Mehdiyeva səADƏt faziL qızı “Abşeron yarımadasında sənaye tullantıları ilə çirklənmiş torpaqların ekoloji vəziyyəti və onların yaxşılaşdırılması



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə11/40
tarix02.01.2022
ölçüsü0,95 Mb.
#44219
1   ...   7   8   9   10   11   12   13   14   ...   40
Mehdiyeva Səadət Fazil qızı

 

1.2. Relyefi. 

 

Abşeron  yarımadasının  relyefi  bir  çox  tədqiqatçılar  tərəfindən  dəqiq  və  geniş 

tədqiq  olunmuşdur.  Yarımada  relyefin  formalarına  görə  sərbəst  geomorfoloji  rayon 

hesab olunur. 

Ağcagil  və  Abşeron çökmə  süxurları  Abşeron  yarımadasının  hazırki  relyefinin 

formalaşmasında  xüsusi  rolu  oynayır.  Eyni  zamanda  müasir  Xəzər  terraslarının 

qumluqlarında  gedən  deflyasiya  prosesi  də  bu  prosesdə  iştirar  edir.  Ərazinin  qərb 

hissəsi isə digər zonalara nisbətən daha mürəkkəb relyefə məxsusdur. Belə ki, burada 

qumların sovrulması ilə yanaşı denudasiya prosesi də baş verir.  

Su eroziyasına əsasən yarımadanın mərkəzi hissəsində daha çox təsadüf olunur. 

Ərazinin  relyefinin  formalaşmasında  süxurların  litoloji  tərkibinin  əhəmiyyətli  rolu 

vardır.  Belə  ki,  deflyasiya  prosesində  əsasən  qumlu,  qumsal  və  gillicəli  mexaniki 

tərkibli süxurlar daha çox iştirak edirlər. Xüsusilə yarımadada gilli duzlu çöküntülər 

daha çox sovrulmaya məruz qalırlar [29]. 

Morfoloji  strukturuna  görə  Abşeron  yarımadası  Böyük  Qafqazın  cənub-şərq 

qurtaracağını  təşkil  edir.  Müxtəlif  amplitudaya  malik  neotektonik  proseslərə  rast 




 

 



gəlinir ki, nəticədə də ərazidə tektonik relyef forması əmələ gəlir.  

Palçıq  vulkanlarının  təsiri  ilə  ərazidə  fərqli  formaya  və  ölçüyə  malik 

konusşəkilli  təpəciklər  meydana  gəlmişdir.  Cənub-qərb  hissədə  isə  inversiyalı 

formaya  malik  relyef  əmələ  gəlmişdir.  Bu  zonada  relyef  bir  neçə  elementdən  təşkil 

olunmuşdur:  denudasiya  prosesinə  davamlı  əhəng  daşlarından  yaranmış  monoklinal 

yüksəklik və sinklinal yaylalar.  

Abşeron yarımadasının relyefinin əksər hissəsi düz və zəif parçalanmış formada 

olsa  da,  arid-denudasiya,  şoran,  deflyasiya  və  eol  relyef  formalarına  da  təsadüf 

olunur.  Burada  pilləvari  strurturlu  yamaclara,  yüksəklilərə  və  yaylalara  rast  gəlinir  

Relyefin bu cür formalaşması dördüncü dövr dəniz terraslarının təsiri ilə baş verir. 

Tədqiqatçılar  Abşeron  yarımadasını  geomorfoloji  strukturuna  görə  5  hissəyə 

ayırırlar: 

1. Abşeronun qərb hissəsi – qədim, qabarıq, alçaq dağlar və güclü parçalanmış 

relyefə malikdir; 

2. Abşeronun cənub-qərb hissəsi – alçaq dağlar mövcuddur və inversiion relyefə 

malikdir. Dayaz dərələr, vadi və düzənlər (Lökbatan ərazisində), eol formalalı relyef 

və palçıq vulkanları yayılmışdır; 

3. Abşeronun mərkəzi hissəsi – üzəri hamar olan alçaq təpəliklər, yüksəklik və 

çökəkliklər yerləşir. Yumşaq süxurlar olan yerlərdə deflyasiya baş vermişdir. Palçıq 

vulkanları ərazi üşün səciyyəvidir; 

4.  Abşeron  yarımadasının  şərqi  hissəsi–hamar  relyefə  malik,  xırda  təpəcikli, 

səthi parçalanmış, eol təpəliklər ilə fərqlənir; 

5. Abşeron yarımadasının şimal-qərb hissəsi– düzənlikdən ibarət olub, Sumqayıt 

çayın  aşağı  hissəsini  əhatə  edib,  şayın  sahiinlə  doğru  eol  formaları  qumluqlar,  şərq 

hissədə isə şoranlıqlardan ibarət çökəkliklər yayılmışdır [29]. 

 


Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin