Bataqlaşmış boz-qonur torpaqlar. Ərazidə suvarma normasının və rejiminin
dəyişilməsi, mədənlərdən atılan və tullantı sularının axıdılması, Xəzər dənizinin
səviyyəsinin qalxması münbit torpaqların bataqlaşmasına və təkrar şoranlaşmasına
səbə olmuşdur. Zabrat, Maştağa, Ceyranbatan qəsəbələrində, Samur-Abşeron kanalı
(SAK) boyu massivlərdəki torpaqlarda bu hal müşahidə olunur.
Tam inkişaf etməmiş boz-qonur torpaqlar. Bu torpaqlara əsasən yarımadanın
şərq hissəsində təsadüf olunur. Döşəmə süxurları üzərində əmələ gələn, yumşaq
qumsal - balıqqulağı çöküntüləri üzərində inkişaf edən torpaq qatının qalınlığı 50-70
sm-dir, illüvial kabonatll qat möhkəm əhəng və bəzən də sementləşmiş süxurlar
üzərində formalaşmışdır.
Dostları ilə paylaş: |