Mehdiyeva səADƏt faziL qızı “Abşeron yarımadasında sənaye tullantıları ilə çirklənmiş torpaqların ekoloji vəziyyəti və onların yaxşılaşdırılması


 Neft-qaz sənayesinin Abşeron yarımadasının ekoloji şəraitinin



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə21/40
tarix02.01.2022
ölçüsü0,95 Mb.
#44219
1   ...   17   18   19   20   21   22   23   24   ...   40
Mehdiyeva Səadət Fazil qızı

2.1.2. Neft-qaz sənayesinin Abşeron yarımadasının ekoloji şəraitinin 

dəyişməsinə təsiri haqqında 

 

Mövcud  məlumatlara  görə  neft  və  təbii  qaz  hasilatı  və  emalı  Azərbaycan 

iqtisadiyyatının  aparıcı  sahəsi  hesab  olunur.  Onun  dövlət  büdcəsinin 

formalaşmasındakı  rolu  kifayət  qədər  böyükdür.  Statistik  məlumatlara  görə  yalnız 

2014-cü ildə Azərbaycanda 42022,7 min ton neft çıxarılmışdır.  

Bununla  əlaqədar  neft-qaz  kompleksinin  Azərbaycan  təbii  mühitinə  təsirinin 

kompleks qiymətləndirmə sisteminin yaradılması problemi daha ciddi şəkildə qarşıda 

durur.  Bu  qabaqcıl  yüksək  texnoloji  metodikaya  əsaslanmalıdır  və  bütün  maraqlı 

tərəflərə,  o  cümlədən,  neft  şirkətlərinə,  dövlət  strukturlarına,  regional  inzibati 

idarəetmə  orqanlarına,  elmi  və  ictimai  təbiəti  mühafizə  orqanlarına  operativ 

informasiya əldə etmək imkanı yaratmalıdır.  

Əlizadə  E.K.  və  başqaları  (2015)  göstərirlər  ki,  keçən  tarixi  dövr  ərzində 

Abşeron  yarımadası  respublikanın  neftçıxarma  və  neft  emalı  mərkəzi  olmuşdur. 

Neftəmələgəlmə  üçün  əlverişli  geoloji  şəraitin  olması  yüksək  keyfiyyətli  neft 

yataqlarının yaranmasına səbəb olmuş, bu isə qədim zamanlardan yerli əhalinin xeyli 

hissəsinin  neft  hasilatı  sahələrində  məşğul  olması  ilə  nəticələnmişdir.  Hələ  1264-cü 

ildə  italyan  səyyahı  Marko  Polo  Bakıdan  İrana  səyahət  edərkən  yer  səthi  ilə  neft 

axmasının şahidi olmuşdur. Azərbaycanın indiki ərazisində Xəzər dənizi sahillərində 

o,  neftin  necə  yığıldığını  görmüşdür.  Marko  Polo  yüzlərlə  gəmini  doldura  biləcək 

neftlə  dolu  nəhəng  gölməçələri  təsvir  etmişdir.  O,  neftdən  həm  evləri  işıqlandırmaq 




 

 

23 



üçün, həm də dəri xəstəlikıərini müalicə etmək üçün istifadə edildiyini qeyd etmişdir. 

Məşhur  cografiyaçı  Əbd  Ər-Rəşid  Bakuvi  (XIV-XV  əsərlər)  yazır  ki,  hər  gün 

Bakıdan neftlə yüklənmiş 200 dəvədən ibarət karvan yola düşürdü. Hər bir dəvə 300 

kq  neft  aparırdı.  Həmdulla  Qəzvini  (XIV  əsr)  qeyd  edirdi  ki,  quyulardan  neft 

çıxarmaq  üçün  quyuları  su  ilə  doldururdular,  neft  suyun  üzərinə  qalxırdı.  Sonra  isə 

nefti suiti dərisindən düzəldilmiş torbalara yığırdılar. Məhəmməd Mumunə (1669-cu 

il) görə torbalardan həmçinin neftin saxlanılması və nəqlində istifadə olunurdu [7].  

1572-ci  ildə  Bakiya  gələn  britaniyalı  Cefri  Deketin  məlumatlarna  görə  şəhərin 

yaxınlığında  böyük  neft  quyuları  yerləşirdi.  Deket  qara  neftlə  evlərin 

işıqlandırıldığını yazırdı və onu “naft” adlandırırdı.  

1601-ci ildə İran tarixçisi Əmin Əhməd Ər-Razi Bakının ətrafında 500 quyunun 

olduğunu və hər gün oradan neft çıxarıldığını qeyd edirdi. Bunu XVII əsrdə yaşamış 

türk tarixçisi Katib Çələbi də təsdiq edir.  

XVII  əsrdə  yaşamış  alman  səyyahı  Lerx  yazırdı  ki,  Abşeron    yarımadasında 

350-dən 400-ə qədər neft quyusu yerləşir. Balaxanı kəndindəki quyudan isə hər gün 

3000  kq-a  qədər  neft  çıxarılırdı.  X-XIII  əsrlərdə  Balaxanı  kəndində  “yüngül  neft”,  

Suraxanıda isə “ağır neft” çıxarılırdı. Bu nefti emal etmək üçün 1878-ci ildə Rusiyada 

ilk dəfə olaraq Balaxanı mədənləri ilə Qara şəhərdəki L.Nobel adına zavod arasında 

neft kəməri çəkilmişdir. Onun uzunluğu 10 km, daimetri isə 76 mm idi [7].  

Beləliklə, çoxsaylı tarixi  mənbələrdən alınan məlumatlara görə,  məlum olur ki, 

neftin  yarımadanın  hər  yerində  yayılmasına  baxmayaraq,  tarixən  əsas  neft  çıxarılan 

bir neçə Abşeron qəsəbələri Balaxanı, Suraxanı, Sabunçu, Ramana olmuşdur. 

Əvvəldə  qeyd  edildiyi  kimi  Abşeron  yarımadası  ekosistemlərinin  ekoloji 

şəraitinə güclü təsir edən amillərdən biri burada uzun müddət ərzində istismar edilən 

neft və qaz yataqlarıdır. Yarımadanın başlıca fərqləndirici xüsusiyyəti geniş sahələrin 

neft tullantıları ilə çirklənməsidir. 

Neft  və  qaz  sənayesi  Abşeronda  ətraf  mühiti,  ərazinin  landşaft  komplekslərini 

son 150 ildə çirkləndirən əsas mənbədir. Neftin çıxarılması, müxtəlif formalarda nəql 

edilməsi  və  emalı  ətraf  ərazilərin,  ekosistemlərin,  landşaftların  və  onların 

komponentlərinin, həmçinin torpaq örtüyünün, su  mənbələrinin, atmosferin  çoxsaylı  




 

 

24 



zərərli maddələrlə çirklənməsinə gətirib çıxarır [7]. 

Məlumatlara görə Abşeron yarımadasında neft və neft məhsulları ilə çirklənmiş 

torpaq  sahələri  ümumi  ərazinin  11%-ni  təşkil  edir  və  bu  yolla  çirklənmiş  torpaq 

profilində  dərinlik  2,0-2,5  metrə  qədər  çatır.  Çirklənmiş  torpaq  profilində  neft 

məhsullarının miqdarı 26%-ə təşkil edir. Xüsusilə Balaxanı, Sabunçu, Ramana NQÇ 

İdarələrinin  ərazilərindəki  sahələrdə  çirklənmə  dərinliyi  və  dərəcəsi  daha  yüksək 

göstəricilərə malikdir (A.B. Mirzəyev, E.B.Şıxəliyev 2012) [19].  

Abşeron yarımadasında hasilat və emal sahələrinin yerləşməsi neftlə çirklənmə 

prosesinin  yüksək  dərəcədə  olmasına  səbəb  olmuşdur.  Uzun  illər  boyu  neft 

çıxarılması  ilə  bağlı  Abşeron  yarımadasında  mürəkkəb,  kəskin  ekoloji  problemlər 

yaranmışdır,  sənaye  potensialı  əsasən  iki  böyük  şəhərdə-  Bakı  və  Sumqayıtda 

mərkəzləşmişdir.  

Abşeron yarımadasının ekosistemi kəskin antropogen təsirlərə məruz qalmışdır. 

Ərazinin  atmosferi  neft  emalı  və  neft-kimya  zavodlarının,  stasionar  mənbələrin, 

nəqliyyat  vasitələrinin  tullantıları  ilə,  torpaq  örtüyü  neft  və  neft  məhsulları  ilə,  ağır 

metallar və radionuklidlərlə, su mənbələri sənaye və məişət tullantıları ilə, yeraltı və 

yerüstü  sular  zərərli  maddələrlə  çirklənmişdir.  Nəticədə,  ərazinin  ekosistemi 

deqradasiyaya uğramışdır.  

Statistik  və  ədəbiyyat  məlumatlara  görə  yarımadanın  33  min  hektar  ərazisi 

tamamilə  texnogen  təsirə  məruz  qalmışdır.  Çirklənmiş  və  pozulmuş  torpaqların  10 

min  hektarı  karbohidrogenlərlə  çirklənmişdir.Bunlardan  6,2  min  hektar  neft  və  neft 

məhsulları  ilə  çirklənmiş,  1,3  min  hektar  isə  kimya  sənayesi  tullantıları  ilə  yararsız 

vəziyyətə düşmüşdür [7,19]. 

 


Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin