Mehdiyeva səADƏt faziL qızı “Abşeron yarımadasında sənaye tullantıları ilə çirklənmiş torpaqların ekoloji vəziyyəti və onların yaxşılaşdırılması


 Abşeron yarımadasının neftlə çirklənmiş torpaqlarının



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə36/40
tarix02.01.2022
ölçüsü0,95 Mb.
#44219
1   ...   32   33   34   35   36   37   38   39   40
Mehdiyeva Səadət Fazil qızı

3.3. Abşeron yarımadasının neftlə çirklənmiş torpaqlarının 

rekultivasiyası məqsədilə aparılmış işlər haqqında 

 

A.B. Mirzəyev, F.B. Şıxəliyev (2012) göstərirlər ki, ARDNŞ-nin məlumatlarına 

görə “Bibiheybət” ərazisində 200 min ton, H.Əliyev adına BNEZ ərazisində isə 100 

min ton neft şlamı mövcuddur ki, onlar neft istehsalı, saxlanılması, daşınması və emal 

prosesləri nəticəsində yaranmışdır.  

Neft  şlamları  faza  tərkibinə  görə  3  hissədən  ibarətdir:  neft  məhsulları,  su  və 

mexaniki  qarşılıqlar.  Bu  komponentlərin  miqdar  nisbəti  xam  neftin  növündən,  neft 

emalı  proseslərindən,  axıntı  sularının  təmizlənməsi  üçün  istifadə  olunan 

reagentlərdən asılı olaraq dəyişir. 

Açıq anbarlarda uzun müddət saxlanıldıqda yüngül fraksiyaların buxarlanması, 

neft  məhsullarının  oksidləşməsi  və  qətranlaşması  prosesi  gedir  ki,  nəticədə  neft 

şlamlarının tərkibi keyfiyyətcə dəyişir və çətin emal olunan kütləyə çevrilir.  

2007-ci  ildə  ARDNŞ-nin  “Ekol  Mühəndislik  xidmətləri”  QSC  neftşlamlarının 

emalı  və  zərərsizləşdirilməsi  məqsədilə  İsveçrənin  Alfa-Laval  şirkətindən  gücü  30 




 

 

57 



m

3

/san olan 2 ədəd 2 fazalı dekantor qurğusu alaraq həmin ərazilərdə neft şlamlarının 



emalı  və  zərərsizləşdirilməsi  işinə  başlamışdır.  Neft  şlamlarının  emalı  və 

zərərsizləşdirilməsi  proseslərində  nanotexnologiyaların  tətbiqi  üçün  Hollandiyada 

istehsal  olunan,  məhsuldarlığı  20  m

3

/saat  olan  3  fazalı  modul  trikantor  qurğusu  da 



istifadə  olunur.  Neft  şlam  anbarlarının  əhalinin  yaşadığı  yerlərdən  kənarda 

yerləşməsinə  baxmayaraq  ətraf  mühitə  mənfi  təsir  göstərir.  Odur  ki,  onların 

zərərsizləşdirilməsi  və  tərkibindəki  neft  məhsullarının  təkrar  xammal  kimi  istifadəsi 

üçün ayrılması vacibdir [19]. 

Məlumatlara  görə  hələ  2008-ci  ilin  may-iyul  aylarında  göstərilən  qurğular 

vasitəsilə “Bibiheybət” NQÇİ-nin mədən ərazisində 6820 ton, H.Əliyev adına BNEZ-

nun  9-cu  sexində  8500  ton,  “Azərneftyağ”  NEZ  ərazisində  19800  ton,  ümumillikdə 

isə 35120 ton neft şlamı emal olunaraq zərərsizləşdirilmişdir. Alınmış quru qalıq-gil 

torpaq qarışığı və neft məhsulları təkrar istifadəyə verilmişdir [19].  

A.B.Mirzəyev,  F.B.Şıxəliyev  (2012)  göstərirlər  ki,  Azərbaycan  Respubli-

kasında  rekultivasiya  olunacaq  ərazilərin sahələri  -24156 ha-dır.  Bunların 13805 ha 

Abşeron yarımadasında (Azneft üzrə 6788 ha) və 10381 ha-ı respublikamızın digər 

rayonlarında yerləşir. Abşeron yarımadasında lay suları altında olan sahələr -1190 ha 

təşkil edir, 6-8%-ə qədəri isə neftlə güclü dərəcədə çirklənmişdir[19]. 

Neft-mədən  ərazilərində  aparılan  bərpa  işləri  nəticəsində  10%-dən  çox  neftlə 

çirklənmiş  torpaqlar  mexaniki  üsulla  təmizlənərək  neftin  miqdarı  1%-ə  qədər  aşağı 

salınmışdır.  Çirklənmə  dərəcəsi  10%-dən  aşağı  olan  torpaqlar  isə  əraziyə  kənardan 

gətirilmiş münbit torpaqla qarışdırılaraq bioloji təmizləmə yolu ilə təmizlənmişdir.  

Mədən  ərazilərində  məişət-fekal  suları  utilizasiya  edilmədiyindən  lokal 

çirklənmənin  yayılmasına  və  daha  geniş  əraziləri  əhatə  etməsinə  səbəb  olur.  Son 

məlumatlara  görə  ARDNŞ-nin  Ekologiya  İdarəsi  2008-ci  ildə  aşağıdakı  ərazilərdə 

ekoloji  monitorinq  və  rekultivasiya  işləri  aparmışdır.  Balaxanıda-400  ha, 

Bibiheybətdə-526  ha,  H.Z.Tağıyev  adına  NQÇİ-də-  118  ha,  AzGerneftdə-d33,7  ha, 

Binəqədidə-24,7 ha neftlə çirklənmiş ərazi rekultivasiya olunub [19]. 

Sonrakı  illərdə  isə  ARDNŞ  sistemində  neftlə  çirklənmiş  torpaqların 

rekultivasiya  edilməsi  və  bioremediasiya  işlərinin  davam  etdirilməsi  həyata 




 

 

58 



keçirilmişdir.  Belə  ki,  “Abşeronneft”,  “Siyəzənneft”  və  H.Z.Tağıyev  adına  NQÇİ-

lərdə çirklənmiş torpaqların təmizlənməsi ilə əlaqədar “Ekol Mühəndislik xidmətləri” 

QSC  bəzi  sahələrdə  bərpa  işləri  həyata  keçirilmişdir.  2011-ci  ildə  “Abşeronneft”-də 

78  ha,  “Siyəzənneft”-də  150  ha,  “Balaxanıneft”-də  197  ha  sahənin  mexaniki 

rekultivasiyası  aparılmışdır.  Həmçinin  bioremediasiya  işləri  də  yerinə  yetirilmişdir. 

N.Nərimanov  adına  NQÇİ-də  formalaşan  lay  suları  utilizə  edildikdən  sonra  10,5  ha 

sahənin  rekultivasiya edilməsi layihəsi həyata keçirilmişdir. Rekultivasiya ilə yanaşı, 

NQÇİ-də neft şlamının utilizasiyası istiqamətində də işlər aparılmışdır.  

Ərazilərin  təkranən  neft  və  lay  suları  ilə  çirklənməməsi  üçün  122  km  neft 

kollektoru, 201 km atqı xətti, 67 km qaz xətti təmir olunmuş və dəyişdirilmiş, 33 km 

mədəndaxili kanallar təmir olunmuş, 77 ha sahədə bataqlıqlar qurudulmuş, 110 ha  

mədən ərazisi bərk tullantılardan, 83 ha isə neft sızmalarından təmizlənmişdir. 

“Azneft”  İB  tərəfindən  quruda  yerləşən  NQÇİ-lərin  rekultivasiya  olunmuş 

ərazilərində  yaşıllaşdırma  və  abadlıq  işləri  aparılmışdır.  2009-cu  il  ərzində  İB-nin 

idarə  və  müəssisələrində  72500  ədəd  ağac  əkilmişdir  ki,  bundan  56200  ədədi 

“Bibiheybətneft”  NQCİ-nin  payına  düşmüşdür.  NQÇİ-nin  ərzisində  11200,  Çilov 

adasında  15000  ədəd,  digər  NQÇİ-lərdə  isə  ümumilləkdə  10000-dən  artıq  ağacın 

əkilməsi planlaşdırılmışdır.  

Neftlə  çirklənmiş  torpaqların  bərpası  istiqamətində  son  illərdə  ARDNŞ-nın 

“Ekologiya” və  “Ekol mühəndislik xidmətləri” QSC-nin idarələri tərəfindən yüksək 

çirklənmiş  torpaqların  mürəkkəb  fiziki-kimyəvi,  termik  üsullarla  rekultivasiyasını 

həyata keçirən stasionar və səyyar (MS-1) qurğulardan istifadə edilir [17] (Səkil 8). 

Neftlə çirklənmiş torpaqların təmizlənməsi üçün istifadə edilən səyyar qurğunun 

(MS-1) məhsuldarlığı 15 ton/saat olub, 3 blokdan ibarətdir: məhsulun hazırlanması və 

qidalandırıcı blok; təmizləmə bloku; lövhəli çökdürücü, nasos qurğuları, neftayırma 

və suçənləri bloku 

Qurğu  neftlə  çox  çirklənmiş  ərazilərin  yaxınlığında  quraşdırılır.  Çirklənmiş 

torpaq  vintvari  konveyer  (13)  vasitəsilə  2  rəfli  tordan  ibarət  “QİL-42”  titrəyicisinin 

(1)  qəbul  bunkerinə  verilir.Yuxarı  rəfdəki  torun  ölçüsü  d=10  mm,  aşağıdakının  isə 

d=4 mm-dir. “QİL-42” titrəyicisinin yuxarı hissəsinə səyyar buxar qurğusunda [18]  




 

 

59 



Səkil 8 

 

 




 

 

60 



əmələ  gələn  buxar  verilir.  Ələklərin  torunun  üzərində  qalan  iri  hissəciklər  lentli 

konveyerə  [2]  daxil  olur  və  emala  verilir.Titrəyici  ələkdən  çıxan  kiçik  hissəciklər 

bunkerə tökülür, sonra isə vintli konveyerin [3] qəbul bunkerinə keçir. Bunkerin aşağı 

hissəsində  neftli  su  injektor  [8]  vasitəsilə  çökdürücüyə  verilir.  Vintli  konveyer 

vasitəsilə  neftlə  çirklənmiş  torpaq,  injektor-hidrotsiklon  bloklarının  qəbul  bunkerinə 

verilir.  Bu  injektor-hidrotsiklon  2  pillədən  ibarətdir.  Birinci  pillədə  yerləşən 

injektorun [9] qəbul kamerasına daxil olan torpaq yüksək təzyiq altında hidrotsiklona 

[4] ötürülür. 

Təmizlənmiş  torpaq  ikinci  pillədə  yerləşən  injektorun  [10]  qəbul  bunkerinə 

verilir. Sonra isə ikinci pillənin hidrotsiklonun [5] girişinə verilir. Ayrılmış neft neft 

çəninə  [17]  ötürülür  və  dövrü  olaraq,  Ş5-25  dişli  çarx  nasosu  [19]  vasitəsilə  nəql 

edilir. 


Qeyd  etmək  lazımdır  ki  QİL-32  titrəyici  ələyinin  bunkerinə  daxil  olan  suyun 

tərkibində  15-20  mkr  ölçüsündə  torpaq  hissəcikləri  yığılır.  QİL-32  titrəyici  ələyin 

bunkerinə  yığılmış  bu  məhsul  CM  80-50  mərkəzdənqaçma  nasosu  [14]  vasitəsilə 

onun  üzərində  yerləşdirilmiş  d=75  mm  olan  hidrotsiklona  [6]  təmizləmək  üçün 

verilir.  Bu  hidrotsiklonların  aşağı  dəliyindən  kiçik  ölçülü  torpaq  hissəcikləri  ələyin 

orta  hissəsinə  verilir  və  təmizlənmiş  məhsul  kimi  ümumi  təmizlənmiş  torpaq  ilə 

birlikdə lentli konveyer [12] vasitəsilə maşına yüklənir. Bu proses dövrü olaraq təkrar 

olunur. Sistemdə olan kiçik ölçülü (<15-20mkr) torpaq hissəciklərini çıxarır. CM 80-

50  mərkəzdənqaçma  nasosunun  [14]  qəbul  borusu  vasitəsilə  çökdürücünün  aşağı 

hissəsində  yerləşdirilmiş  konusvari  bunkerlərdən  dövrü  olaraq,  kiçik  ölçülü  qum 

hissəciklərini  QİL-32  titrəyici  üzərində  yerləşən  hidrotsiklona  verməklə  təmizləmək 

olur.  


Torpağı  QİL-42  titrəyicisinin  bunkerindən  şnekə  verdikdə  prosesdə  yiğilan  su 

injektor  vasitəsilə  CM  80-50  mərkəzdənqaçma  nasosunun  [14]  qəbul  borusuna 

verilərək QİL-42 titrəyicisinin bunkerinə təmizləmək üçün ötürülür. 

Səyyar  qurğuda  neftlə  çirklənmiş  torpaqların  təmizlənməsində  su  reagent 

qarışığından  istifadə  etmək  variantı  nəzərdə  tutulmuşdur.  Bu  halda  injektorların 

girişinə çökdürücüdən CHC 38-88 nasosu [15] vasitəsilə qəbul edilən təmizlənmiş su 




 

 

61 



8-10  bar  təzyiq  altında  ejektorların  girişinə  verilir.  Bu  variantda  işlədikdə  titrəyici 

ələklərin (QİL-32 və QİL-42) torlarının üzərinə təzyiq altında buxar səpələnir.  

CHC 38-88 nasosun [15] çökdürücüyə birləşmə sxemi imkan verir ki, işçi maye 

həm çökdürücüdən və ya su çənindən qəbul edilə bilər (Səkil 8). 

Statistik  məlumatlara  görə  Bakı  və  Abşeron  yarımadasında  yerləşən  NQÇİ-nin 

böyük  əraziləri  neft  və  neft  məhsulları,  lay  suları  və  digər  istehsalat  tullantıları  ilə 

çirklənmişdir.  Bunlar  aşağıdakılardır:  Bibiheybət  NQÇİ;  Binəqədi  Oil  Neft  Şirkəti; 

Ə.Əmirov adına NQÇİ; H.Z.Tağıyev adına NQÇİ; Suraxanı OİL Əməliyyat Şirkəti; 

Balaxanı NQÇİ; Qaraçuxur Əməliyyat Şirkəti; Abşeronneft NQÇİ; Qum adası NQÇİ; 

N.Nərimanov adına NQÇİ [19]. 

ARDNŞ-in  Ekologiya  İdarəsi  tərəfindən  həmin  ərazilərin  rekultivasiyası  və 

landşaftın bərpası istiqamətində işlər görülür. Həmin torpaqlar hopma dərinliyindən 

asılı  olaraq  müxtəlif dərinliklərdə  ekskavatorlarla qazılır,  avtomaşınlara  yüklənir və 

təmizləmə  sexinə  daşınır.  Mexaniki  rekultivasiya  üsuluna  uyğun  olaraq  sexdə 

torpaqları  yumaq  üçün  vibroələklərdən,  hidrosiklonlardan,  buxar  qurğusundan, 

nasoslardan,  transportyorladan  istifadə  edilir.  Neft  məhsullarından  və  bərk 

tullantılardan  normalara  uyğun  olaraq  minimuma  qədər  cirkləndiricilərdən 

təmizlənən  torpaqlar  yenidən  əraziyə  qaytarılır.  Rekultivasiya  olunan  ərazilər 

həmçinin  məişət  və  istehsalat  tullatılarından  təmizlənir.  Ərazidəki  neftli  gölməçələr 

ləğv olunur, lay suları axıdılan torpaq kanallar beton kanallarla əvəz olunur. Ərazinin 

bərpası  işləri  sona  çatdıqdan  sonra  mineral  gübrələr,  peyin,  saman  əlavə  etməklə 

sahədə yaşıllıqlar salınır. 

ARDNŞ-in tərkibində Layihə İdarəetmə Qrupu (LİQ) yaradılmışdır. 

Layihə  üzrə  3  tip  torpaqyuma  avadanlıqlarının  alınması  və  istismarı 

planlaşdırılır: 

-  Bir  ədəd  stasionar,  gücü  600  m

3

/gün  olan,  süzgəc  və  yuma  prosesi  üçün 



buxardan  istifadə  edən  termal  təkrar  istehsala  malik  torpaq  yuma  qurğusu.  Bu 

qurğunun Bibiheybət sahəsində quraşdırılması nəzərdə tutulmuşdur; 

-  İki  ədəd  yarımmobil,  gücü  150  m

3

/gün  olan,  dairəvi  ələk  və  tullantı 



separatoru, eləcə də yuma prosesi üçün buxardan istifadə edən termal təkrar istehsala 


 

 

62 



malik torpaq yuma qurğuları. Bu qurğulardan ikisi Qala sahəsində, ikisi isə Maştaga-

Buzovna sahəsində quraşdırılacaqdır. 




Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin