Coxsaylı tədqiqatlar nəticəsində Abşeron yarımadasının iqlim şəraiti müxtəlif
alimlər tərəfindən öyrənilmişdir. Abşeron yarımadası mürəkkəb iqlim şəraitinə
malikdik. Ərazidə bitki örtüyünün seyrək olması, relyef şərainin mürəkkəbliyi torpaq
örtüyünün səthində sovrulma prosesinin intensivləşməsinə səbəb olur. Müəyyən
edilmişdir ki, şimal və şimal-qərb küləkləri iqlimyaradıcı faktor kimi aparlcı rola
Abşeron yarımadasının iqliminə Xəzər dənizi, Baş Qafqaz silsiləsi, təsir edir.
Iqlimi quru, yarımsəhra tipinə aiddir, subtropik səciyyəyə malikdir. Abşeronun cənub
hissəsində yay quru və isti keçir. Yüksək temperaturla keçən yay fəslində çox zaman
güclü şimal küləkləri istini şəraiti bir xeyli mülayimləşdirir. Qış isə nisbətən mülayim
Il ərzində havanın orta aylıq temperaturu müsbət göstəriciyə malikdir. İlin
Yağıntının illik miqdarı 129,0-311,0 mmtəşkil edir və əksərən yağış şəklində
yağır. 4-11 gün torpaq səthi qarla örtülü olur. Yarımada üzərində şimal hava axını
11
üstünlük təşkil etdiyindən nisbi rütubət yarımadanın şimalında yüksək, cənub-qərb
hissəsində isə az olur. Belə ki, dəniz üzərindən gələn hava kütləsinə nisbətən, cənub
sahillərə doğru hərəkət hava kütləsi quru olur. Ərazinin cənub-qərb hissəsində
rütubətlilik azalır. Havanın nisbi rütubətliliyi orta hesabla 68-79% təşkil edir, soyuq
aylarda isə bir qədər yüksək (73-87%) olur. Ilin ən isti dövründə isə aşağı (55-74%)
olur.
Abşeron iqliminin səciyyəvi xüsusiyyəti sürətli və tez-tez əsən güclü şimal,
bəzən isə cənub-qərb küləklərinin əsməsidir. Ərazinin külək rejimi xüsusən şimal və
şimal-qərb küləkləri ilə müəyyənləşir. Il ərzində yarimadada 139 gün güclü külək əsir
[10]. Il ərzində yarımadada küləyin orta sürəti 4,5-5,5 m∕san təşkil edir və yüksək
sürət yay və payız aylarında müşahidə edilir. Bu zaman həm də havanın temperaturu
yüksək olur. Bu sərait rütubətin sürətlə buxarlanması və torpaq səthinin qurumasını
təmin edir .
Abşeronun bu cür iqlim göstəriciləri deflyasiya prosesi üçün əlverişli şərait
yaradır və nəticədə “sovrulma vadiləri” və “sovrulma dərələri” şəklində relyef
formaları yaranır
.
Azərbaycanda torpağın temperatur rejiminin öyrənilməsi sahəsində müxtəlif
vaxtlarda M.P.Babayev, R.H.Məmmədov, V.H.Həsənov, A.P.Gərayzadə, A.A.
İsmayılov və Ç.S.Qələndərov tədqiqat işləri aparmışlar. Abşeronun boz-qonur
torpaqlarında aparılan tədqiqatlar nəticəsində məlum olmuşdur ki, fəsillər üzrə
temperatur rejiminin dəyişməsi torpağın 0-100 sm-lik genetik qatlarında müşahidə
edilir. Aktiv temperatur dövrü yazda başlayır və burada torpağın üst qatlarında mənfi
temperatur qeydə alınmır [4,10]. Torpağın orta aylıqtemperaturu 16-17
0
C təşkil edir.
Ən aşağı temperatur yanvarda, ən yüksək temperatur isə iyul-avqust (21-32
0
C)
aylarında müşahidə edilir [10].
Dostları ilə paylaş: