Mehdiyeva səADƏt faziL qızı “Abşeron yarımadasında sənaye tullantıları ilə çirklənmiş torpaqların ekoloji vəziyyəti və onların yaxşılaşdırılması


  Yarımadanın hidroqrafik şəbəkəsi və yeraltı suları



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə14/40
tarix02.01.2022
ölçüsü0,95 Mb.
#44219
1   ...   10   11   12   13   14   15   16   17   ...   40
Mehdiyeva Səadət Fazil qızı

 

1.5.  Yarımadanın hidroqrafik şəbəkəsi və yeraltı suları. 

 

Azərbaycanın  ən  quraq  rayonlarından  hesab  olunan  Abşeron  yarımadasının 

hidroqrafik  şəbəkəsi  bir  neçə  kiçik  çaydan  və  müxtəlif  həcmli  göllərdən  təşkil 

olunmuşdur.  Abşerondakı  çaylar  axın  rejiminə  görə  quruyan  çaylardan  (güclü 




 

 

12 



yağışlardan,  dağlarda  əriyən  qardan  və  az  miqdarda  yeraltı  sulardan  qidalanan)  və 

müvəqqəti çaylnardan (yalnız leysan yağışlarından qidalanan) ibarətdir. 

Sumqayıtçayın orta illik axını 250- 300 gün, Ceyrankeçməz çayınınki isə 100-

150  gün  təşkil  edir.  Digər  çaylar  isə  ilin  çox  hissəsində  quruyurlar.  Çay  suları 

tərkibcə  sulfat  tipinə  aid  olub,  orta  illik  minerallaşması  1000  mq∕l-dən  çoxdur.  Ən 

aşağı  minerallaşma  yüksək  su  sərfinə  olan,  ən  yüksək  minerallaşma  isə  quraqlıq 

dövründə müşahidə olunur. 

Ərazidəki göllərin minerallaşma dərəcəsi yüksəkdir, belə ki, onların su balansı 

və  parametrləri  antropogen  fəaliyyətin  və  atmosfer  çöküntülərinin  miqdarından 

asılıdır. Bu baxımdan göllər iki qrupa bölünür: təbii rejimi pozulmuş və pozulmamış 

göllər.  Göllərin  əsas  qida  mənbəyini  atmosfer  yağıntıları  ilə  yanaşı,  həmçinin 

suvarma, sənaye və məişət suları təşkil edir. Son illərdə göllərin su rejiminə müxtəlif 

səbəblərdən yeraltı suların səviyyəsinin qalxması böyük təsir göstərmişdir.  

Abşeron  yarımadasında  yeraltı  suların  formalaşmasına  və  onların  rejiminə 

geoloji  –  geomorfoloji,  iqlim,  hidroloji,  biogen  və  antropogen  amillər  göstərir. 

Yarımadanın  yeraltı  suları  süxurların  tərkibi  ilə  sıx  əlaqədardır.  Belə  ki,  müxtəlif 

çöküntülər  üzərində  əmələ  gələn  yeraltı  sular  sızmanın  az  olması  və  əmələ  gəlmiş 

suların  yerdəyişməsi  hesabına  yerləşmə  dərinliyinə  və  kimyəvi  tərkibinə  görə  bir-

birindən fərqlənirlər. 

Yeraltı suların kimyəvi tərkibi hidrokarbonatlı-kalsiumlu-natriumludan natrium-

xloridə  keçir. Bakı  muldasında isə  əsasən sulfat tərkibli sulara təsadüf  edilir.  Bu isə 

həmin  ərazilərdə  qrunt  sularının  sənaye  tullantıları  və  çirkab  suları  ilə  qidalanması 

nəticəsində baş vermişdir.  

Ilin  mövsümlərinin  dəyişməsindən  asılı  olaraq  yeraltı  suların  təbii  rejimi, 

səviyyəsi dəyişir. Fevral-may aylarında ən yüksək səviyyə, avqust-oktyabr aylarında 

isə ən aşağı səviyyə təyin edilir. Belə ki, səviyyə dəyişməsinin illik amplitudası 0,05-

1,5  m  təşkil  edir.  Səviyyənin  enməsi  adətən  minerallaşmanın  artması,  qalxması  isə 

minerallaşmanın azalması ilə müşayiət olunur ki, bu zaman qrunt sularının kimyəvi 

tərkibi dəyişməz qalır [4].  


Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin