Tədqiqatın metodu. Abşeron yarımadasının texnogen təsirlərlə pozulmuş və
çirklənmiş torpaqlarının morfogenetik, diaqnostik göstəricilərinin təyini və onların
dəyişilməsinin öyrənilməsi, torpaqların ekoloji parametrlərinin qiymətləndirilməsi,
neft məhsulları, sənaye və məişət tullantıları, ağır metallar, radioaktiv elementlər və s.
ilə çirklənmiş torpaqların torpaq-ekoloji göstəricilərinin təyini mövcud metodikalar,
metodik tövsiyyələr əsasında yerinə yetirilmişdir.
Elmi yenilik. Abşeron yarımadasında texnogen təsirlərə məruz qalmış
torpaqların ekoloji xüsusiyyətləri araşdırılaraq, pozulmuş və çirklənmiş torpaqların
bərpası üsul və tədbirləri araşdırılmış, əlverişli rekultivasiya üsulları təklif edilmiş,
eyni zamanda torpaqlarının ekoloji vəziyyətinin qiymətləndirilməsi məsələlərinin
6
araşdırılması, təhlili öz əksini tapmış, nəticələr qeyd edilmiş, təkliflər irəli
sürülmüşdür.
Dostları ilə paylaş: |