Mövzunun aktuallığı. Son zamanlar Abşeron yarımadası və Xəzər dənizinin
karbohidrogen ehtiyatlarının mənimsənilməsinin səviyyəsi xeyli artmışdır. Odur ki,
neft və təbii qaz hasilatının gələcək inkişaf perspektivləri ekoloji vəziyyətin
əhəmiyyətli dərəcədə hərtərəfli tədqiqinin vacib və zəruri olduğunu göstərir.
Ədəbiyyatlarda göstərildiyi kimi Abşeron yarımadasında 160 ildən artıq bir dövr
ərzində neft-qazçıxarma sənayesinin inkişafı ətraf mühitin çirklənməsi nəzərə
alınmadan həyata keçirilmiş, bu isə təbii mühitin, eləcə də, landşaftların özünübərpa
prosesini pozmuş, onun bir sıra deqradasiyaedici təsirə malik olan inqridiyentlərlə
çirklənməsinə səbəb olmuşdur.
Statistik məlumatlara görə hazırda Abşeron yarımadasında neftlə çirklənmiş
ərazilərin ümumi sahəsi 33,3 min ha təşkil edir. Ən çox çirklənmiş sahələr Balaxanı,
Bibiheybət, Suraxanı, Sabunçu, Ramana və Binəqədi ərazilərində yerləşir ki, onların
da təmizlənməsinə, rekultivasiyasına böyük ehtiyac vardır.
Abşeron yarımadasının müasir ekoloji şəraiti böhranlı vəziyyətdədir. Belə ki,
yarımada 100 ildən artıqdır ki, kəskin antropogen təzyiqə məruz qalmışdır. Təbii
ehtiyatların kütləvi istifadəsi, hasil edilən xammalın emalı, çoxsahəli sənaye
obyektlərinin ekoloji baxımdan yanlış yerləşdirilməsi, nəqletmə üçün kommunikasiya
xətlərinin qənaətbəxş vəziyyətdə olmaması, bərk və maye halında tullantıların geniş
4
yayılması yarımadanı başdan-başa ekoloji cəhətdən gərgin əraziyə çevirmişdir [7].
Sənaye istehsalının miqyasına görə Abşeron Azərbaycan Respublikasının ən iri
sənaye rayonudur. Onun payına bütün respublikanın sənaye istehsalı məhsullarının
70%-dən çoxu, quruda neft çıxarmanın 60%-i, neft emalının hamısı, bütün neft-
kimya, maşınqayırma və metallurgiyanın 80%-dən çoxu, elektrik enerjisi istehsalının
30%-i, meşə və ağac emalının 75%-dən çoxu, yeyinti sənayesinin 40%-dən çoxu,
yüngül sənayenin 50%-i, tikinti materialları sənayesinin 70%-i düşür.
Bütün bunlar göstərir ki, Abşeron yarımadası ekosisteminin təxirəsalınmaz
bərpa işlərinə böyük ehtiyac vardır.
Abşeron yarımadasında yuxarıda qeyd olunan antropogen təsirlərə məruz
qalaraq texnogen pozulmuş və çirklənmiş torpaqların torpaqların ekoloji vəziyyətinin
öyrənilməsi və onun yaxşılaşdırılması istiqamətində kompleks tədbirlər planının
işlənməsi və həyata keçirilməsi bu günün aktual problemlərindən biridir. Magistr
dissertasiyasının mövzusu da həmin aktual ekoloji problemlərin araşdırılmasına həsr
edilmişdir.
Dostları ilə paylaş: |