Cədvəl 2.1.
Abşeron iqtisadi-coğrafi rayonunda sənaye sahələrinin
illər üzrə göstəriciləri
Göstəricilər
2005
2008
2012
Fəaliyyət göstərən müəssisələrin sayı, vahid
1519
1667
1432
Sənaye məhsullarının həcmi, mln.man
7715,7
27510,3 31389,8
Sənaye məhsullarının əvvəlki ilə nisbətən artımı, faizlə
a) Bakı şəhəri üzrə
136,0
105,6
96,3
b) Abşeron iqtisadi rayonu
112,8
126,9
112,7
İşçilərin orta siyahı sayı, nəfər
122591
131039
113661
Sənaye-istehsal əsas fondlarının mövcudluğu, mln.man
16169,4 27908,9
41283
İstehsal edilmiş sənaye məhsullarının fəaliyyət növləri üzrə
bölgüsü, mln.manat
7715,7
27510,3 31389,8
Hasilat sənayesi (daş, qum, çınqıl)
22364,0 25282,0
Yanacaq faydalı qazıntıları
22338,0 24548,0
Digər faydalı qazıntılar
26,0
33,9
Emal sənayesi
4253,3
4712,2
Neft məhsullarının emalı
2399,9
2376,0
Maşınqayırma
212,7
333,2
445,1
Hazır metal məmulatları istehsalı
235,2
460,0
411,8
Rezin və plastik kütlə məmulatlarının istehsalı
220,0
266,9
212,4
Tikinti materialları istehsalı
115,9
306,5
248,6
Qida məhsulları istehsalı
212,5
356,4
890,1
Toxuculuq və geyim məhsulları istehsalı
16,9
44,5
63,3
Ağac emalı, mebel istehsalı, poliqrafiya fəaliyyəti
32,7
61,0
60,8
Digər sahələr
21,5
25,0
4210,2
Elektrik enerjisi, buxar istehsalı, bölünməsi və təchizatı
229,3
892,9
1235,7
Su təchizatı, tullantıların təmizlənməsi və emalı
159,9
27
2013-cü ildə çap olunmuş “Azərbaycan sənayesi 2012” bülletenlərində
göstərildiyi kimi, iqtisadi-coğrafi rayon neftayırma məhsulu istehsalının 100%-ni,
kimya sənayesinin 83,7%-ni, maşınqayırma və metal emalının 80,1%-ni, tikinti
materialları istehsalının 77%-ni, metallurgiyanın 71,9%-ni, kağız-karton istehsalının
86,7%-ni, mebel istehsalının 27,9%-ni, yeyinti sənayesinin 31,8%-ni, yüngül
sənayenin 52,4%-ni vermişdir. Bu region ağır sənayenin bütün sahələrinin mərkəzi
olmaqla yanaşı, yüngül və yeyinti sənaye sahələrinin də əksər müəssisələrinin burada
yerləşməsi ilə fərqlənir [2].
2012-ci ildə iqtisadi-coğrafi rayonun ölkənin hasilat sənayesində payı 98,7%, o
cümlədən neft hasilatı 98,6%, təbii qaz hasilatı 99,8% olmuşdur. 2002-2005-ci illərdə
neft hasilatı 21,2 mln tondan 43 mln.tonadək, qaz hasilatı isə 5,6 mlrd.m
3
-dən 26,2
mlrd.m
3
-dək artmışdır. İqtisadi-coğrafi rayon ölkədə güclü sənaye ixtisaslaşması ilə
fərqlənərək, ərazi əmək bölgüsündə neft-qaz hasilatı və onların kompleks emalı
bazasını möhkəmləndirmişdir. 2012-ci ildə 2005-ci ilə nisbətən neft hasilatı 2 dəfə və
qaz hasilatı 4,7 dəfə artmış, ölkə üzrə sənaye məhsulu istehsalının 71,6%-ni, iqtisadi-
coğrafi rayon üzrə isə 78,8%-ni verərək ölkə sənaye strukturunda aparıcı yer
tutmuşdur.
Elektoenergetika sənaye kompleksinin formalaşması hasilat sənayesinin
əsasında baş vermiş, son 10 ildə tamamilə yenidən qurulmuşdur. Xüsusilə, 2003-cü
ildə “Şimal” DRES yenidən qurularaq fəaliyyətə başlamış, həmçinin 2007-2008-ci
illərdə Bakı, Sumqayıt İES və Sanqaçal “Modul” elektrik stansiyaları istifadəyə
verilmiş, Yaşmada “Külək parkı” yaradılmışdır. Elektrik enerji istehsalı 2012-ci ildə
6,5 mlrd. kvt/saat, o cümlədən 4,5 və 2 mlrd. kvt/saatı Bakı və Sumqayıtda istehsal
olunmuşdur. İstilik enerjisi verilməsi xüsusən Sumqayıtda İEM-lərin dayanması
nəticəsində 40 dəfəyədək azalmış, Bakıda isə qazanxanaların tikilməsi nəticəsində
sabit qalmışdır.
Kimya sənayesi neftayırma kompleksinin əsasında formalaşmış, rezin və plastik
kütlə məmulatları istehsalının payı 1,7%, qalan kimya məhsullarının payı 8%
olmuşdur. Son illərdə Sumqayıtda kimya texnoparkı yaradılmış, burada “Üzvi-sintez”
zavodu bərpa edilmiş, “Səthi Aktiv Maddələr”, “Etilen-polietilen” zavodları və “EP
28
300” müəssisəsi işə düşmüşdür. Texnologiyalar parkında isə polimer məhsulları
istehsalı zavodu istifadəyə verilmişdir. Digər keçmiş müəssisələrin yenidən qurulması
prosesi gedir. Neft-kimya sənayesi Sumqayıtda cəmlənib. Ən böyük müəssisələr
Sintetik kauçuk, Superfosfat zavodlarıdır.
Maşınqayırma sənayesinin formalaşması neft-qaz hasilatının və emalının
inkişafı, əmək ehtiyatlarından istifadə edilməsi və sənaye qovşağının coğrafi mövqeyi
ilə əlaqədardır. Ölkə üzrə maşınqayırma müəssisələrinin 2/3-dən çoxu Abşeron
iqtisadi-coğrafi rayonunda yerləşir. 2012-ci ildə maşınqayırma məhsulu istehsalının
xüsusi çəkisi iqtisadi-coğrafi rayonun sənaye məhsuluna görə 1,9%-dir. Neft
maşınqayırması uzun illər ərzində aparıcı sənaye sahəsi olsa da, hazırda durğunluq
dövrü keçirir. Bütün müəssisələr Bakıda yerləşir. Bu sahənin iqtisadi-coğrafi rayonun
maşınqayırma sənayesində payı 26,6%-dək azalmışdır. Ən mühüm müəssisələri
Dərin Dəniz özülləri, Neft-Mədən maşınqayırması, Bakı fəhləsi, Keşlə, Suraxanı, B
Sərdarov adına, Y. Qasımov adına Neftmaştəmir ASC, Neft-Qaz Mədən Avadanlığı
zavodlarıdır.
Ölkənin elektrotexnika sahəsinin əksər müəssisələri iqtisadi-coğrafi rayonda
yerləşir. Bu sahənin payı isə 30,2%-dir. Ən böyük müəssisələri Bakı soyuducu,
Bülbülədə ATEF transformator, Binədə Elektroavtomat, Zabratda cihazqayırma,
Azerelektromaş
zavodlarıdır.
Yeni
yaradılan
müəssisələrdən
Sumqayıt
Texnologiyalar parkında kabel, kompressor, transformator zavodları işə salınmışdır.
Bakıda kondisioner istehsal edən Azkond MMC, Bakond firması, bank avadanlığı
istehsal edən Avand firması, Pinki kontinental Bakı, soyuducu və mətbəx avadanlığı
istehsal edən Titan şirkətlər qrupu, kassa aparatları müəssisələri fərqlənirlər.
Maşınqayırma sənayesinin digər ən böyük müəssisələri Binəqədidə Dəzgahqayıtma
İstehsalat Birliyi, Səbail maşınqayırma, Bakı Gəmi təmiri və gəmiqayırma, Türkanda
Hərbi Gəmiqayırma, Qaradağda Gəmiyığma, Bakı vaqon təmiri, Bakı hərbi
maşınqayırma zavodları sayılır. Maşınqayırma sənayesinin yenidən qurulması
iqtisadiyyatın təkamül prosesi üçün əlverişli şərait yaratmaqda böyük rol oynayır.
Metallurgiya sənayesinin iqtisadi-coğrafi rayonun sənaye strukturunda payı
0,8%-dir. Bu sənayenin inkişafı neft sənayesini polad borularla təmin etmək üçün
29
1950-ci ildə Sumqayıtda Boru-Prokat kombinatı işə salınması ilə başlandı. Hazırda
bu müəssisə yenidən qurularaq “Azərboru” ASC adlanır. 2006-cı ildə “Azkompozit”
Boru İstehsalat zavodu yenidənqurma işlərindən sonra fəaliyyətə başlamış, 2013-cü
ilin oktyabrında isə metal-boru zavodu işə düşmüşdür. Bakıda “Təkrar qara metal
əritmə”, “Steyl kompani”, Profil istehsalat, Azər-Türk Boru profil sənaye MMC və
digər kiçik müəssisələr fəaliyyət göstərir. Əlvan metallurgiya müəssisələrindən
Sumqayıt “Azəralüminium” ASC, Bakı əlvan metalların emalı zavodu, Bakı
alüminium prokatı zavodlarını göstərmək olar.
Tikinti materialları sənayesinin iqtisadi-coğrafi rayonun sənaye strukturunda
payı 0,8% olsa da, son illər sürətlə inkişaf etməkdədir. Bu sahə əsaslı tikintinin
artdığı Bakı şəhər aqlomerasiyasının tələbatına xidmət etmək və zəngin yerli mineral-
xammal ehtiyatları əsasında formalaşmışdır. İqtisadi-coğrafi rayon qum, gil, mişar
daşı, mineral boya, kvars qumu, bentonit gillər, bitum və əhəng yataqları ilə
zəngindir. Ölkədə hasil olunan mişar daşının əksəriyyəti Güzdək, Qaradağ, Zirə,
Türkan, Şüvəlan, Maştağa daş karxanalarının payına düşür [2].
İnşaat qumları dənizkənarı ərazilərdə geniş yayılmışdır. Hacı Zeynalabdin
qəsəbəsi yaxınlığında bentonit gil yataqları əsasında bentonit tozu, mərmər və sement
istehsal edən ‘Azbentonit” MMC 2004-cü ildə işə düşmüşdür. Ən böyük kvars qumu
Xırdalan, Hökməli yatağından gətirilərək, Bakı və Sumqayıt şüşə zavodlarında
istifadə edilir. Sumqayıt yaxınlığında mineral boyanın böyük yataqları vardır və bu
məhsuldan lak-boya, tikinti, saxsı, poliqrafiya və digər sahələrdə istifadə edilir.
Bitum yataqları Binəqədi, Kirməki yaxınlığında yerləşir, avtomobil yollarına asfalt
çəkilməsində, qır, tol istehsalında istifadə olunur.
Tikinti materialları sənayesinin əsasını Qaradağ Sement zavodu təşkil edir.
İqtisadi-coğraf rayonda həmçinin kərpic zavodları işləyir. Bakı Azinşaat şirkəti,
Sumqayıt və Xırdalanda gips v əhəng istehsalı Aqtim, “Mətanət A” şirkəti, Çinisan
LTD, beton məmulatları istehsalı SVC sement-beton, “Azərenerji” Tikinti
Quraşdırma SC, Boru betonlaşdırma zavodu, Dəmir-Beton məmulatları zavodu,
üzlük material istehsalı Azvirt Azərbaycan və Almaniya birgə müəssisəsi,
Conqortinşaat müəssisəsi, mərmər və qranit istehsal edən Qranit-mərmər zavodu,
30
Azərnaxçıvan TR, Qranit LTD Kompani müəssisələri fəaliyyət göstərir. Metal
konstruksiyalar istehsalına görə Azalsan LTD MMC, Bakı Steel Compani, Biləcəri
Dəmir Quraşdırma QTSC, İnşaat Konstruksiyaları Zavodu fərqlənir. Metal darvaza,
Metalmədəniməişət ASC, Al-Tent, Bemiz Gun Metal, Kaspi Yıldız müəssisələri,
plastik qapı-pəncərə, “A və D Companu”, Azərpem B Fabriki, Azpim müəssisələri,
Taxta qapı və pəncərə, Avropa qapıları ATS şirkəti, Yenilik İstehsalat-Kommersiya
Firması, İmprotex Produktion müəssisələrində istehsal olunur. “Dəvəli” ASC Gülbax
yatağından çıxarılan daş bloklardan üzlük və müxtəlif daş məmulatları hazırlanır [2].
Meşə və ağac emalı sənayesinin inkişafı üçün lazım olan taxta-şalban və digər
xammallar Rusiyadan, mebel istehsalına lazım olan xammal isə Türkiyədən gətirilir.
Ağac emalı müəssisələri tələbata uyğun olaraq Abşeron iqtisadi-coğrafi rayonunda,
Bakı, Xırdalan və Ələtdə cəmlənmişdir. Mebel istehsalında iqtisadi-coğrafi rayonun
ölkə üzrə payı 25% təşkil etsə də, Bakı, Sumqayıt və Xırdalan şəhərlərində olan
müəssisələr müxtəlif çeşidli mebel istehsalı fərqlənirlər. Bu sahə iqtisadi-coğrafi
rayonda mebelə olan tələbatın dinamik artımı ilə əlaqədar inkişaf etdirilməli və
yenidən qurulmalıdır.
Ölkə üzrə kağız və karton istehsalının 86,7%-i iqtisadi-coğrafi rayonun payına
düşür. Sumqayıtda “Azersun Holdinq” şirkətlər qrupu tərəfindən kağız və karton
emalı fabriki 2011-ci ildə işə salınmışdır. Bakı və Abşeronda fəaliyyət göstərən
müəssisələrin gücü 2010-cu ildən sonra xeyli azalmışdır. İqtisadi-coğrafi rayonda
həmçinin parket, laminat, tara və digər məhsullar istehsal edən müəssisələr də vardır.
Yüngül sənaye ozunun əsas sahələrı olan toxuculuq, trikotaj, tikiş,
Dostları ilə paylaş: |