13
1.6. Torpaq örtüyü
V.P.Smirnov-Loqinovun və A.S.Preobrajenski Abşeron yarımadasının torpaq
örtüyü haqqında ilk məlumatlarə öz əsərlərində vermişlər. Abşeron yarımadasında
aşağıdakı torpaq tiplərinə ayrılmışdır: qonur, boz-qonur, boz və şorakətli boz qonur,
şoranlar, qumlar. Relyefin çökək və aşağı hissələrində qumlar və qumsal-boz
torpaqlar yayılmışlar, yuxarı qalxdıqca isə onlar boz-qonur torpaqlarla əvəz olunurlar.
Qonur torpaqlar isə ən yüksək hissələrdə formalaşmışlar.
Abşeron yarımadasının torpaqları müxtəlif istiqamətlərdə torpaqşünas-alimlər
M.E.Salayev (1961), B.İ.Həsənov, M.P.Babayev, V.H.Həsənov, Ç.S.Qələndərov
(1995, 1980), F.V.Sultanzadə (1996), Q.Ş.Yaqubov, N.F.Həkimova (2005),
V.A.Babayev (2009) və başqaları tərəfindən öyrənilmişdir [1,3,4,18].
Abşeron yarımadasında irimiqyaslı torpaq tədqiqatları aparılmış, torpaqların
genezisi, coğrafiyası, fiziki-kimyəvi xassələri öyrənilmiş, suvarma və meliorasiyanın
tədqiqi ilə əlaqədar torpaqda əmələ gələn dəyişikliklər müəyyən edilmişdir. Ərazidə
aşağıdakı torpaq qruplarınin yayıldığı qeyd edilmişdir:
1. Keçid torpaqlar - Təsnifatı müəyyən olunmuşdur və iki qrupa ayrılır: qonur
torpaqlara yaxınlaşan “boz-qonur” torpaqlar və boz torpaqlara yaxınlaşan “qonur-
boz” torpaqlar.
2. Torpaqəmələgəlmə prosesinin məhsulları: ibtidai, inkişaf etməmiş, dik
yamacların torpaqları və s.
Abşeron yarımadasında torpaqəmələgəlmə prosesinin istiqaməti yarımsəhra
quru subtropik rejiminə aiddir ki, nəticədə boz-qonur torpaqların aşağıdakı növləri
yayılmışdır: şoranli-şorakətli, suvarılan şoranlı, bataqlaşmış, inkişaf etməmiş və
ibtidai boz-qonur torpaqlar [1,4].
Dostları ilə paylaş: