III FƏSIL
ABŞERON YARIMADASININ SƏNAYE TUILLANTILARI İLƏ
ÇİRKLƏNMİŞ TORPAQLARININ YAXŞILAŞDIRILMASI
TƏDBİRLƏRİNİN ARAŞDIRILMASI
3.1. Abşeron yarımadası ərazisində ekoloji şəraitin yaxşılaşdırılmasının
əsas istiqamətləri
Statistik məlumatlara görə, Abşeron yarımadası ərazisində 200-dən çox göl
vardır. Bu göllər yarımadanın iqlim şəraitinin, su balansının tənzimlənməsinə və
ekoloji şəraitə ciddi təsir göstərir. Onların təbii sərvətləri illər boyu yarımadada
yaşayan əhalinin təsərrüfat və sosial-iqtisadi ehtiyaclarının ödənilməsi üçün istifadə
olunmuşdur. Bəzi göllərin sahilində yaşayış məntəqələri salınmış, onlardan balıqçılıq
məqsədləri üçün istifadə edilmişdir.
Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin hesabatlarında göstərilir ki, son
əlli ildə göllərin ekoloji vəziyyəti kəskin surətdə dəyişmişdir. Yarımadada neft
sənayesinin inkişafı nəticəsində formalaşan mədən sularının, habelə məişət-təsərrüfat
axınlarının birbaşa göllərə axıdılması onların çirklənməsinə və sahəsinin böyüməsinə
səbəb olmuşdur. Belə ki, göllərin sahələri ilkin vəziyyətə görə 2,5-3,0 dəfə artmış,
sularının tərkibindəki neft məhsullarının, fenolların, səthi aktiv maddələrin, ağır
metalların və digər zərərli maddələrin qatılıqları yol verilən normalardan on dəfələrlə
yüksək olmuşdur [12].
Abşeron yarımadasındakı göllər ərazinin 2,5%-dən çoxunu əhatə edir və əksər
hissəsi kiçik ölçülü olub ilin isti dövründə quruyur. Belə ki, 10 gölün sahəsi 1,0 km
2
dən artıqdır. Göllərin əksəriyyəti yarımadanın mərkəzi hissəsində cəmləşmişdir.
Mənşəyinə görə bu göllər endogen, ekzogen və antropogen qruplarına ayrılır. Son 10
ildə göl hövzələrinə antropogen təsirlər artmış və onların hidroloji rejimləri
dəyişilmişdir. Hazırda ekoloji cəhətdən təhlükəli Böyük-Şor, Bülbülə, Qırmızı göl,
Hacı-Həsən, Çuxur-Dərə və Qızıl-Nohur kimi göllər öz sahələrini xeyli
genişləndirmişdir .
Tədqiqatçılar göstərirlər ki, hazırda Böyük-Şor gölünə 3 , Qırmızı gölə 3,
Bülbülə gölünə 4, Hacı-Həsən gölünə 3, Zığ gölünə 4, Qızıl-Nohur gölünə 2,
41
Mirzələdi gölünə 2, Masazır gölünə 2 mənbədən müxtəlif həcmli tullantı suları daxil
olur (Cədvəl 3.1) [11].
Dostları ilə paylaş: |