SəQƏleyn həDİSİNİN ŞƏRHİ Rəhmli və Mərhəmətli Allahın adı ilə



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə22/84
tarix02.01.2022
ölçüsü0,6 Mb.
#44090
1   ...   18   19   20   21   22   23   24   25   ...   84
saqaleyn hedisinin sherhi

Müşafə

hə”  və  ya  “əs-Səma”  deyilir.  Beləcə  Quranın  on  müxtəlif  oxunuş 


 

12 


Bu on qiraət forması 13 səhabədən: Ömər ibn Xəttab, Osman 

ibn  Əffan,  Əli  ibn  Əbi  Talib,  Zeyd  ibn  Sabit,  Ubey  ibn  Kəb, 

Abdullah  ibn  Abbas,  Abdullah  ibn  Məsud,  Abdullah  ibn  Əyyaş, 

Abdullah  ibn  əs-Saib,  Əbu  Musa  əl-Əşari,  Əbu  Dərda,  Əbu 

Hureyrə və Hüseyn ibn Əlidən nəql olunmuşdur. Quranın qiraətini 

əhli-beytdən:  Əli,  İbn  Abbas  və  Hüseyndən  rəvayət  edən  məhz 

əhli-sünnətin  raviləridir.  Biz,  bu  ravilərin  içərisində  bir  dənə  də 

olsa  şiə  ravisi  görə  bilmirik.  Şiələrdən  bəziləri  iddia  etmişdir  ki, 

İmam  Asim  və onun tələbəsi Həfs şiə olmuşdur. Bu  iddiaya qarşı 

bir neçə yöndən cavab vermək olar. 



1. Şiələr  əhli-beyt  imamlarından Quran üçün  bir dənə də olsa, 

şiə ravilərindən ibarət sənədin mövcudluğunu isbat etməkdən 

aciz qaldıqları vaxt, belə bir yalan iddianı irəli sürdülər.  

2. Əgər  İmam  Asimin  qiraətinin  ravilərinin  küfəli  şiələr  oldu-

ğunu  iddia  edirsinizsə,  bu  idianızı  açıq  dəlillər  ilə  isbatla-

malısınız.  Siz,  Əhli-sünnətin  rical  kitabları  (yəni:  ravilərin 

kimliyindən  bəhs  edən  əsərlər)  ilə  bunu  isbatlaya  bilərsiniz-

mi? Əgər bunu, bizim kitablarımızla isbatlamağı bacarmırsı-

nızsa, o zaman onların şiə olduqlarını öz rical kitablarınız-la 

isbat edin! 

3. Şiələrin  ən mötəbər rical kitablarının müəllifləri olan Kəşşi, 

Hilli,  Nəcaşi,  İbn  Davud,  Bərqi  və  Xəqani  öz  kitablarında 

                                                                                                         

forması əmələ gəldi ki, bu formaların hamısı da Peyğəmbər (saləllahu aleyhi və 

səlləm)  tərəfindən  əshabına  öyrədilmişdir.  Bu  on  qarinin  hər  biri  bir  qiraət 

formasını tabiinlərdən (səhabələrin tələbələrindən) və tabiinlər də Peyğəmbərin 

əshabından öyrənmişdirlər. Daha sonralar bu qiraətlər bu on qarinin vasitəsi ilə 

gələcək nəsillərə ötürüldüyündən, bu on qarinin adı ilə məhşurlaşmış və onların 

adları  ilə  adlandırılmışdır.  Quranı  bu  on  qarinin  hər  birisindən  də  iki  tələbəsi 

nəql etmişdir. Bu gün yer üzərində ən çox oxunan qiraət, Həfsin öz ustadı İmam 

Asimdən  nəql  etdiyi  qiraətdir.  Demək  olar  ki,  Quran-i  Kərim  dünyanın  hər 

yerində bu qiraətlə oxunur. İmam Asim də Quran qiraətini Abdullah ibn Həbib 

əs-Süləmidən  və  Zirr  ibn  Hubeyşdən,  onlar  isə  Osman,  Əli,  ibn  Məsud,  Ubey 

ibn  Kəb  və  Zeyd  ibn  Sabitdən,  bu  beş  səhabə  isə  Peyğəmbərdən  (saləllahu 

aleyhi və səlləm) rəvayət etmişlər. Bu gün Quran nüsxələrinin əksəriyyəti Asim 

qiraətinə  görə  hərəkələnir.  Ancaq  digər  qiraətlərdə  də  Quran  nüsxələri  çap 

olunmaqdadır. 

 



 

13 


Həfs  ibn  Süleymanın  həyatına  (tərcümeyi-halına)  yer 

verməmişdirlər.  Yalnız  Tusi  öz  ricalında  onun  tərcümeyi-

halına  yer  vermiş  və  Həfsi  İmam  Cəfərin  tələbələrindən 

saymışdır.  (“Rical  ət-Tusi”  səh.189)  Ancaq  onun  şiə,  yaxud 

etibarlı  və  ya  yalançı  ravi  olduğunu  qeyd  etməmişdir. 

Ayətullah  ət-Tustəri  də  “Qamus  ər-rical”  (3/582)  əsərində 

Həfsin  tərcümeyi-halına  yer  vermiş,  ancaq  onun  şiə  ravisi 

olduğunu isbat edə bilməmişdir. 



4.Sual  verilsə  ki:  “Onun,  İ.Cəfərin  tələbələrindən  olması,  şiə 

olmasının  isbatı deyilmi?” Cavabım  belə olacaq:  “Əlbətdəki 

xeyr”.  Çünki  şiə  alimlərinin  özlərinin  də  dediyi  kimi, 

imamların  əshabı (yəni: dostları, tələbələri)  içərisində  nəinki 

əhli-sünnət raviləri, hətta əhli-beytin düşməni olan nəvasiblər 

də olub. Məsələn, şiə müəlliflərinə görə Əhməd ibn əl-Xasib 

adlı  şəxs  İmam  əl-Hədinin  əshabından  sayılır.  Ancaq  o, 

nasibi  (əhli-beyti  söyən)  idi.  (ət-Tustəri  “Qamus  ər-rical” 

1/180) 

5.Xülasə, bilmək lazımdır ki, nə isə iddia etmək asan ola bilər. 

Amma  əsas  olan  iddia  etmək  yox,  o  iddianı  isbat  etməkdir. 

Şübhəsiz  ki,  isbatı  olmayan  iddianı  irəli  sürməkdən  də  heç 

kəs aciz deyil. 




Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin