nəticə, 8 cədvəl, 8 şəkil və 30 adda istifadə edilmiş ədəbiyyat siyahısı daxil olmaqla
7
I FƏSİL
ABŞERON YARIMADASININ TƏBİİ-EKOLOJİ SƏCİYYƏSİ
1.1. Ərazinin coğrafi mövqeyi
Böyük Qafqaz silsiləsinin cənub-şərq qurtaracağında yerləşən Abşeron
yarımadası, Xəzər dənizinin qərb sahili boyunca uzanır. Mərkəzi hissədə eni 28 km,
şərqdən qərbə doğru uzunluğu isə 62 km-dir. Yarımada dəniz səviyyəsindən -25m-
dən 300-350 m-ə qədər hündürlükdə yerləşir.
Xəzər dənizinin daxilinə doğru daxil olan yarımadanın şərq hissəsi, eyni
zamanda şimal, qərb və cənub hissələrdən də dəniz suları ilə əhatə olunur. Yarımada
qərb hissədən Giləzi və Səngəçal əraziləri və Qobustanın alçaq dağlıq zonası ilə əhatə
olunur [26].
Dostları ilə paylaş: