Tədqiqatın obyekti. Tədqiqatın obyekti Abşeron yarımadasının texnogen
təsirlərdən müxtəlif dərəcədə pozulmuş və çirklənmiş torpaq sahələridir. Statistik
məlumatlara görə hal-hazırda Abşeron yarımadasında 33,3 min hektara yaxın torpaq
sahəsi pozulmaya, çirklənməyə məruz qalmışdır. Buraya müxtəlif dərəcədə şorlaşmış,
şorakətləşmiş, bataqlaşmış, su və külək eroziyasına məruz qalmış, neft məhsulları,
sənaye və məişət tullantıları ilə çirklənmiş sahələr, tikinti materiallarının çıxarılması
ilə bağlı yaranmış daş və qum karxanaları, neft hasilatı nəticəsində yaranmış süni
çirkli göllər və s. aiddir.
Dostları ilə paylaş: |