böyüklərinin dilindən əzbərləyirdilər. Yəni, Quran müshəflərdən (Quran
nüsxələrindən) yox, dillərdən götürülürdü. Bu cür əzbərləmə metoduna “əl-
Dostları ilə paylaş: |