Adət baxımından bu məsələyə yanaşsaq, yenə də zövcənin
kişinin əhli sayıldığını görəcəyik. Uca Allah Musanın (aleyhissə-
lam) zövcəsinin onun əhlindən olduğunu bəyan edərək buyurur:
ﺪﺟأ وأ ﺲﺒﻘﺑ ﺎﻬﻨﻣ ﻢﻜﻴﺗآ ﻲﻠﻌﻟ ارﺎﻧ ﺖﺴﻧآ ﱐإ اﻮﺜﻜﻣا ﻪﻠﻫﻷ لﺎﻘﻓ ارﺎﻧ ىأر ذإ } {ىﺪﻫ رﺎﻨﻟا ﻰﻠﻋ
“O zaman o, bir od görüb ailəsinə demişdi: "Dayanın! Mən
bir od gördüm. Bəlkə, ondan sizə bir köz gətirdim, ya da odun
yanında bir bə
lədçi tapdım!” (Taha/10). Bütün bu dəlillər göstərir
ki, Peyğəmbərin zövcələri əhli-beytdən sayılır. Hətta şiə alimlərin-
dən bəziləri əl-Əhzab/33-cü ayəyə qarşı bir cavab tapa bilmədiklə-
rindən ötrü, iddia etmişdirlər ki, ayənin əhli-beyt ilə əlaqəli hissəsi
səhabələr tərəfindən qəsdən əl-Əhzab/33-cü ayənin içərisinə daxil
edilmişdir ki, bu ayəni oxuyan hər kəs elə bilsin ki, Peyğəmbərin
zövcələri də əhli-beytdəndir. Bunu şiə məzhəbinin ən asas səkkiz
kitabından birinin müəllifi olan Məclisi
1
“Biharul-ənvər” (c.35
səh.234) adlı əsərində demişdir. Bu da Quranın təhrif edildiyinə
etiqad etməkdir ki, belə bir etiqadın sahibi İslam dairəsindən
kənara çıxmış olur. Hətta şiə məzhəbinin mötəbər və məhşur kitab-
larında da Peyğəmbər zövcələrinin əhli-beytdən olmasına dair
rəvayətlər mövcuddur. Məsələn, Ümmü Sələmə soruşur: “Ey
Allahın Elçisi! Mən də sənin əhli-beytindənəmmi?” Peyğəmbər
(salləllahu aleyhi və səlləm) isə cavabında: “Bəli” – deyir.
(“Biharul-ənvər”35/221 və 45/198, “Təfsirul-burhan” 3/321, Tusi
“əl-Əmali” səh.136 və.s.)
Həmçinin əhli-beyt dedikdə Əlinin, Cəfər ibn Əbu Talibin,
Əqil ibn Əbu Talibin və Abbas ibn Əbdülmüttəlibin ailələri
nəzərdə tutulur. Bunların hamısına sədəqə almaq haram idi. Bu
barədə dəlil Müslimin Zeyd ibn Ərqamdan nəql etdiyi hədisdir.
(Müslim 2408). Ümumiyətlə Haşim övladlarının hamısı əhli-
beytdən sayılır və onlara sədəqə malından pay almaq haram edil-
1
H.1111-ci ildə vəfat etmişdir. “Biharul-Ənvər”, “Miratul-Uqul fi-şərhi
əxbərir-Rəsul”, Cilə-ul-Uyun”, “Əl-Ərbəin”, “Haq-qul-Yəqin” və başqa bir çox
əsərin müəllifidir. Onun böyük bir hədisçi və fəqih bir alim olmasında heç bir
şiə alimi ixtilaf etməmişdir. O, öz zamanında ən böyük şiə alimi idi. Onun
bioqrafiyası üçün bu kitablara müraciət edin! Ərdəbili “Cəmiur-Rəvat”2/78-79,
Məməqani “Tənqihul-Məqal”2/85, Hurr Amili “Əməlul-Amil”2/248.
5
mişdir. Buna dəlalət edən hədisi Müslim (1072) Rabiə ibn əl-
Harisdən rəvayət etmişdir. Hətta bunu isbat edən şiə rəvayətləri də
mövcuddur. Belə rəvayətlərin birində deyilir: Peyğəmbər (salləl-
lahu aleyhi və səlləm) dedi: “Mən sizə iki şeyi: Quranı və əhli-
Dostları ilə paylaş: |