Cədvəl 3.1.
Abşeron yarımadası ərazisində daimi su aynasına malik
olan göllərə daxil olan çirkab suların həcmi
Sıra
nömrə
si
Göllər
Sahəsi, ha
Daxil olan çirkab suların
həcmi, min m
3
/gün
1
Böyük-Şor gölü
1300
23,4
2
Qırmızı göl
700
47,3
3
Bülbülə gölü
300
25,0
4
Hacı-Həsən gölü
175
24,7
5
Zığ gölü
20
5,2
6
Qızıl-Nohur gölü
91
3,0
7
Mirzələdi gölü
20
3,5
8
Masazır gölü
833
8,6
Göllərin çoxu çirkab mənbəyinə çevrilmiş, sahil zonaları tamamilə
bataqlıqlaşmış və su mühiti müxtəlif inqrediyentlərlə çirkləndirilərək yararsız
vəziyyətə düşmüşdür [13].
Abşeron landşaftının səciyyəvi cəhətləridən biri də burada çoxlu duzlu göllərin
və şoranlıqların olmasıdır. Çox da böyük olmayan göllər yarımadanın şimal və şimal-
şərq hissəsində yerləşirlər. Bunlar: Masazır (10 km
2
), Böyük-Şor (9,9 km
2
),
Mirzələdi (6,5 km
2
), Kürdəxanı (2,6 km
2
), Hacı-Həsən gölləri (2.004 km
2
) və
başqalarıdır. Təbii göllərin əsas qidalanma mənbəyini atmosfer çöküntüləri və qrunt
suları təskil etsə də, bir sıra göllərin qidalanmasında antropogen təsirlərin rolu çox
böyükdür. Belə ki, ətraf qəsəbələrdə mərkəzləşmiş kanalizasiya xətti olmadığından,
yaxınlıqdakı yaşayış massivlərində formalaşan çirkab sular həmin təbii göllərə
axıdılır. Bundan başqa, bəzi təbii göllərin rejiminin kəskin dəyişməsinə iri istehsalat
müəssisələrində formalaşan çirkab suların axıdılması da səbəb olur (Zığ, Qırmızı,
Böyük-Şor, Hacı-Həsən, Binəqədi, Puta gölləri və s.). Göllərdə ümumi minerallaşma
dərəcəsi 10-100 q/l-ə qədərdir. Kimyəvi tərkibçə natrium-xlorlu, xlorlu-sulfatlı,
natrium-maqneziumludur. Göllərin içərsində nisbətən böyükləri Masazir və Böyük-
Şor gölləridir [11,13].
Azərbaycan Respublikası Prezidentinin 17 yanvar 2014-cü il tarixli 232 nömrəli
42
Sərəncamı ilə təsdiq edilmiş “2014-2016-cı illərdə Bakı şəhərinin və onun
qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində Abşeron
yarımadasının 9 gölünün (Xocahəsən, Böyük-Şor, Binəqədi, Qırmızı, Lökbatan, Qu,
Zığ, Zabrat, Bülbülə gölləri) ekoloji vəziyyətinin yaxşılaşdırılması ilə bağlı tapşırıqlar
verilmişdir. Sərəncama əsas göllərin bərpası üzrə işlərin birinci icraçısı qismində
İqtisadiyyat və Sənaye Nazirliyi müəyyən edilmişdir. Dövlət proqramı çərçivə-sində
bərpa edilməsi nəzərdə tutulan ilk göl Böyük-Şor gölü olmuşdur [13].
Böyük-Şor gölü Abşeron yarımadasının mərkəzində, Bakı şəhərinin şimal-şərq
hissəsində, Binəqədi, Sabunçu və Nərimanov rayonlarının sərhəddində yerləşir.
Bərpaya qədər oval formalı gölün sahəsi 1195 ha, uzunluğu şimal-qərbdən cənub-
şərqə doğru istiqamətlənməklə 10 km-ə çatır, maksimal eni isə 2 km-dir. Böyük-Şor
erozion-abrazion-tektonik mənşəlidir. Gölün təbii rejmi atmosfer yağıntılarının
miqdarından, havanın temperaturunun illik gedişindən asılı olmuş və yaranmasının
ilkin dövrlərində əsas yeraltı və yağıntı suları hesabına qidalanmışdır. Göl akvatori-
yasının açıq yerlərində dərinliklər 3,40-3,95 m, maksimal dərinlik isə 4,20 m təşkil
etməklə, sahilə yaxın hissələrində 0,50-1,70 m arasında dəyişir. Gölün su səthi 1300
ha, suyunun həcmi isə 45 mln.kub metr olmuşdur.
“Təmiz şəhər” ASC-nin məlumatlarına görə Böyükşor gölünün bərpası 2
mərhələdə həyata keçirilmişdir [11,12,13]. 2014-2015-ci illəri əhatə edən 1-ci
mərhələ çərçivəsində gölün şərq hissəsində 300 hektar ərazinin təcrid edilməsi, gölü
bölən yol bəndinin inşası, dib çöküntülərinin təmizlənməsi, suyun keyfiyyətinin
yaxşılaşdırılması, bulvar və parkın salınması işləri həyata keçirilmişdir [11,12,13]
(şəkil 5). Layihə ərazisinin təcrid edilməsi məqsədi ilə aşağıdakı işlər görülmüşdür.
Şərq hissədə-çirklənmiş qrunt sularının gölə axıdılmasının qarşısının alınması
üçün təcridedici metal lövhələr və drenaj sistemi qurulub; şimal hissədə-sahilindən
daxil olan neft axınlarının qarşısının alınması üçün xüsusi bənd inşaa edilib: uzunluğu
1850 metr, eni isə 5.5 metr (üst), 12 metr (alt); qərb hissədə-inşaa edilmiş yol bəndi
gölü iki hissəyə ayırır və layihənin mərhələli icrasına şərait yaradır. Bu bənd
gələcəkdə Ziya Bünyadov prospekti ilə Balaxanı şossesini birləşdirəcək 8 xətli
magistral yolun özülü olacaq. Bəndin uzunluğu 1570 metr, eni 32 metr (üst), 92 metr
44
(alt), hündürlüyü 4.5 metr (gölün dibindən), 1,5 metr (su səthindən); cənub hissədə-
layihə ərazisinin cənub sahili boyunca gölə axıdılan çirkab suların qarşısının alınması
üçün kanalizasiya xətti inşaa edilib.
Gölün təmizlənməsi zamanı aşağıdakı işlər görülmüşdür.
- Gölün dibinin təmizlənməsi üçün Niderlandan gətirilən xüsusi avadanlıqlar (1.5
MVt gücə malik ) istifadə edilmişdir;
- Çöküntülərin nəqli üçün 5220 metr uzunluğunda (üzən və yerüstü borular vasitəsilə)
boru xətləri quraşdırılmışdır;
- Gələcəkdə dib çöküntülərinin zərərsizləşdirilməsi üçün 100 hektar ərazidə
müvəqqəti saxlama anbarı inşaa edilmişdir;
- Gölün dibindən 2.8 mln. m
3
çirklənmiş dib çöküntüsü kənarlaşdırılmışdır ;
- Su səviyyəsini tənzimləyən 3 ədəd su keçid hidrotexniki qurğusu quraşdırılmışdır ;
- İki çökdürmə hovuzuna malik mexaniki təmizləmə sistemi qurulmuşdur.
Gölün ərazisində aşağıdakı landşaft və abadlıq işləri görülmüşdür. Bulvar və
park ərazisində neftlə çirklənmiş torpaqlar təmizlənib, gölün Olimpiya stadionu
tərəfində ümumi uzunluğu 7200 metr olan 2 neft, 2 qaz və 2 su borusu yeraltı dəhlizə
köçürülmüşdür. Sahilboyu gəzinti zolağının uzunluğu 2,5 km (o cümlədən bulvar
gəzinti ərazisi 1 km, eni 15-20 m), bulvar sahəsinin ümumi eni 94 m, parkın ümumi
sahəsi 15,5 ha, fəvvarələrin hündürlüyü 60 m təşkil edir.
Göldə suyun səviyyəsi və keyfiyyətinin idarə edilməsi üçün avtomatlaşdırılmış
nəzarət-monitorinq sistemi quraşdırılıb. 20 dəqiqəlik intervalla suyun temperaturu,
qələvilik turşuluq, oksigenin miqdarı, yosunların növü və miqdarı, bulanıqlığı barədə
məlumatlar əldə edilib. Gölün davamlı təmizliyinin və mühafizəsinin təmin edilməsi
üçün xüsusi avadanlıqlar tətbiq edilib, mühafizə zonasında 11 ədəd mühafizə
məntəqəsi quraşdırılıb bərk tullantıların atılması və əraziyə kənar müdaxilələrin
qarşısı tam alınıb.
Əldə edilmiş ilkin nəticələrə görə gölü səciyyələndirən göstəricilər layihədən
öncə və sonra müsbət istiqamətə dəyişmişdir. Gölə axıdılan çirkab su mənbələrinin
sayı 76-dan 20-yə düşmüşdür, gölün dibində lil qatının qalınlığı 1,3m-dən 0,08m-ə
qədər azalmışdır (yol verilən hədd 30 sm). Suyun tərkibində neftin miqdarı 306 mq/l-
45
dən 107 mq/l-ə qədər, yəni 3 dəfə, gölün dibində 121077 mq/kq-dan 86 mq/kq-a
qədər, yəni 1400 dəfə azalmışdır (yol verilən hədd 1000 mq/kq). Növbəti mərhələdə
göl tamamilə bərpa ediləcək, öz tarixi məcrasına qaytarılacaq, su tənzimlənəcək [13].
Hüseynova L.M. göstərir ki, Böyük-Şor gölünün təmizlənməsi, Balaxanı
zibilxanasının ləğv olunması, gölün ətrafında olimpiya stadionunun tikilməsi, parkın
salınması, geniş abadlıq işləri, antropogen təsirin zəifləməsi suyun keyfiyyət
göstəricilərinə də müsbət təsir göstərmişdir [11].
Beləliklə, məlumatların araşdırılması göstərir ki, Abşeron yarımadasında ətraf
mühitə mövcud olan güclü antropogen (texnogen) təsirlər təbii göllərin çirklənməsinə
və süni çirkli göllərin əmələ gəlməsinə səbəb olmuşdur ki, bu da ərazidə landşaftın
digər elementlərinə, bütövlükdə ekosistemin ekoloji tarazlığına mənfi təsir göstərir.
Bu baxımdan Dövlət proqramı çərçivəsində Böyük-Şor gölünün bərpası və gələcəkdə
digər göllərin də təmizlənməsinin nəzərdə tutulması təqdirə layiq haldır.
“Azərbaycan Respublikasında ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi
inkişafa dair” Milli Proqram, 2004-2008-ci illəri əhatə edən “Regionların Sosial-
İqtisadi İnkişafına dair” Dövlət Proqramı qəbul edilmiş və artıq onların həyata
keçirilməsinə başlanılmışdır. Hər iki proqram üzrə Respublikanın ayrı-ayrı
regionlarında tarixən formalaşmış ekoloji problemlərin aradan qaldırılması siyasətin
başlıca istiqaməti kimi qəbul edilmiş, iqtisadi inkişafla ekoloji tələbin vəhdətinin
təmin edilməsi isə perspektiv inkişafın həlledici amili kimi müəyyənləşdirilmişdir.
Qəbul olunmuş Milli Proqramların tələblərini, həmçinin tarixi inkişaf
nəticəsində formalaşmış ekoloji problemlərin Abşeron yarımadasında həlli üçün
dövlət səviyyəsində aşağıdakı tədbirlərin həyata keçirilməsini zəruri hesab edilir:
- Abşeron yarımadası ərazisində ekoloji tarazlığın təmin edilməsi sahəsində
həyata keçirilməsi ilk növbədə zərurət tələb edən problemlərin müəyyən edilməsi,
onların mərhələləri həlli strategiyasının işlənib hazırlanması;
- Ərazinin çirklənmə dərəcəsini tam müəyyənləşdirmək məqsədi ilə əlaqədar
təşkilatların (Torpaq Komitəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, ARDNŞ və
s.) birgə səyi nəticəsində tam inventarlaşma işlərinin aparılması və Abşeron
yarımadasının böyük miqyaslı (1:50000, 1:100000) ekoloji xəritələrinin hazırlanması;
46
- ARDNŞ-nin köməyi ilə “Bibi-Heybət”, “Balaxanıneft”, “Suraxanıneft”,
“Binəqədineft”, “Ə.Əmirov” adına, “H.Z.Tağıyev” adına NQÇİ-nin fəaliyyət
zonalarında neftlə çirklənmiş torpaqların, lay suları altında qalmış sahələrin və digər
istehsal tullantıları ilə çirklənmiş ərazilərin tam həcmini müəyyənləşdirərərk, onlarda
rekultivasiya işlərinin aparılmasını özündə əks etdirən mərhələli bərpa proqramının
hazırlanması;
- Bəzi iqtisadi çətinlikləri, xüsusən maliyyə çatışmazlıqlarını nəzərə alaraq
Abşeron torpaqlarının yaxşılaşdırılması istiqamətində ayrı-ayrı böhranlı ekoloji
zonalarda, xüsusən Bakı şəhərinin mərkəzi yaşayış massivləri yaxınlığında yerləşən
ərazilərdə (“Bibi-Heybət”, “Balaxanıneft”, “Suraxanıneft”, “Binəqədineft”,
“H.Z.Tağıyev” adına NQÇİ-nin fəaliyyət zonalarında) xarici sərmayədarların, Dünya
Bankının, Avropa İttifaqının TACİS Proqramının və digər maliyyə qurumlarının cəlb
edilməsi yolu ilə pilot layihələrinin hazırlanaraq həyata keçirilməsi;
- Ekoloji vəziyyətin yaxşılaşdırılması üçün ARDNŞ-nin Abşeron yarımadası
ərazisində fəaliyyət göstərən və fəaliyyətin son mərhələsində olan neft yataqlarının,
yerləşdiyi zonalarda landşaftın ilkin vəziyyətinin bərpa olunması şərti ilə xarici neft
şirkətlərinə icarəyə verilməsi;
- Abşeron yarımadası ərazisində fəaliyyət göstərən bütün müəssisə, təşkilat,
xarici hüquqi və fiziki şəxslər, neft şirkətləri cəlb olunmaqla ərazinin ekoloji bərpa
tədbirlərinin həyata keçirilməsi məqsədi ilə “Abşeron Ekoloji Fondunun”
yaradılması, onun Əsasnaməsinin hazırlanması;
- “Bibi-Heybət”, “Balaxanıneft”, “Binəqədineft”, “Suraxanıneft”, NQÇİ-nin
fəaliyyət zonalarında yerləşən yataqların hasilatın son mərhələsində olduğunu,
yataqların ümumi sulaşma faizinin (95-98) artdığını və bütün bunlarla əlaqədar
formalaşan lay sularından yod-brom istehsalında xammal kimi istifadə imkanlarının
texnoloji cəhətdən təhlil edilərək həyata keçirilməsi;
- Hövsan kanalının ümumi çirklənmə yükünün azaldılması məqsədilə əvvəllər
Suraxanı və Balaxanı yod zavodları əsasında yaradılmış Bakı yod zavodunun bərpa
layihəsinin hazırlanaraq ümumi fəaliyyətinin təmin edilməsi;
- Ərazidə formalaşan lay sularının zərərli təsirinin azaldılması məqsədi ilə
47
ARDNŞ-nin “Bibi-Heybət”, “Balaxanıneft”, “Binəqədineft” və digər neftqazçıxarma
idarələrinin fəaliyyətdə olan ümumi quyu fondunun mühəndis-texniki cəhətdən tam
təhlil edilərək, yüksək sulaşma meylinə malik olan, neft perspektivliliyi qeyri-məqbul
qiymətləndirilən quyularının ümumi ləğvi proqramının hazırlanıb həyata keçirilməsi;
- “Azneft” İB-nin, ARDNŞ-nin, Azərbaycan Respublikası Ekologiya və Təbii
Sərvətlər Nazirliyinin fəal müdaxiləsi ilə Abşeron yarımadası ərazisində fəaliyyət
göstərən neft-qazçıxarma idarələrində, hasilatın sabitliyinin təmin edilməsi məqsədi
ilə geoloji laylarda aparılan bütün mühəndis-texniki işlərin qapalı sistem proqramının
hazırlanması həyata keçirilməsi, təbii mühit kompleksinə atılan tullantıların ümumi
həcminin əhəmiyyətli dərəcədə azaldılması;
- Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəal
dəstəyi ilə ARDNŞ-nin köhnə yataqlarda bərpa proqramı həyata keçirən, ətraf mühitə
tullantıların azaldılması məqsədi ilə öz vəsaiti hesabına təmizləyici sistemlərin, dövri
su təchizat sisteminin tikintisini aparan və digər ekoloji tədbirləri genişləndirən
neftqazçıxarma idarələri üçün güzəştli ödəniş tənzimləmə və stimullaşdırma
mexanizmi layihəsinin hazırlanması;
- Yarımada ərazisində bərk məişət və sənaye tullantıları ilə çirklənmiş ərazilərin,
zibilxanaların (qanunsuz tullantı yerlərinin) inventarlaşdırılmasının aparılması və
onların ləğv edilməsi üçün Bakı şəhəri İcra Hakimiyyətinin, yerli bələdiyyə
orqanlarının və ərazidə yerləşən dövlət, özəl qurumların fəal maliyyə dəstəyi ilə
mərhələli tədbirlər proqramının hazırlanıb həyata keçirilməsi;
- Bərk Məişət Tullantılarından müxtəlif komponentlərin (qara metalı, qalay
tərkibli
lingləri,
allüminiumu, makulatura fraksiyasını) mexanikləşdirilmiş
çıxarılması üçün yeni texnlogiya tətbiqinin genişləndirilməsi;
- Abşeron yaımadası ərazisində, praktiki olaraq “ölü zonalara” çevrilən
zolaqlarda radionuklidlərlə güclü çirklənmiş ərazilərin inventarlaşdırılmasının
aparılması, torpaqların radioaktiv çirklənmə dərəcəsinin dezaktivləşmə üsulları ilə
müəyyənləşdirilməsi, torpaqların rekultivasiyası, prosesdə formalaşan tullantı
torpaqların radioaktiv tullantı məntəqələrinə daşınmasının təmin edilməsi;
- Yarımada ərazisində tikinti materialları, xüsusən əhəngdaşı və qum
48
yataqlarının istismarı nəticəsində yararsız vəziyyətə düşmüş, onların tullantıları ilə
çirklənmiş torpaq sahələrinin rekultivasiyası və tullantıların azaldılması məqsədi ilə
təbii xammaldan kompleks istifadə olunması tədbirlərinin həyata keçirilməsi;
- Abşeron yarımadası ərazisində yaşayış massivlərində formalaşan təsərrüfat-
məişət sularının relyefə axıdılmasının qarşısının alınması üçün onların kanalizasiya
şəbəkəsinə yönəldilməsinin təmin edilməsi, mövcud kanalizasiya şəbəkəsinin
yenidənqurulması, kanalizasiya sularının tam təmizlənməsi üçün Hövsan Aerasiya
Stansiyasında
və
Qaradağ,
Mərdəkan-Şüvəlan
təmizləyici
sistemlərində
yenidənqurma-bərpa işlərinin apaılması;
- Sənaye müəssisələrində formalaşan çirkab axıntı sularının həcminin
azaldılması məqsədi ilə dövri və ardıcıl su təchizatı sistemi şəbəkəsinin
genişləndirilməsi;
- Sənaye müəssisələrinin ərazilərində, onların sanitar-mühafizə zonalarında,
yolların kənarlarında yaşıllıqların artırılması;
- Sumqayıt şəhərində civə texnologiyasına əsaslanan kaustik soda və xlor
istehsalının ekoloji tələblərə cavab verən yeni texnologiyalarla əvəz edilməsi;
- Tullantı sularının su hövzələrinə və daxili sututarlarına axıdılmasının qarşısının
alınması və göllər ətrafı qəsəbələrin kanalizasiya sistemi ilə təmin edilməsi;
- Neft məhsulları ilə çirklənmiş göl və gölməçələrin ləğv edilməsi üçün müvafiq
tədbirlərin həyata keçirilməsi;
- Təbii və antropogen təsirlər nəticəsində əmələ gəlmiş süni gölməçə və
bataqlıqların qurudulması və torpaq sahələrinin münbitləşdirilməsi;
- Qrunt sularının yer səthinə yaxın olan sahələrində drenaj sisteminin
yaradılması məqsədilə mühəndis-layihələndirmə işlərinin aparılması [11,12].
Dostları ilə paylaş: |