Mehdiyeva səADƏt faziL qızı “Abşeron yarımadasında sənaye tullantıları ilə çirklənmiş torpaqların ekoloji vəziyyəti və onların yaxşılaşdırılması



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə39/40
tarix02.01.2022
ölçüsü0,95 Mb.
#44219
1   ...   32   33   34   35   36   37   38   39   40
Mehdiyeva Səadət Fazil qızı

 

 


 

 

67 



N Ə T İ C Ə 

1. Magistr dissertasiyasında Abşeron yarımadasının təbii-ekoloji şəraiti, hazırki 

ekoloji  vəziyyəti  haqqında  mövcud  məlumatlar  araşdırılaraq  ərazidə  kəskin  ekoloji 

problemlərin mövcud olduğu müəyyən edilmişdir. 

2. Abşeron yarımadasında texnogen təsirlərə məruz qalmış, o cümlədən sənaye 

tullantıları  ilə  çirklənmiş  torpaqların  ekoloji  vəziyyəti  araşdırılmışdır.  Texnogen 

çirklənmənin təsnifatı növləri, mənbələri, səbəbləri və nəticələri təhlil edilmişdir. 

3.  Abşeron  yarımadasının  neftlə  çirkləmiş  torpaqlarında  ağır  metallar  və 

radioaktiv  elementlərlə  çirklənmənin  dərəcəsi,  ətraf  mühitə  təsiri  təhlil  edilmiş, 

cədvəl və diaqramlarla ifadə edilmişdir. 

4. Neft və neft məhsulları ilə çirklənmiş torpaqların neftdən təmizlənməsi üçün 

yerli  təbii  şəraitdən,  çirklənmənin  dərəcəsindən,  çirkləndiricilərin  tərkib  və 

xassələrindən  asılı  olaraq  mexaniki,  fiziki-kimyəvi,  kimyəvi,  termiki,  bioloji, 

biotexnoloji  və  digər  rekultivasiya  üsulları  ayrı-ayrılıqda  və  ya  kompleks  şəkildə 

tətbiq edilə bilər.  

5.  Çirklənmə  dərəcəsi,  dərinliyi,  neftin  miqdarı  və  tərkibinə  görə 

qruplaşdırılmış torpaqlar üçün təklif olunana uyğun rekultivasiya tədbirlərinin həyata 

keçirilməsi daha səmərəli hesab oluna bilər. 

6.  MS-1  səyyar  qurğusu  ilə  neftlə  çirklənmiş  torpaqların  təmizlənmə 

texnologiyası göstərilmişdir. 

7.  Böyük-Şor  gölünün  bərpası  və  gələcəkdə  digər  göllərin  də  təmizlənməsi 

tədbirləri və nəzərdə tutulan işlər haqqında məlumat verilmişdir. 

8.  Tədqiqatların  nəticələri  göstərir  ki,  Abşeron  yarımadasında  texnogen 

pozulmuş, sənaye tullantıları ilə çirklənmiş torpaqların ekoloji problemlərinin aradan 

qaldırılması  və  qarşısının  alınması  üçün  dövlət  əhəmiyyətli  kompleks  tədbirlərin 

həyata  keçirilməsi  zəruridir.  ARDNŞ-in  “Ekologiya  idarəsi”  və  “Ekol  mühəndislik 

xidmətləri”  QSC tərəfindən  ərazidə  aparılan  bərpa  işləri  böyük  əhəmiyyət  kəsb  edir 

və onların davam etdirilməsi vacibdir. 

 



 

 

68 




Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin