Mehdiyeva səADƏt faziL qızı “Abşeron yarımadasında sənaye tullantıları ilə çirklənmiş torpaqların ekoloji vəziyyəti və onların yaxşılaşdırılması



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə12/40
tarix02.01.2022
ölçüsü0,95 Mb.
#44219
1   ...   8   9   10   11   12   13   14   15   ...   40
Mehdiyeva Səadət Fazil qızı

1.3.  Yarımadanın geologiyası 

 

Tədqiqatçılar  göstərirlər  ki,  Abşeron  yarımadası  paleogen,  neogen  və  digər 

dövrlərin çöküntülərindən təşkil olunmuşdur. Mürəkkəb geoloji kompleksə malikdir, 



 

 



qalınlığı 8000m–dən 9000 m- ə qədər dəyişir. Ərazidə əsasən qumlardan, qumsaldan, 

alevritlərdən  və  gillərdən  ibarət  olan  çöküntülər  daha  çox  təsadüf  olunur.  Bunlar 

paleogen-neogen çöküntülərin qalınlığının yarısını, yəni 3400 m-dək təşkil edirlər və 

bununla da çox mürəkkəb lay qatlarından ibarət bir forma təşkil edirlər. 

Ərazinin  geoloji  strukturundada  aşağı-paleogen-miosen  və  yuxarı-pliosen-

pleystosen  pillələri  olmaqla  qat  və  ya  yarus  qeyd  olunur:  Abşeron  yarımadasının 

geoloji quruluşunda qalınlığı 2500-3000 m-ə çatan aşağı pliosen, paleogen və yuxarı 

təbaşir yaşlı süxurlar müşahidə olunur ki, bunlar da Sumqayıt çayının aşağı axarında 

çılpaq formada yerin üzərinə çıxır. Sovrulan, yuyulan gillərdən və qumlardan ibarət 

olan  qatlar  yarımadanın  bütün  ərazisi  boyunca  yayılmışdır.  Yalnız  qərb  hissədə 

onlara  təsadüf  olunmur.  Qırmakı  vadisində,  Sabunçu,  Ramana,  Corat,  Novxanı, 

Saray,  həmçinin  yarımadanın  cənub-qərb  hissəsində  (Şabandağ,  Bibi-Heybət, 

Yasamal, Lökbatan, Puta, Korgöz, Qızıldaş və s.) ərazilərdə səthə çıxırlar və hazırki r 

torpaq əmələ gəlmə prosesində dağ süxuru kimi iştirak edirlər[27]. 

Abşeron yarımadasının nisbətən az hissəsini Ağcagil süxurları təşkil edir ki, bu 

da torpaqəmələgəlmə prosesində iştirak etmir. Bakı buxtasında yerləşən Bibi-Heybət, 

Binəqədi, Qaraçuxur, Balaxanı, Suraxanı, Sabunçu, Şabandağ və qırışlarında Abşeron 

əhəng daşları vardır. Ərazinin şərq hissəsində yerin səthi dördüncü dövr çöküntüləri, 

həmçinin,  qumsal,  gillicəli  fraksiyalar,  dəniz  mənşəli  əhəng  daşları,  balıqqulağı  və 

qumlardan ibarət çöküntülərlə örtülmüşdür. Qeyd olunan bu dəniz çöküntülərindən – 

qumsallar,  qumlar,  gillicələr,  balıqqulağılar  və  ibarətdir  ki,  bunlar  da  intensiv 

deflyasiya  prosesinə  məruz  qalırlar.  Bu  qalıqlar  və  s.  qarışıqlar  ərazi  sahili  boyu 

terras formasında yayılmışdır və onlar yarımadanı ensiz qurşaq şəklində əhatə edir.  

Sumqayıt  çayın  vadisi  terraslar  şəklində,  ərazinin  qərb  hissəsi  isə  quru  vadilər 

boyunca  allüvial-prolüvial  çöküntülər  ilə  örtülmüşdür,  Bu  çöküntülər  xüsusilə  çay 

daşı,  həmçinin  çınqıl  qatışığı,  sarımtıl-boz  tozvari  gillər  və  qumlardan  təşkil 

olunmuşdur.  

Yarımadada  relyefin  çökək  hissələrində  dellüvial-prolüvial  çöküntülərə  rast 

gəlinir.  Bu  çöküntülər  isə  çay  daşı,  çınqıl,  gil,  gillicə,  gil  qarışıqlı  qumlardan 

ibarətdir. 




 

 

10 



Yarımadanın  şimal,  şərq  dəniz  sahili  boyu  qum  təpələrindən  ibarət  eol 

çöküntülər  qurşaq  əmələ  gətirir,  mərkəzi  hissədə,  həmçinin,  şimaldan-cənuba,  yəni 

hakim küləklərin istiqamətində isə, mütəhərrik formalı qum təpələri yaranır. Burada 

şimal  yamaclar  çılpaqlaşır,  deflyasiyaya  uğrayır,  cənub  yamaclarda  isə  alçaq  boylu 

bitkilər bitir. 

Ədəbiyyat  məlumatlarınin  araşdırılması  ilə  belə  nəticəyə  gəlmək  olar  ki, 

Abşeron  yarımadasında  relyefin  spesifik  forması,  torpaqəmələgətirən  süxurlar, 

torpaqəmələgəlmə  prosesinin  intensiv  inkişafı  üçün  əlverişli  deyil  və  burada 

torpaqəmələgəlmə  prosesi  zəif  getmiş,  torpaqların  genetik  qatları  və  profili  tam 

formalaşmamışdır. Ərazidə torpaq örtüyü külək və su eroziyasına qarşı davamsızdır. 

[4]. 

 


Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin