Mehdiyeva səADƏt faziL qızı “Abşeron yarımadasında sənaye tullantıları ilə çirklənmiş torpaqların ekoloji vəziyyəti və onların yaxşılaşdırılması


 Bakı buxtası ərazisində aparılması zəruri olan bərpa işləri haqqında



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə37/40
tarix02.01.2022
ölçüsü0,95 Mb.
#44219
1   ...   32   33   34   35   36   37   38   39   40
Mehdiyeva Səadət Fazil qızı

 

3.3.1. Bakı buxtası ərazisində aparılması zəruri olan bərpa işləri haqqında. 

 

Əvvəldə  qeyd  edildiyi  kimi  Xəzər  dənizinin  Bakı  buxtası  ərazisində  ekoloji 

tarazlığın  bərpası  günün  ən  vacib  problemidir.  Azərbaycan  Respublikası  Ekologiya 

və  Təbii  Sərvətlər  Nazirliyi  Bakı  buxtasının  çirklənmədən  mühafizəsi  və  ekoloji 

bərpasının  təmin  edilməsi  məqsədilə  aşağıdakı  tədbirlərin  həyata  keçirilməsini 

məqsədəuyğun sayır. 

• 

Bakı  buxtasının  çirklənmədən  mühafizəsi  məqsədilə  əlaqədar  təşkilatların 



birgə  iştirakı  təmin  edilməklə,  mərhələli  Dövlət  Proqramının  hazırlanaraq  həyata 

keçirilməsi

• 

Bakı  buxtasının  batmış,  yarmıbatmış  vəziyyətdə  olan  gəmilərdən,  fərdi 



dəniz  özüllərinin  dəmir  tullantılarından  təmizlənməsi  üçün  xüsusi  tədbirlər 

proqramının hazırlanması və həyata keçirilməsi; 

• 

Bakı  buxtasına  çirkab  suların  təmizlənmədən  axıdılmasının  qadağan 



edilməsi  üçün  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  xüsusi  sərəncamının 

hazırlanması; 

• 

Hövsan Aerasiya Stansiyasının və şəhərdaxili kanalizasiya xəttinin istehsal 



gücünün  artırılması  ilə  tikintisinin  tam  başa  çatdırılması  (940-1200  min  m

3

/gün),  9 



ədəd  leysan  suları  kollektorlarına  axıdılan  qeyri-qanuni  çirkab  suların  qarşısının 

alınması  və  Bakı  şəhərinin  şimal-şərq  və  cənub-qərb  yaşayış  zonalarında  kompakt 

bioloji təmizləyici qurğuların inşası; 

• Zığ Nasos Stansiyalarının müasir maşın və avadanlıqlarla təmin edilməsi və 

Bakı buxtasına axıdılan çirkab suların Hövsan Aerasiya Stansiyasına nəql edilməsi; 

• 

Bibi-Heybət  ərazisinin  ekoloji  reabilitasiyası,  yaşayış  məntəqələrinin 



kanalizasiya  şəbəkəsinin  yaradılması,  32-ci  kanalın  ləğv  edilməsi  və  istismardan 

çıxarılmış  78  neft  quyusunda  normativlərə  müvafiq  kipləmə-ləğvetmə  işlərinin 

aparılması; 



 

 

63 



• 

Bakı  buxtasının  sahil  zonalarında  yerləşən  yanalma  körpülərinin,  Bakı 

Beynəlxalq  Dəniz  Ticarət  Limanının  mövcud  ekoloji  tələblərə  cavab  verən 

yenidənqurma layihəsinin hazırlanaraq həyata keçirilməsi; 

• 

Bakı buxtası ilə əlaqəsi olan Azərbaycan Respublikası Dövlət Xəzər dəniz 



Gəmiçiliyi,  Bakı  Beynəlxalq  Dəniz  Ticarət  Limanının  “Xəzərdənizneftdonanma" 

İdarəsinin  gəmilərində  formalaşan  döşəməaltı  və  təsərrüfat-məişət  çirkab  sularının 

yığılması  üçün  onların  mövcud  texniki  tələblərə  cavab  verən  ixtisaslaşdırılmış 

qəbuledici stansiyaların layihələşdirilərək tikintisinin təmin edilməsi;

 

• 

Sahil  zolağında  fəaliyyət  göstərən  gəmi  təmiri  zavodlarının  çirkab 



sularından Bakı buxtasının təcrid edilməsi üçün onların lokal təmizləyici sistemlərlə 

təmin edilməsi; 

• 

“Azərneftyağ"  Neft  Emalı  zavodu  və  Heydər  Əliyev  adma  Bakı  Neft 



Emalı  zavodunun  yüksək  neft  tərkibli  tullantı  sularının  Bakı  buxtasına 

axıdılmasının  qarşısının  alınması  üçün  onlarda  müvafiq  mühəndis-texnoloji 

tədbirlərin hazırlanması və həyata keçirilməsi; 

• 

Hacı-Həsən (Lökbatan), Hövsan kanalı vasitəsilə Bakı buxtasının təmas 



zolaqlarına  axıdılan  çirkab  suların  zərərsizləşdirilməsi,  onların  ümumilikdə 

təmizlənməsi üçün qeyd olunan rayonlarda təmizləyici qurğuların inşası və normal 

fəaliyyətinin təmin edilməsi; 

• 

Qazma  işləri  zamanı  formalaşan  qazma  şlamı  və  qazma  məhlulu 



qalıqlarının sahil poliqonlarına daşınmasının təmin edilməsi; 

• 

“Xəzərdənizneftdonanma”  İdarəsinin  Gəmi  Təmiri  zavodu  üçün 



təmizləyici qurğuların tikintisinin tezləşdirilməsi; 

• 

Bakı  buxtası  akvatoriyasında  neft-zibilyığan  gəmilərin  fəaliyyətini 



yenidən  bərpa  etmək  məqsədilə  yeni  gəmilərin  alınması  və  ya  bu  işləri  yerinə 

yetirmək imkanlarına malik olan sahibkarlara şərait yaradılınası; 

• 

Azərneftyağ Neft Emalı zavodunda qısa zamanda müasir tələblərə cavab 



verən təmizləyici qurğuların tikilib istismara verilməsi, dənizin neft məhsulları ilə 

çirkləndirmə mənbəyinə çevrilə biləcək istismardan çıxarılmış bütün texnoloji və 

yardımçı qurğuların demontaj edilməsi; 



 

 

64 



• 

Heydər  Əliyev  adına  Bakı  Neft  Emalı  zavodunun  istehsalat  çirkab 

sularının  Bioloji  Təmizləyici  Qurğudan  sonra  Bakı  buxtasına  axıdılmasının 

qarşısının alınması (layihəyə uyğun olaraq); 

• 

Qaradağ-Mərdəkanarası  ərazidə  formalaşmış  antropogen  gölməçələrin 



qurudulması  və  onların  çirkab  su  axarlarından  təcrid  edilərək  reabilitasiyası  üçün 

mərhələli tədbirlər planının həyata keçirilməsi; 

• 

Sahil  zolağı  boyunca  fəaliyyət  göstərən  istirahət  obyektlərində  formalaşan 



bütün  növ  tullantıların  konteynerləşdirilərək,  mütəşəkkil  utilizasiya  məntəqələrinə 

daşınmasının  və  çirkab  sularının  təmizlənməsi  üçün  lokal  təmizləyici  qurğularla 

təmin edilməsi; 

• 

Sahil  zolağının  təmas  zonalarında  perspektivdə  yerləşdirilməsi  nəzərdə 



tutulan  sənaye,  ticarət,  kurort-müalicə  infrastrukturları  layihələndirilən  zaman  sərt 

ekoloji tələblərin müəyyənləşdirilməsi və ciddi ekoloji ekspertizasının aparılması; 

• 

Sahil zolağı boyunca “Yaşıl Qurşaq” Proqramının həyata keçirilməsi üçün 



geniş  Fitomeliorativ  Tədbirlər  Proqramının  hazırlanaraq  kompleks  yaşıllaşdırma 

işlərinə başlanılması; 

• 

Bakı  buxtasının  təmizlənməsi  üzrə  optimal  üsulların  müəyyənləşdirilməsi 



və onların pilot layihələr çərçivəsində tətbiqi

• 

Sahilyanı  zonada  təsərrüfat  fəaliyyətini  tənzimləyən  hüquqi-normativ 



sənədlərin təkmilləşdirilməsi; 

• 

Təkrar  emalın  təşkilini  nəzərə  almaqla,  sənaye  və  məişət  tullantılarının 



emalı və utilizasiyası texnologiyalarının tətbiqi [11]. 

 


Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin