tutmaqla, sənaye istehsalının miqyasına görə ən iri region olduğundan onun ekoloji
vəziyyəti böhranlı xarakterə malikdir. Ərazidə uzun illər formalaşan ekoloji
problemlərin yaranmasında, xüsusilə müstəqillik illərinin urbanizasiya prosesi,
25
əhalinin sayının artması, sənayenin və nəqliyyatın inkişafının böyük rolu vardır.
Abşeron iqtisadi-coğrafi rayonu ölkənin şərqində yerləşərək, şimal-qərbdən
Quba-Xaçmaz, qərbdən Dağlıq Şirvan, cənub-qərbdən Aran iqtisadi rayonu ilə
həmsərhəddir. Şimal, şərq və cənubdan isə Xəzər dənizi ilə 320 km məsafədə əhatə
olunmuşdur ki, bu da, intensiv nəqliyyat əlaqələrinin yaradılmasına imkan verir.
Azərbaycanın ən mühüm dəmir yolu, avtomobil, su və hava xətləri bu rayonun
ərazisindən keçir [2].
Abşeron iqtisadi-coğrafi rayonunun tərkibinə Bakı və Sumqayıt şəhərləri ərazi
dairəsi Abşeron və Xızı rayonları aiddir. 2014-ci ildə iqtisadi-coğrafi rayonun
urbanizasiya səviyyəsi 98,4%, ölkənin bütün şəhər əhalisinə görə payı isə 53,2%
olmuşdur. 1999-2013-cü illərdə hər km
2
-də əhalinin sıxlığı 395 nəfərdən 490 nəfərə,
Bakıda 840 nəfərdən 1000 nəfərə, Sumqayıtda 3940 nəfərdən 4065 nəfərə, Abşeron
rayonunda 60 nəfərdən 145 nəfərə, Xızı rayonunda 7 nəfərdən 8 nəfərə yüksəlmişdir.
Müasir dövrdə urbanizasiyanın ərazi strukturunun tədqiqi göstərir ki, Bakı
aqlomerasiyasında suburbanizasiya prosesi gedir və bu proses 1980-cı illərdə
başlamışdır. Bakı şəhəri ilə müqayisədə şəhərətrafı qəsəbələrdə iş yerlərinin və
əhalinin daha sürətlə artımı baş verir. İqtisadi-coğrafi rayonda şəhərətrafı qəsəbələrin
əhalisinin sürətli artımı şəhər əhalisi arasında Bakının xüsusi çəkisinin azalmasına
səbəb olmuşdur.
İqtisadi-coğrafi rayonun əhalisinin artım dinamikası həm sovet, həm də
müstəqillik dövründə yüksəliş prosesi ilə fərqlənmişdir. Müstəqillik dövrünün birinci
mərhələsi (1991-2000-ci illər) ölkədə olan müharibə və iqtisadi böhran, sosial-
iqtisadi vəziyyətin kəskinləşməsi əhalinin təbii artımına mənfi təsir etmişdir. 2001-
2012-ci illərdə, yəni ikinci mərhələdə davamlı iqtisadi yüksəliş demoqrafik
vəziyyətin tamamilə yaxşılaşmasına səbəb olduğu üçün əhalinin sayı 497,3 min nəfər
artmışdır. İqtisadi-coğrafi rayonda əhalinin ən böyük artım sürəti 2006-2012-ci
illərdə, yəni ikinci mərhələdə davamlı iqtisadi yüksəliş demoqrafik vəziyyətin
tamamilə yaxşılaşmasına səbəb olduğu üçün əhalinin sayı 497,3 min nəfər artmışdır.
İqtisadi-coğrafi rayonda əhalinin ən böyük artım sürəti 2006-2012-ci illərdə olmuş və
bu ikinci mərhələdə olan bütün artımın 70,9%-ni təşkil etmişdir. Bu illərdə artım
26
əsasən Böyük Bakı (269 min nəfər) və Abşeron rayonunda (102,3 min nəfər)
müşahidə edilmişdir ki, onun da 45,7%-i təbii artım, qalan hissəsi isə miqrasiya
hesabına baş vermişdir [2].
Statistik məlumatlara görə Abşeron iqtisadi-coğrafi rayonu Azərbaycanın
məhsuldar qüvvələrinin həddən artıq cəmləşdiyi, iqtisadi cəhətdən ən yüksək inkişaf
etmiş ərazi-istehsal kompleksi olması ilə fərqlənir. Dövlət müstəqilliyinin əldə
olunması ərafəsində iqtisadi-coğrafi rayonun payına ölkədə istehsal olunan ümumi
sənaye məhsulunun 58%-i düşdüyü halda, sonralar daha sürətli iqtisadi yüksəliş
hesabına, bu göstərici 2012-ci ildə 90,8%-dək artmışdır (Cədvəl 2.1.) [2].
Dostları ilə paylaş: