Mehdiyeva səADƏt faziL qızı “Abşeron yarımadasında sənaye tullantıları ilə çirklənmiş torpaqların ekoloji vəziyyəti və onların yaxşılaşdırılması


  Abşeron yarımadasının sənaye tullantıları ilə çirklənmiş



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə33/40
tarix02.01.2022
ölçüsü0,95 Mb.
#44219
1   ...   29   30   31   32   33   34   35   36   ...   40
Mehdiyeva Səadət Fazil qızı

 

3.2.  Abşeron yarımadasının sənaye tullantıları ilə çirklənmiş 

torpaqlarının bərpası üsullarının araşdırılması 

 

Abşeron yarımadasının neftlə çirklənmiş torpaqlarının rekultivasiyası sahəsində 

Q.Ş.Məmmədov,  M.P.Babayev,  N.M.İsmayılov,  Q.Ş.Yaqubov,  V.Ə.Əhmədov, 

Ç.T.Baxşıyeva,  N.F.Həkimova  və  başqaları  geniş  tədqiqat  işləri  aparmışlar. 

Q.Ş.Yaqubov,  V.Ə.Əhmədov,  N.F.Həkimova  və  başqaları  göstərirlər  ki,  Abşeron 



 

 

49 



yarımadasında  neftlə  çirklənmiş  torpaqların  rekultivasiyasını  aşağıdakı  üsullarla 

aparılması  məqsədyönlüdür:  Mühəndis  texniki,  aqlomeliorativ,  aqronomik, 

meliorativ, termik-buxarla, bioloji, mikrobioloji və kimyəvi [8,9,10,14,18,22]. 

Q.Ş. Məmmədov, Q.S. Yaqubov, Ç.T. Baxşiyeva, N.F Həkimova və b. Abşeron 

yarımadasının  neftlə  çirklənmiş  torpaqlarını  tədqiq  edərkən  göstərmişlər  ki,  ərazidə 

çirklənməsinə görə zəif (900 hektar, Biləcəri və Buzovna qəsəbələri ərazisində, 0 -10 

sm),  orta  (2000  hektara  yaxın,  20-30  sm  dərinlikdə)  və  çox  çirklənmiş  (Binəqədi 

rayonunda  1333  hektar,  Sabunçu  rayonunda  2283  hektar,  Suraxanı  rayonunda  125 

hektar,  Xəzər  rayonunda  3367  hektar,  40-100  sm  dərinlikdə)  torpaqlar  yayılmışdır 

[21,22]. 

Q.Ş.Yaqubov,  N.F.Həkimova  apardığı  tədqiqatlara  əsasən  torpaqları  çirklənmə 

dərəcələrinə görə qruplaşdırmışlar (cədvəl 3.2) [10,22].  

Qruplaşma  cədvəli  tədqiqat  aparılan  sahələr  çiklənmə  dərəcəsi  və  dərinliyinə, 

çirklənməyə  səbəb  olan  neftin  miqdarına  və  tərkibinə  görə  kəskin  fərqlənir.  Bu 

prinsipə əsasən torpaqları aşağıdakı qruplara bölürlər.  

I qrup – mürəkkəb texnoloji rekultivasiyaya ehtiyaci olan neftlə yüksək dərəcədə 

çirklənmiş  torpaqlar  (<25%),  yarımadanın  neft  və  qaz  çıxaran  idarələrin  hamısının 

ərazisində yayılmışdır.  

N.F.Həkimova  Abşeron  yarımadasında  neftlə  çirklənmiş  torpaqların  ekoloji 

parametrlərini müəyyən etmişdir [10] (Cədvəl 3.3). 

Q.Ş.Yaqubov  bitumlaşmış  torpaqların  texniki  rekultivasiyasının  texnoloji 

sxemini işləyib hazırlamışdır (Şəkil 6, 7.). 

Toplanmış  ədəbiyyat  materialları  və  onların  araşdırılması  əsasında  Abşeron 

yarımadasının  neftlə  çirklənmiş  boz-qonur  torpaqlarının  ekoloji  vəziyyətini 

yaxşılaşdırmaq  üçün  fiziki,  kimyəvi,  bioloji  və  biotexnoloji  üsullarla  rekultivasiya 

tədbirlərinin həyata keçirilməsinin məqsədə uyğun olduğu müəyyən olunur. 

Neftlə  çirklənmiş  ərazilərdə  torpaqların  rekultivasiyası  bir  neçə  mərhələdə 

aparılır.  Rekultivasiyanın  müddəti  və  mərhələləri  çirklənmə  dərəcəsinə,  iqlim 

şəraitinə və biogenosenozun vəziyyətinə uyğun olaraq müəyyən edilir. 

 



 

 

50 




Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin