Mehdiyeva səADƏt faziL qızı “Abşeron yarımadasında sənaye tullantıları ilə çirklənmiş torpaqların ekoloji vəziyyəti və onların yaxşılaşdırılması


 Bakı buxtasının ekoloji vəziyyəti və onu formalaşdıran amillər



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə20/40
tarix02.01.2022
ölçüsü0,95 Mb.
#44219
1   ...   16   17   18   19   20   21   22   23   ...   40
Mehdiyeva Səadət Fazil qızı

2.1.1. Bakı buxtasının ekoloji vəziyyəti və onu formalaşdıran amillər. 

 

Abşeron  yarımadasında  yuxarıda  qeyd  edilən  ekoloji  problemlər  Bakı 

buxtasında daha kəskin şəkildə nəzərə çarpır. Bu ərazidə L.M.Hüseynova tərəfindən 

Xəzər  dənizinin  ekoloji  vəziyyətinin  qiymətləndirilməsinə  dair  geniş  elmi-tədqiqat 

işləri aparılmışdır [11]. 

Bakı buxtası Xəzər dənizinin qərb sahilində Abşeron yarımadasının cənubunda 

yerləşir. Dəniz sərhəddi şərqdə Sultan Burnu, cənub-qərbdə isə Şıx Burnu götürülür, 



 

 

17 



Qum,  Daş  Zirə,  Böyük  Zirə  adaları  ilə  əhatə  olunmuşdur.  Sahəsi  50  km

2

,  sahil 



xəttinin  uzunluğu  isə  22  km-dir.  Buxtanın  qərb  hissəsi  nisbətən  dərin,  cənub-şərq 

hissəsi  isə  dayaz  və  daşlı  olub  dərinlik  orta  hesabla  0-25  m  arasında  dəyişir.  Bakı 

şəhərinin  birinci  sahil  terrası  tamamilə  buxtanın  sahil  xəttinə  uyğun  gəlir.  Buxta 

Xətai,  Səbail,  Nəsimi  rayonlarının  yaşayış  massivləri  və  sənaye  müəssisələrinin 

çirkab sularının çıxış nöqtəsinə çevrilmişdir.  

Ədəbiyyatlarda göstərilir ki,  Bakı buxtası tarixi inkişafın bütün  mərhələlərində 

Xəzər  akvatoriyasının  intensiv  antropogen  və  texnogen  təsirə  məruz  qalan  rayonu 

olmuşdur.  Bakı  aqlomerasiyasının  zərərli  təsirinin  50%-dən  çoxu  Buxtanın  payına 

düşür.  Bakı  buxtasına  uzun  illərdən  bəri  axıdılan  çirkləndiricilər  sahilə  yaxın 

ərazilərdə,  dənizin  dibində  toplanaraq  0-3,5  m  qalınlığında  neft  məhsulları,  ağır 

metallar və digər inqrediyentlərlə çöküntü təbəqəsi əmələ gətirmişdir. Digər tərəfdən 

Bakı şəhərinin bütün neft emalı müəssisələri, neft terminalları, yük, sərnişin limanları 

və körpüləri Buxtanın sahil zolağında yerləşdirilmişdir [11]. 

Xəzər  dənizində  səviyyə  tərəddüdü  müxtəlif  ekoloji  problemlərin  yaranmasına 

və çirklənmələrə səbəb olmuşdur. Təsadüfi deyil ki, artıq 1980-ci illərdə Bakı buxtası 

Xəzər dənizinin ən çirkli zonası kimi xarakterizə olunmağa başlamışdır. 1985-2000-

ci  illər  ərzində  Bakı  aqlomerasiyasında  orta  hesabla  formalaşan  və  dənizə  axıdılan 

300  mln.m

3

  çirkab  suyun  orta  hesabla  225  mln.  m



3

  və  ya  75%-i  Bakı  buxtasına 

axıdılmışdır. Suyun tərkibində neft və neft məhsulları, fenollar, biogen maddələr və s. 

inqrediyentlər  normadan  qat-qat  yüksək  olduğu  müşahidə  edilmişdir.  Təkcə 

karbohidrogenlərin qatılığı yol verilən həddən 15-20 dəfə artıq müəyyən edilmişdir. 

Neft və neft məhsulları daşıyan tankerlərin Buxta ilə birbaşa əlaqəsi, həmçinin bütün 

gəmi təmiri zavodlarının tullantılarının təmizlənmədən akvatoriyaya atılması ekoloji 

tarazlığın pozulmasına şərait yaratmışdır [11, 15,23]. 

2004-cü  ildə  Bakı  buxtasını  və  dənizin  ona  yaxın  hissəsini  çirkləndirən 

obyektləri  müəyyən  etmək,  çirklənmə  mənbələrini  tədqiq  etmək,  çirklənmə 

dərəcəsini  kəmiyyət  və  keyfiyyətcə  qiymətləndirmək  üçün  keçirilən  monitorinq  za-

manı buxtaya 47 çıxış xətti vasitəsilə gün ərzində orta hesabla 600 min m

3

  müxtəlif 



tərkibli çirkab suların axıdılması müəyyən edilmişdir. Axarların əksəriyyətini məişət 


 

 

18 



fekal  suları,  bir  qismini  isə  sənaye  axarları  təşkil  etdiyi  məlum  olmuşdu.

 

Buxtanın 



çirkləndirilməsində  əsas  rol  oynayan  axarlar  əsasən  şəhər  ərazisində  yerləşən 

obyektlərin,  sənaye  müəssisələrinin  və  şəhər  bələdiyyəsinin,  bir  qismi  də  dənizdə 

fəaliyyət  göstərən  gəmiçilik  idarələridir.  Xəzər  dənizində  gəmiçiliklə  məşğul  olan 

əsas  müəssisələr  Xəzər  Dəniz  Gəmiçiliyi,  Xəzər  Dəniz  Neft  Donanması,  Bakı 

Beynəlxalq Dəniz Ticarət Limanı, Azərbaycan Hərbi Dəniz Qüvvələri, “Caspian Fiş" 

və s. göstərmək olar [11]. 

Bakı  buxtasını  neftlə  çirkləndirən  əsas  sənaye  müəssələrindən  biri  “Bibi- 

Heybət” NQÇİ-dir. Azərbaycan neft sənayesinin təməlini qoymuş müəssisələrdən biri 

sayılan bu qədim idarə 1873-cü ildən fəaliyyət göstərir.  

“Azərneftyağ”  neft  emalı  zavodunun  20  saylı  körpüsü  əsasən  zavodda  istehsal 

olunan  neft  məhsullarının  ixracı  üçün  istifadə  olunur.  Eyni  zamanda  Dəniz  Neft 

Donanmasının  tabeliyində  olan  gəmilərdən  yığılmış  döşəməaltı  suları  “SLV-410” 

gəmisi  vasitəsilə  zavoda  ötürülür.  Bu  körpü  90  -cı  illərdə  istismara  verilmişdir. 

Körpünün  ümumi  vəziyyəti  qənaətbəxş  olsa  da,  1991-1992-ci  illərdə  dəniz 

səviyyəsinin  qalxması  üzündən  köhnə  körpü  və  onun  tikililəri,  nefttutucular, 

kompressor  stansiyası,  operator  xidməti  otaqları  su  altında  qalmış  və  ətraf  sahələr 

neftlə  çirklənmiş  vəziyyətdədir.  Körpü  yaxınlığında  əvvəllər  istismar  olunan  taxta 

körpünün  qalıqları  da  dənizdən  təmizlənməmişdir.  “Azərneftyağ”  NEZ-in  istehsalat 

sahələrində  formalaşan  sənaye  və  məişət-fekal  çirkab  suları  mexaniki  təmizləmə 

qurğularında  təmizləndikdən  sonra  2  sərbəst  çıxış  xətti  vasitəsilə  dənizə  axıdılır. 

İstismarda olan hər iki  təmizləyici qurğu fiziki və mənəvi cəhətdən köhnəlmiş olub 

günün  tələblərinə  cavab  vermir.  Zavodun  1  saylı  sexinin  turşulu  suları  isə 

təmizlənmədən birbaşa dənizə axıdılır. Son illərdə zavodda aparılmış yenidənqurma 

işləri  nəticəsində  bir  neçə  yeni  texnoloji  qurğuların  tikilib  istismara  verilməsi  ilə 

həmin  qurğular  ətrafında  abadlıq  işləri  görülsə  də  köhnə  texnoloji  qurğuların  ətrafı 

neftlə çirklənmiş vəziyyətdədir [20]. 

Bakı  buxtasının  çirklənməsində  heç  də  az  rol  oynamayan  istehsalat 

müəssisələrindən  biri  də  “Qum  adası”  NQÇİ-dir.  İdarə  buxtanın  şimal-şərqində 

yerləşərək əsasən 3 yatağı (“Hövsan”, “Qum-Dəniz” və “Bahar”) istismar edir. Qum 



 

 

19 



adası  Sultan  burnundan  4  km  cənubda  yerləşir.  Bu  yatağın  quyuları  uzunluğu  14,2 

km  olan  estakada  üzərində  1955-ci  ildən  istismar  olunur.  Yataqda  istismar  olunan 

estakadanın  2,3  km-i  qəzalı,  1,4  km-i  isə  atılmış  vəziyyətdədir.  NQÇİ-də  istismar 

olunan 7 ədəd fərdi özülün 6 ədədi qəzalı vəziyyətdədir [11,12]. 

2006-cı  ildə  keçirilən  monitorinqlər  nəticəsində  birbaşa  Buxtaya  tökülən  65 

axar qeydə alınmışdır ki, bunlardan 20-si Xətai. 2-si Nəsimi, 43-ü isə Səbail rayonları 

ərazisindəndir.  Nəticə  etibarilə  gün  ərzində  qeydə  alınmış  axarlarla  təqribən  609,7 

min  m


3

-ə  yaxın  çirkab  su  Bakı  buxtasına  axıdılır.  Bunun  58  min  m

3

-ni  Buxta 



ətrafında yerləşən və birbaşa dənizə çıxışı olan sənaye müəssisələrinin çirkab suları 

təşkil  edir.  Bakı  şəhərində  “Böyük  Bakı  Kanalizasiya  Şəbəkəsi”nin  tikintisi  başa 

çatdırılmadığından,  formalaşan  məişət-fekal  sularının  böyük  həcmi  təmizlənmədən 

və zərərsizləşdirilmədən leysan kollektorları vasitəsilə Bakı buxtasına axıdıldığından, 

onu uzun illərdən bəri çirkab suların toplanma məntəqəsinə çevirmişdir. Sahil boyu 

yerləşmiş neft emalı, gəmi təmiri zavodlarının, NQÇ idarələrinin istehsalat və digər 

çirkab suları, eləcə də dənizdə fəaliyyət göstərən üzən vasitələrin, digər obyektlərin 

mövcud  normativlərə  riayət  etməmələri,  baş  verən  qəza  halları  Bakı  buxtasının 

acınacaqlı  hala  düşməsinə  səbəb  olmuşdur  və  bu  proses  davam  etməkdədir. 

Götürülən  su  nümunələrində  aparılan  təhlillərin  nəticəsi  axarlar  vasitəsilə  Bakı 

buxtasına gətirilən çirkləndiricilərin miqdarının normadan dəfələrlə yüksək olduğunu 

göstərir. 

Bakı buxtasının sahil xətti boyunca 3 ekoloji zona formalaşmışdır: 

• 

Şıx burnu-Paris Kommunası zavodu zonası (Bibi-Heybət zonası); 



• 

Paris Kommunası-Ticarət Limanı (Milli Park zonası); 

Ticarət Limanı Sultan Burnu zonası (Zığ zonası). 

Bakı buxtasında birinci ekoloji zona gəmi təmiri zavodları və “Bibi-Heybət" 

NQÇİ-nin  hasilat  zonasını  əhatə  edir.  Ərazinin  yaşayış  məntəqələrində 

mərkəzləşdirilmiş  kanalizasiya  şəbəkəsi  olmadığından,  çirkab  sular  təmizlənmədən 

32-ci kanal və sərbəst çıxışlarla Bakı buxtasına axıdılır. 

Buxtaya  göstərilən  güclü  antropogen  təsirlərdən  biri  də  32-ci  kanal 

vasitəsilədir  (12000  m

3

/gün).  Başlanğıcını  Badamdar  qəsəbəsindən  götürən  kanala 




 

 

20 



müəssisələrdə  formalaşan  çirkab  sularla  yanaşı,  20-ci  yaşayış  sahəsi  və  onun 

ətrafındakı  yeni  salınmış  yaşayış  massivlərinin,  eləcə  də  Bayıl  qəsəbəsinin  bir 

hissəsinin məişət-fekal suları axıdılır. 

Gəmi  təmiri  zavodlarında  da  formalaşan  çirkab  sular  zərərsizləşdirilmir. 

Zonada  Şıx  qəsəbəsi,  Şıx  sanatoriyası,  1  saylı  Fizioterapiya  Xəstəxanası, 

“Xəzərdənizneftdonanma"  İdarəsinin  Gəmi  Təmiri  zavodu,  İ.Allahverdiyev  adına 

Gəmiqayırma  və  Gəmi  Təmiri  zavodu,  Azərbaycan  Respublikası  Dövlət  Neft 

Şirkətinin  “Cənubservis”  Tikinti  Tresti,  “Bibi-Heybət"  NQÇİ,  “AzFen-TekFen” 

Alyansının  bazası,  ARDNŞ-nin  “Xəzərdənizneftdonanma”  İdarəsinin gəmi  yanalma 

körpüləri,  təmir  bazaları,  Paris  Kommunası  adına  GTZ  və  digər  çoxsaylı  obyektlər 

fəaliyyət göstərir. 

Son illər Bakı buxtasının təmizlənməsinə xidmət edən dənizdə neft-zibilyığan 

gəmilərinin  fəaliyyət  göstərməməsi  Buxtanın  daha  çirkli  görünməsinə  səbəb 

olmuşdur.  Milli Park zonası əsasən yaşayış massivini əhatə edir. Bakı Kanalizasiya 

Xidməti İdarəsinə məxsus 10 kollektordan 9-nun çıxışı bu zona daxilindədir. Buradan 

Buxtaya məişət və qarışıq mənşəli çirkab sular daxil olur. Bu zona kəskin çirklənmə 

dərəcəsinə  görə  seçilir.  Yay  aylarında  istirahət  zolağında  yaranan  kəskin  qoxu 

əhalinin  istirahətinə  mane  olur.  Suyun  özünübərpa  prosesi  pozulmuş  və  onun  təbii 

keyfiyyətləri  sıradan  çıxmışdır.  Ticarət  Limanı  ərazisinə  daxil  olan  tankerlərin, 

bərələrin, xidmət obyektlərinin zonanın ekoloji mühitinə təsiri yüksəkdir. 

Zığ  zonası  isə  neft-kimya  sənaye  zonası  kimi  formalaşmışdır.  Ekoloji  zonada 

“Azərneftyağ”  Neft  Emalı  zavodu,  1  saylı  İstilik  Elektrik  Mərkəzi,  Zığ  Mexaniki 

Təmizləyici  Qurğusunun  qəza  kollektoru,  Heydər  Əliyev  adına  Bakı  Neft  Emalı 

zavodu,  gəmiyanalma  körpüləri,  “Xəzərdənizneftdonanma”  İdarəsinin  İxtisaslaş-

dırılmış  Dəniz  Neft  Donanma  İdarəsi,  çoxsaylı  tikinti  və  ictimai  iaşə,  xidmət 

obyektləri  fəaliyyət  göstərir.  Bunlarla  yanaşı,  Bakı  Kanalizasiya  Xidməti  İdarəsinin 

“Keşlə” və “8-ci km” qəsəbələri leysan suları kollektorları vasitəsi ilə dənizə ən çox 

təmizlənməmiş  və  zərərsizləşdirilməmiş  çirkab  sular  axıdılır.  Bakı  buxtasının  bu 

zonası  da  yüksək  çirklənmə  dərəcəsi  ilə  seçilir.  Sahil  zolağında  yerləşən 

müəssisələrdən və üzən vasitələrdən Bakı buxtasına gündəlik daxil olan suyun həcmi 




 

 

21 



600-650  min  m

3

  arasında  dəyişir.  Çirkab  suların  keyfiyyət  göstəricilərində  neft 



məhsulları xüsusi yer tutur. Belə ki, 32-ci kanaldan Bakı buxtasına il ərzində 13,1 t, 

“Azneftyağ” Neft Emalı zavodundan 12,0 t, Zığ Mexaniki Təmizləyici Qurğusunun 

qəza kollektorundan 65,44 t, Heydər Əliyev adına Bakı Neft Emalı zavodundan 14,0 t 

neft məhsulları daxil olur [11]. 

Bakı  buxtası  üçün  ən  mühüm  problemlərdən  biri  Şıx  Paris  Kommunası  adına 

Gəmi  Təmiri  zavodu  arasındakı  ekoloji  zolaqda  formalaşan  tullantı  suların 

təmizləyici sistemlərə yönəldilməməsidir. [11, 12]. 

Zolaq  boyu  qeyri-qanuni  yaşayış  tikililərinin  sayı  artmış,  onların  heç  biri 

kanalizasiya  şəbəkəsi  ilə  təmin  edilməmişdir.  Badamdar  yaylası  boyu  formalaşan 

təsərrüfat-məişət  suları  relyef  boyu  axaraq  32-ci  kanala,  oradan  isə  “Bibi-Heybət” 

NQÇİ-nin  mədən  ərazisindən  təmizlənmədən  Bakı  buxtasına  tökülür.  Kanalın 

tutularaq  daşması  mədən  ərazisindən  neft  məhsulları  ilə  çirklənmiş  gölməçələri  və 

torpaqları  yuyaraq  birbaşa  Bakı  buxtasına  axıdılmasına  şərait  yaradır.

 

Problemin 



aradan qaldırılması üçün zonanın kanalizasiya şəbəkəsi və təmizləyici sistemlə təmin 

edilməsi zəruriyyəti günün vacib tələbidir.  

Mühüm  ekoloji  problemlərdən  biri  Bakı  buxtası  ekvatoriyasının  metal 

tullantıları  ilə  çirklənməsidir.  Hazırda  “Xəzərdənizneftdonanma”  İdarəsinə  məxsus 

11,  Azərbaycan  Respublikası  Dövlət  Xəzər  dəniz  Gəmiçiliyinə  məxsus  2,  Hərbi 

Dəniz Qüvvələrinə məxsus 57, Balıq Soyuducu Donanma İdarəsinə məxsus 40, Bakı 

Beynəlxalq Ticarət Limanına məxsus 2 gəmi Bakı buxtasının Böyük Zirə adası, Sahil 

Limanı və Gəmi Təmiri zavodu ərazilərində batmış və yarımbatmış vəziyyətdə qal-

mışdır. Eyni zamanda, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə məxsus Bibi-

Heybət  dəniz  yatağında  istismardan  çıxarılmış  30  fərdi  dəniz  özülü  və  78  neft-qaz 

quyusu  atılmış  vəziyyətdə  qalmışdır.  Bunlar  potensial  çirklənmə  mənbəyi  olmaqla, 

Bakı buxtasının ümumi ekoloji vəziyyətinə əhəmiyyətli dərəcədə təsir göstərir. 

Neft-qazçıxarma və emal müəssisələrinə məxsus ərazilərdə neft-qaz quyularının, 

kəmərlərinin  və  digər  texnoloji  obyektlərin  yaxınlığında,  yüksək  gərginlikli  elektrik 

xətlərinin  altında  qanunsuz  olaraq  yaşayış  binaları  tikilmiş  və  bu  proseslərin  davam 

etməsi neftqazçıxarma əməliyyatlarının aparılmasında çətinliklər yaratmaqla bərabər, 




 

 

22 



həmin ərazilərdə məskunlaşmış insanların həyatı üçün böyük təhlükə törədir.  

Beləliklə,  mövcud  məlumatların  araşdırması  göstərir  ki,  Xəzər  dənizinin  Bakı 

buxtası ərazisində ekoloji tarazlığın bərpası günün ən vacib problemidir. Azərbaycan 

Respublikası  Ekologiya  və  Təbii  Sərvətlər  Nazirliyi  Bakı  buxtasının  çirklənmədən 

mühafizəsi və ekoloji bərpasının təmin edilməsi məqsədilə bir sıra tədbirlərin həyata 

keçirilməsini  məqsədəuyğun  sayır.  Bu  tədbirlər  magistr  dissertasiyasının  3-cü 

fəslində şərh olunacaqdır. 

 


Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin