Mehdiyeva səADƏt faziL qızı “Abşeron yarımadasında sənaye tullantıları ilə çirklənmiş torpaqların ekoloji vəziyyəti və onların yaxşılaşdırılması


“Bibiheybət” NQÇİ-ə ərazisində aparılmış rekultivasiya



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə38/40
tarix02.01.2022
ölçüsü0,95 Mb.
#44219
1   ...   32   33   34   35   36   37   38   39   40
Mehdiyeva Səadət Fazil qızı

3.3.2.“Bibiheybət” NQÇİ-ə ərazisində aparılmış rekultivasiya 

işləri haqqında. 

 

“Bibiheybətneft”  NQÇİ-nin  ərazisi  ekoloji  baxımdan  antropogen  təsirlərə daha 

çox  məruz  qalan,  spesifik  çirklənmə  xüsusiyyətlərinə  malik  çoxlu  yaşayış 

məntəqələri olan, neft-qaz hasilatı ilə seçilən bir zonadır. 

Bibiheybət  zonasında  ekoloji  vəziyyətin  kəskinləşməsində  ətraf  yaşayış 

massivlərində  formalaşan  tullantılar  da  böyük  rol  oynayır.  Hazırda  50,0  min  nəfər 




 

 

65 



əhalisi olan Badamdar və Bibiheybət qəsəbəsində formalaşan təsərrüfat-məişət çirkab 

axınlarının,  bərk  məişət  tullantılarının  son  utilizasiya  sahəsi  Xəzər  dənizi  və 

qurudulmuş  sahə  olan  Bibiheybət  buxta  ərazisidir.  Bərk  məişət  tullantıları 

mədəndaxili  ərazilərə,  32-ci  kanal  vasitəsilə  təmizlənmədən  Xəzər  dənizinə  axıdılır. 

Kanalizasiya şəbəkəsi ilə əhatə olunmamış yaşayış məntəqələrinin nizamsız axınları 

ərazidə  çirkab  gölməçələrin,  bərk-məişət  tullantıları  isə  qanunsuz  zibilxanaların 

formalaşmasına səbəb olmuşdur. 

“Bibi-Heybətneft”  NQÇİ-nin  mədən  sahəsində  mövcud  köhnə  kommunikasiya 

xətlərinin, mühəndis qurğu və avadanlıqlarının sökülməsi və yenidən qurulması, lay, 

təsərrüfat-məişət  suları  axıdılan  kanalizasiya  sistemlərinin  yaradılması,  neft,  lay 

suları,  təsərrüfat-məişət  tullantıları  ilə  çirklənmiş  torpaqların  rekultivasiya  edilərək 

reabilitasiya olunması işləri yerinə yetirilir. İşlərin son mərhələsi kimi 32-ci kanalın 

sonunda  təmizləyici  qurğunun  tikintisi,  hasilat  nəticəsində  neftlə  birlikdə  alınan  lay 

sularının  qapalı  sistemdə  təkrar  laylara  vurulması  nəzərdə  tutulmuşdur.  Bu  sahədə 

ARDNŞ-in  müxtəlif  idarələri  tərəfindən  bərpa  proqramı  daxilində  qüllələrin 

sökülməsi,  quyuların  qapalı  sistemə  keçirilməsi  ilə  əlaqədar  texnoloji  boru 

kəmərlərinin  və  tutumların  tikintisi,  ləğv  olunmuş  quyuların  standartlara  uyğun 

konservasiyası,  mədən  daxili  yolların  təmiri  və  digər  işlər  kompleks  şəkildə,  planlı 

olaraq həyata keçirilmişdir. 

Azərbaycanda torpaqların neftdən təmizlənməsi Ekologiya idarəsinin 20 m

3

/saat 


istehsal  gücünə  malik  torpaq  təmizləmə  qurğusunda,  neft  şlamının  emal  olunması 

EKOL  Mühəndislik  Xidmətləri  QSC-nin  gücü  35  m

3

/saat  Alfa-Laval  şlam  emalı 



qurğusunda  həyata  keçirilmişdir.  Bundan  əlavə  tədqiqatçıların,  EKOL  şirkətinin  və 

Ekologiya İdarəsinin alim və mütəxxəsisləri tərəfindən yaradılmış gücü saatda 15 ton 

olan “MS-1” mobil torpaq təmizləmə qurğusundan istifadə olunmuşdur. 

Qurğularda  təmizləmə  prosesindən  sonra  alınmış  torpaq  kütləsi  davamlı 

bioremediasiya  nəticəsində yararlı torpaq kütləsinə çevrilir. 

Qısa  müddət  ərzində  ARDNŞ  tərəfindən  “Bibi-Heybətneft”  NQÇİ-nin 

ərazisində ekoloji vəziyyətin yaxşılaşdırılması üçün nəzərdə tutulmuş neft, lay suları, 

qazma  şlamı  və  təsərrüfat-məişət  tullantıları  ilə  yararsız  hala  salınmış  526  hektar 




 

 

66 



torpaq sahəsinin 2011-ci ilə qədər 206 ha-ı rekultivasiya olumuşdur. Bunun da 35 ha-

ı “Azneft” İstehsalat Birliyi, 44 ha-ı EKOL MMCİ-i və 127 ha-ı isə Ekologiya İdarəsi 

tərəfindən rekultivasiya olunmuşdur. 

“Bibi-Heybətneft”  NQÇİ-nin  ərazisində  rekultivasiya  işləri  ilə  yanaşı  ətraf 

mühitə mənfi təsirin azaldılmasi məqsədi ilə açıq tipli sənaye, məişət çirkab sularının 

və lay sularının axıdıldığı kanallar yenidən qurularaq uzunluğu 1642 metr olan qapalı 

tipli dəmir-beton kanalla əvəz edilmişdir.  

Ekologiya  İdarəsi  tərəfindən  “Bibi-Heybətneft”  NQÇİ-nin  rekultivasiya 

olunmuş  ərazilərində  qırx  iki  min  üç  yüzdən  artıq  ağac  və  kol  bitkiləri  əkilmişdir. 

Rekultivasiya edilmiş sahələrin mühafizə olunması məqsədilə 5500 metr dəmir-beton 

hasar  çəkilmişdir.  Bibiheybət  zonasında  salınmış  yaşıllıqların  lazımi  səviyyədə 

inkişafını təmin etmək üçün “damcı suvarma” texnologiyası tətbiq edilir [19]. 




Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin