3
G İ R İ Ş
Müxtəlif dayanıqlığa malik olan təbii-ərazi komplekslərinin daha geniş sahələri
istehsal prosesinə cəlb edildikdə antropogen təsirlər nəticəsində ekosistemlərin
deqradasiyası baş verir ki, bu da torpaqların münbitliyinin azalmasına, onların
çirklənməsi ilə əlaqədar olaraq ekoloji cəhətdən təhlükəli sayılan bir sıra toksik
elementlərin qida zəncirinə daxil olmasına gətirib çıxarır. Bu da bitkilərdə,
heyvanlarda və insanlarda, bir sözlə bütün canlı orqanizmlərdə müxtəlif xəstəliklərin
əmələ gəlməsi üçün əlverişli mühitin yaranmasına səbəb olur. Yaranan bütün bu
ekoloji problemlər zərərli maddələrin müxtəlif landşaft komponentlərində yayılması,
onların torpaq profillərində toplanması, bitkilər tərəfindən mənimsənilməsi, ərazilərin
ekoloji şəraitinin pisləşməsinə gətirib çıxarır. Bu kimi proseslər yaranan problemlərin
araşdırılması və öyrənilməsinin aktuallığını daha da artırır.
Dostları ilə paylaş: