sayı
Sinifləndirmənin əlaməti
Keyfiyyət göstəriciləri
1
Funksional əhəmiyyəti
Təyinatları (texniki,iqtisadi,texnik-iqtisadi)
2
Obyektin xassələrinin biruzə
verilmə üsulu
Naturadan pulla, ballarla (ölçülü, ölçüsüz)
3
Ümumilik dərəcəsi
Ümumi, xüsusi
4
İ
stehsal prosesində funksional
rolu
Faydalılığı qiymətləndirən (nəticələrin)
5
İ
darəetmə prosesində
funksional rolu
Planlı (normativli), qiymətləndirici
6
Obyektin xarakterizə olunan
xassələrinin miqdarı
Ə
dədi, kompleks, qrup, ümumiləşdirilmiş, inteqral
7
Baxılan obyektin xassələrinin
növləri
Etibarlılıq, erqonomik, estetik, texnoloji,
transportabellik, unifikasiya, patent- hüquq, ekoloji
təhlükəsizlik.
8
Qiymətlərin və göstəricilərin
təqdim olunma forması və
təyin edilmə mərhələsi
Proqnozlaşdırılan, layihələşdirilən, istehsal-texnoloji,
istismar-texniki
9
Qiymətləndirilmə tətbiqi üzrə Baza, qiymətləndirilən məhsulun, nisbiliyi
10
Obyektin
qiymətləndirilməsində
ə
həmiyyəti
Ə
sas, əlavə
Məhsulun keyfiyyətinin planlaşdırılması məfhumu altında verilmiş vaxt
anında, yaxud verilmiş vaxt fasiləsi (intervalı) ərzində keyfiyyət göstəricilərinin
tələb olunan qiymətləri ilə məhsul buraxılışı üzrə əsaslandırılmış tapşırıqların
işlənib hazırlanması və qəbul edilməsi prosesi anlaşılır.
Məhsulun keyfiyyətinin planlaşdırılmasının məqsədi müəyyən edilmiş
norma və parametrlərə müvafiq olan məhsulun keyfiyyətinin təmin olunmasından
və keyfiyyət xarakteristikalarının yüksəldilməsi üzrə istiqamətlərin aşkara
çıxarılmasından ibarətdir.
Məhsulun keyfiyyətinin planlaşdırılmasının başlıca vəzifələri belədir:
46
- bazarın mövcud və prespektiv tələblərinə xüsusiyyətləri maksimum uyğun
olan məhsulun buraxılışını təmin etməli;
- məhsulun texniki səviyyəsini və keyfiyyətini ən yaxşı ölkə və xarici
nümunələrin səviyyəsinə qədər qaldırmalı;
- ehtiyatın təminatı və istehlakçıların sorğusu nöqteyi-nəzərindən məhsulun
keyfiyyətinin yüksəldilməsi üzrə iqtisadi baxımdan optimal tapşırıqların müəyyən
edilməsi;
- müxtəlif ölçülü tiplər sırası üzrə optimallaşdırma yolu ilə buraxılan
məhsulun strukturunu təkmilləşdirməli;
- sertifikasiya olunmuş məhsulların buraxılışını artırmalı;
- artıq buraxılmaqda olan məhsulun ayrı-ayrı istehlak xüsusiyyətlərini
(möhkəmliliyini, uzunömürlüyünü, qənayətciliyini və s.) yaxşılaşdırmalı;
- mənəvi baxımdan köhnəlmiş və rəqabət qabiliyyətliliyi olmayan
məhsulların istehsalını vaxtında azaltmalı, yaxud onları istehsaldan çıxarmalı;
- yüksək keyfiyyətli məhsulun buraxılışını artırmalı; məmulatların material
tutumunu azaltmalı, fondverimini yüksəltməli;
- standartların, texniki şərtlərin və digər normativ sənədlərin tələblərinə ciddi
riayət olunmasını təmin etməli, vaxtında yeni işlənib hazırlanmış standartları tətbiq
etməli və köhnələri yenidən nəzərdən keçirməli;
- verilmiş keyfiyyət səviyyəsinə nail olunmasını təmin edən konkret
tədbirləri işləyib hazırlamalı və həyata keçirməli;
- istehsalın iqtisadi səmərəsini və keyfiyyəti yaxşılaşdırılmış məhsuldan
istifadə olunmasını artırmalı.
Məhsulun keyfiyyətinin planlaşdırılmasının mühüm prinsipləri isə
aşağıdakılardan ibarətdir:
- müəssisə məhsulunun rəqabət qabiliyyətliyinin daim yüksəldilməsindən
irəli gələn fasiləsizlik nəticəsində keyfiyyətin planlaşdırılmasına tək-tək hal kimi
deyil, məhsulun keyfiyyətinin yüksəldilməsi üzrə planların tərtib edilməsinin daim
bərpa olunan prosesi kimi baxılır;
47
- planlaşdırmada elm və texnikanın ən yaxşı nailiyyətlərini, prespektiv
standartların tələblərini, bazarın tələbatını nəzərdə tutan elmi planların işlənib
hazırlanmasını;
- qənaətçilliyi.Həmin prinsipin mahiyyəti bundan ibarədir ki, planlar
məqsədə nail olmağın maksimum səmərə əldə etməyə imkan verən yolunu nəzərdə
tutmalıdır, planın tərtib olunmasına edilən məsrəflər isə ondan çox olmamalıdır;
- planlı fəaliyyətin koordinasiyası və inteqrasiyası. Planlı fəaliyyətin
koordinasiyası “üfüqi xətt üzrə”, yəni eyni səviyyəli bölmələr arasında baş verir.
Nəticədə keyfiyyətin firmadaxili planlaşdırılması lazımi tamlıq və vəhdət –
müəssisənin fəaliyyətinin bütün cəhətlərinin keyfiyyət üzrə planlarda
ə
laqələndirilməsini nəzərdə tutan komplekslik əldə edir.
Planlaşdırmanın kompleksliyi o deməkdir ki, son məhsulun keyfiyyətinin
yüksəldilməsi üzrə tapşırıqlar müəssisənin təsərrüfat partnyorlarının göndərdikləri
xammalın, materialların, yarımfabrikatların, komplektləşdirici məmulatların,
ehtiyat hissələrinin və son məhsulun digər komponentlərinin keyfiyyətinin
yüksəldilməsi üzrə planları ilə əlaqələndirilməlidir.
Ə
gər yerinə yetirilməsindən ötrü lazımi şərait yaradılmazsa, hər hansı plan
yalnız kağız üzərində qala bilər ki, elə bunun özünü də məhsulun keyfiyyətinin
planlaşdırılmasının daha bir prinsipi hesab etmək olar.
Məhsulun keyfiyyətinin planlaşdırılması prosesinin tədqiqinin mürəkkəbliyi
elmi metodlardan istifadə etmək lüzumunu şərtləndirir ki, bunlardan biri sistemli
yanaşmadır.
Məhsulun keyfiyyətinin planlaşdırılmasına sistemli yanaşma məhsulun
keyfiyyətinin idarə olunmasının miqyas və istiqamətlərini, məhsulun keyfiyyətinin
yüksəldilməsinə sərf olunan səy və vəsaitlərin səmərəliyini təmin edən məhsul
növlərinin, istehsal formaları və metodlarının obyektiv surətdə seçilməsinə imkan
verir.
Buraxılan məhsulun keyfiyətinin planlaşdırılmasına sistemli yanaşma sənaye
müəssisələrinin, birliklərinin, planlaşdırıcı orqanların elmi əsasını yaratmağa
imkan verir.
48
Hər şeydən əvvəl geniş və məhdud (müfəssəl və müxtəsər) mənada
planlaşdırma məfhumunun tərifini verək.
Geniş (müfəssəl) mənada planlaşdırma – hər şeydən əvvəl firmanının
gələcək səmərəli fəaliyyətini və inkişafını təmin etməyə imkan verən qərarın
işlənib hazırlanması və qəbul olunması prosesidir. Həmin qərarlar bir-birindən
təcrid edilmiş olur, bütöv bir sistem əmələ gətirir, həmin çərçivədə adətən qarşılıqlı
surətdə bir-birinə təsir göstərir, bu da məlumdur ki, praktikada onların bir-birilə
ə
laqələndirilməsindən irəli çətinlikləri meydana çıxarır. Belə əlaqələndirmə
sistemdə qərarların optimal uzlaşdırılmasını təmin etməyə və firma qarşısında
açılan istifadə edilməyən imkanların sayını azaltmağa şərait yaradır.
Belə plan qərarların obyektləri aşağıdakılardır:
- məqsədin müəyyən olunması və firmanın strategiyasının işlənib
hazırlanması;
- firmanın fəaliyyətinin daxili və xarici şəraitinin dəyişilməsinə müvafiq
surətdə (material, pul, əmək) ehtiyatlarının bölünməsi və yenidən bölüşdürülməsi,
- lazımi standartların müəyyənləşdirilməsi və s.
Belə qərarların qəbul olunması geniş mənada nəzərdən keçirilən
planlaşdırılma prosesinin məzmun cəhətidir.
Keyfiyyətin planlaşdırma obyektləri aşağıdakılardır:
- bu və ya digər bazar mövqeyinin zəbt olunması üzrə müəssisənin məqsəd
və strategiyaları;
- məhsulun rəqabət qabiliyyətinin artırılmasına imkan verən keyfiyyət
parametrləri;
- məhsulun keyfiyyət xarakteristikalarının bazar tendensiyalarının
proqnozları və həmin tendensiyalara müvafiq surətdə göstəricilərə nail olmaq üzrə
planlar.
Həm məhsulun ayrı-ayrı keyfiyyətlərini, həm də keyfiyyəti idarəetmə
sistemlərinin və proseslərinin müxtəlif xarakteristikalarını əks etdirən müxtəlif
göstəricilər məhsulun keyfiyyətinin planlaşdırılmasının predmetidir. Həmin
göstəricilər məhsulun keyfiyyətinin yaxşılaşdırılması üzrə konkret tapşırıqlarda,
49
elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin, standartlaşdırma və metoroloji
təminatın, keyfiyyəti idarəetmə sisteminin tətbiqinin, müəssisənin texniki
inkişafının, kadrların hazırlığının və s. planlarında öz əksini tapır.
Dostları ilə paylaş: |