50
FƏSİL III. BİZNESDƏ KEYFİYYƏTİ İDARƏETMƏ SİSTEMLƏRİNİN
TƏŞ Kİ Lİ Nİ N TƏ KMİ LLƏŞ Dİ Rİ LMƏ Sİ
3.1. Mə hsul keyfiyyə tinin artırılması üzrə göstə ricilə rin qiymə tlə ndirilmə si
Məhsulun keyfiyyətini yüksəltmək, onun attestasiyası və ya istehsaldan
δ
çıxarılması
məqsədilə
sistematik
olaraq
məhsulun
keyfiyyəti
qiymətləndirilməlidir. Təyin edilmiş keyfiyyət baza keyfiyyəti ilə müqaisə olunur.
Buna məhsulun keyfiyyət səviyyəsi deyilir. Baza göstəricisi kimi etalon
nümunənin keyfiyyəti və yaxud ölkədə və ya xaricdə istehsal olunmuş bir neçə ən
yaxşı nümunələr götürülür.
Məhsulun keyfiyyət səviyyəsini qiymətləndirmək üçün differensial,
kompleks, və qarışıq metodlardan istifadə edilir.
Diferensial metod məmulatın keyfiyyət göstəricisini baza göstəricisi ilə
müqayisə etmək prinsipinə əsaslanır. Bunun üçün nisbi keyfiyyət göstəricisi
aşağıdakı düsturlarla təyin edirlər:
q = P
İ
/ P
İ
δ
(1)
q = P
İ
δ
/ P
İ
(2)
burada :
P
İ
– qiymətləndirilən məhsulun fərdi keyfiyyət göstəricisi;
P
İ
δ
- fərdi baza göstəricisidir.
Düstur (1) göstəricilər üçün istifadə olunur, onların artması məhsulun
keyfiyyətinin yaxşılaşmasına səbəb olur (məmulatın məhsuldarlığı, gücü,
dəqiqliyi); düstur (2) isə o göstəricilər üçün tətbiq olunur ki, onların azalması
məmulatın keyfiyyətinin yaxşılaşmasına gətirib çıxarır (məmulatın maya dəyəri,
material tutmu, yanacaq sərfi).
Ə
gər göstərilən düsturla hesablanmış nisbi göstəricilər vahiddən çoxdursa
və ya vahidə bərabərdirsə, onda məhsulun keyfiyyət səviyyəsi etalon səviyyəyə
uyğundur, yaxud ondan yüksəkdir. Əgər göstəricilərin bir hissəsi vahiddən azdırsa,
51
onda kompleks və ya qarışıq metoddan istifadə olunaraq keyfiyyət səviyyəsini
təyin edirlər.
Məhsulun keyfiyyət səviyyəsini kompleks metodla qiymətləndirərkən
ümumiləşmiş keyfiyyət göstəricisindən istifadə əsas götürülür. Bu halda keyfiyyət
səviyyəsini bir ədədlə xarakterizə etmək olar. Ümumiləşmiş göstəricilər kimi baş,
inteqral və orta tarazlaşmış göstəricilər mövcuddur. Bütün mümkün ola hallarda
qiymətləndirmə üçün məhsulun əsas təyinatını daha çox əks etdirən baş
parametrdən istifadə edilir. Məsələn, avtomobil şinləri üçün – kilometrlərlə yürüş,
dizel mühərrikləri üçün – saatlarla motor resursu, qazma qurğuları üçün – metrlərlə
qazma dərinliyi və s. baş göstəricilərdir. Əksər hallarda baş göstərici ilkin
göstəricilərlə funksional əlaqəli olur. Məsələn toxucu dəzgahının məhsuldarlığı
aşağıdakı düsturla təyin edilir (1,32):
burada:
n – baş valın fırlanma tezliyi, dövr/dəq;
P
u
– parçanın 10 sm əriş üzrə sıxlığı;
K
f
- dəzgahın faydalı iş əmsalıdır.
İ
nteqral göstərici məmulatın istifadəsindən əldə edilən faydalı effekt, onun
istehsalına və istismarına çəkilən ümumi xərclər məlum olduqda tətbiq olunur. Bu
göstərici aşağıdakı düsturla təyin edilir:
K
in
= E
f
/ (X
j
+ X
i
)
(4)
burada:
E
f
- hesabat dövründə məmulatın istismarından (istehlakından) əldə edilən
faydalı effekt;
X
j
– məmulatın yaradılmasına çəkilən xərclər;
X
i
- məmulatın istismarına (istehlakına) çəkilən xərclər.
Q = 60n · K
f
/ P
u
(3)
52
Keyfiyyətin baş və inteqral göstəricilərini təyin etmək mümkün olmadığı
hallarda məhsulun keyfiyyət səviyyəsini qiymətləndirmək üçün aşağıdakı
düsturlarla təyin edilən orta tarazlaşmış göstəricilərdən istifadə edilir:
a)
orta ədədi tarazlaşmış göstərici
b)
orta həndəsi tarazlaşmış göstərici
burada:
q
i
– düstur (1) və (2) vasitəsilə hesablanmış nisbi keyfiyyət göstəricisi;
M
i (Q)
– ümumiləşmiş göstəriciyə (Q) daxil olan i-ci göstəricisinin çəkilik
parametri;
M
i (V)
– ümumiləşmiş göstəriciyə (V) daxil olan i-ci göstəricisinin çəkilik
parametri;
i= 1,2,......., n – məhsulun keyfiyyətinin orta tarazlaşmış göstəricisinin təşkil
edən göstəricilərin sayı.
Ə
gər çəkilik parametirləri ∑M
i
=l şərtini təmin edərsə, bu halda onlar çəki
ə
msalları adlanır. Çəkilik parametrlərinin qiymətlərini ekspert metodu ilə təyin
etmək olar.
Məhsulun keyfiyyət səviyyəsinin qiymətləndirilməsinin qarışıq metodu fərdi
keyfiyyət göstəricilərinin məcmusu kifayət qədər böyük olduğu və hər bir
göstəricisinin differensial metodla qiymətinin təhlili birmənalı cavab alınmasına
imkan vermədiyi hallarda tətbiq edilir. Bu metod fərdi ə kompleks (qrup)
göstəricilərinin birlikdə tətbiqinə əsaslanır və aşağıdakı əməliyyatların ardıcıl
yerinə yetirilməsini nəzərdə tutur:
n
Q =
∑
M
i (Q)
·
q
i
(5)
j=l
M
i (V)
n
V = Π (q) (6)
j=l
53
- fərdi göstəricilərin müəyyən hissəsini quruplarda birləşdirmək və sonra hər
qurup üçün müvafiq kompleks göstərici təyin etmək.Ayrı-ayrı mühüm göstəriciləri
quruplarda birlşdirməmək də mümkündür. Bu halda onlardan fərdi göstərici kimi
sonrakı təhlil zamanı istifadə etmək olar;
- alınmış kompleks və ya fərdi göstəricilər məcmusu əsasında differensial
metodla məhsulun keyfiyyət səviyyəsini qiymətləndirmək.
Qeyd etmək lazımdır ki, məmulatların keyfiyyət səviyyəsinin
qiymətləndirilməsində qarışıq metoddan nisbətən az istifadə edirlər.
Müxtəlif cinsli məhsul növləri məcmusunun keyfiyyətini qiymətləndirmək
üçün keyfiyyət və qüsurluluq indekslərindən istifadə edirlər.
Keyfiyyət İndeksi (JK) – baxılan dövürdə buraxılmış müxtəlif cinsli
məhsulların kompleks keyfiyyət göstəricisidir. Bu göstərici həmin məhsulun
keyfiyyət göstəricisinin nisbi qiymətlərinin orta tarazlaşmış göstəricisinə
bərabərdir və aşağıdakı düsturla təyin edilir:
burada:
Ç
i
– i növ məhsulun çəki əmsalı ;
K
i
– i növ məhsulun kompleks keyfiyyət göstəricisi;
K
ib
– i növ məhsulun baza kompleks keyfiyyət göstəricisi;
i= 1,2,......., n – məhsulun növlərinin sayıdır.
Çəki əmsalı öz növbəsində aşağıdakı kimi təyin edilir:
n
Ç
i
= Q
i
/
Σ
Q
i
(8)
i=l
burada:
Q
i
– baxılan dövrdə i növ məhsulun qiymətidir.
n
J
k
=
Σ
Ç
i
·K
i
/ K
ib
(7)
i=l
54
Qüsurluluq indeksi (J
q
) - baxılan dövürdə buraxılmış müxtəlif cinsli
məhsulların qüsurluluq əmsallarının orta tarazlaşmış qiymətinə bərabər kompleks
keyfiyyət göstəricisidir.Qüsurluluq əmsalı məhsul vahidinə düşən qüsurların orta
tarazlaşdırılmış miqdarına deyilir.
Bu göstərici aşağıdakı düsturla təyin edilir:
n
J
q
=
Σ
Ç
i
·
G
i
(9)
i=l
burada:
G
i
– i növ məhsulun nisbi qüsurluluq əmsalıdır. Bu əmsal məhsulun istehsal
keyfiyyət göstəricisidir.
Qüsurluluq əmsalı aşağıdakı kimi təyin edilir:
G = q
ə
/ q
ə
b
(10)
burada:
q
ə
- baxılan dövürdə buraxılmış məhsulun qüsurluluq əmsalının baza
qiyməti;
q
ə
b
– məhsulun qüsurluluq əmsalının baza qiymətidir.
Keyfiyyət və qüsurluluq əmsalları universal göstəriciləridir. Bu göstəricilər
vasitəsilə
bütövlükdə
müəssisənin
buraxdığı
məhsulun
keyfiyyətini
qiymətləndirmək və bir sıra illər ərzində onun dəyişməsini analız etmək olar.
Məhsulun keyfiyyətinin yüksəldilməsi üzrə tədbirlərin həyata keçirilməsi ilə
bağlı olan məhsulun maya dəyərinin, mənfəətin, istehsalın renytabelliyinin,
işçilərinin sayının, onların əmək haqqının, kapital qoyuluşu məbləğinin və s.
planlaşdırılan dəyişiklikləri müvafiq hesablamalarla təsdiqlənməlidir.
Ə
traf mühitlə qarşılıqlı əlaqə prosesi də müəssisənin keyfiyyət sahəsindəki
siyasəti ilə razılaşdırılmalıdır. Öz məhsulunun keyfiyyətinin artırılması planlarında
nəzərdə tutulanların təmin edilməsindən ötrü müəssisə öz tədarükçülərindən
göndərdikləri xammalın, materialların, yarımfabrikatların, komplektləşdirici
məmulatların, qovşaqların, ehtiyyat hissələrinin və son məhsulun digər
komponentlərinin də keyfiyyətlərinin müvafiq qaydada yaxşılaşdırılması tələb
etməlidir. Eyni zamanda tədarükçü – müəssisələrə də onların məhsullarının
55
keyfiyyətinin yaxşılaşdırlması üzrə hərtərəfli kömək göstərmək lazımdır. Bu kimi
yardım formaları, habelə köməyin göstərilməsinə edilən məsrəflər müəssisədə
məhsulun keyfiyyətinin artırılmasının planlaşdırılması işinin maddələrindən biri
olmaldır.
Məhsulun keyfiyyətinin artırılması üzrə müəssisənin planının tərkibinə ayrı-
ayrı göstəricilər kimi keyfiyyətin yaxşılaşdırılmasına yönəldilən bütöv tədbirlər
kompleksi də daxil ola bilər.
Müəssisədə məhsulun keyfiyyətinin artırılmasının planının əsası çox vaxt
aşağıdakı tədbirlərdən ibarət olur:
- ən yaxşı ölkə və xarici nümunələrin texniki səviyyəsinə və keyfiyyətinə
çatmalı və ötməli;
- sertifikatlaşdırılmış məhsulun buraxılışını artırlmalı;
- buraxılan məhsulun ayrı-ayrı keyfiyyət göstəricilərini yaxşılaşdırılmalı;
- rəqabət qabiliyyətliliyi olmayan məhsulu modemizə etməli, yaxud
istehsaldan çıxarmalı;
- verilmiş keyfiyyət səviyyəsinə nail olmaq üzrə konkret tədbirləri işləyib
hazırlmalı və tətbiq etməli və s.
Müəssisədə məhsulun keyfiyyətinin artırılmasının planlaşdırılmasının
sərbəst istiqamətləri kimi adətən aşağıdakılara xüsusi fikir verilir:
-
məhsulun keyfiyyətinin firmadaxili (istehsal daxili) planlaşdırılması;
- müəssisədə keyfiyyətin idarə olunması sisteminin tətbiqinin
planlaşdırılması;
- məhsuun keyfiyyətinin yüksəldilməsinin kadr təminatının planlaşdırılması;
- daxili və xarici çıxdaşdan müəssisənin itkilərinin planlaşdırılması;
- müqavilələrdə və kontraktlarda məhsulun keyfiyyətinin planlaşdırılması.
Son illərdə buraxılan məmulatların (işlərin, xidmətlərin), keyfiyyət və
istehsal sistemlərinin sertifikatlaşdırılmaya hazırlanmasının planlaşdırlması
müəssisədə məhsul keyfiyyətinin yüksəldilməsinin ən mühüm istiqamətlərindən
birinə çevrilmişdir.
56
Keyfiyyətin artırılmasının planlaşdırılması istiqamətlərinin məzmunu
müəssisənin mülkiyyət formasından, fəaliyyətinin məqsədlərindən və təşkilat
sturukturunun növündən asılı olaraq fərqlənə bilər.
Məhsulun istehsalına edilən xərclərin azaldılmasının və keyfiyyətinin
yüksəldilməsinin ən mühüm problemlərindən biri də daxili və xarici çıxdaş
itikilərinin azaldılmasından ibarətdir. Planlaşdırma zamanı həmin amilin nəzərə
alınması müəssisəyə öz ehtiyatlarına daha uğurla qənaət etmək və vəsaitləri öz
inkişafına sərf etmək imkanı verər.
Kiçik müəssisələrdə məhsulun keyfiyyətinin planlaşdırılması ilə
peşəkarcasına məşğul olan ixtisaslaşdırılmış sturuktur bölmələri, yaxud ayrı-ayrı
işçilər olmur. Nəticədə keyfiyyətin planlaşdırlması prosesinin informativ və
normativ təminatı sahəsində bəzən çətinliklər meydana çıxır, metodoloji
çatışmazlıqlar əmələ gəlir.
Kiçik müəssisələrin məhsul keyfiyyətinin yüksəldilməsi planlarının özündə,
bir qayda olaraq, məhdud miqdarda işlənib hazırlanmış göstəricilər olur və bunlar
çox vaxt məhsulun tədarükünün ( xidmətlərin göstərilməsinə, işlərin icrasına) dair
bağlanmış müqavilələrdən irəli gəlir. Çox vaxt müəssisələrdə keyfiyyətin
artırılması məsələləri onların öz inkişaflarına dair işlənib hazırlanmış biznes
planlarda da öz lazimi əksini tapmır.
Elmi əsaslandırılmış yanaşma kiçik müəssisədə müstəqil sənədin – məhsul
keyfiyyətinin artırılması planının işlənib hazırlanmasını tələb edir. Kiçik
müəssisəyə nisbətdə onun aşağıdakı bölmələri ola bilər:
1) bütövlükdə müəssisə üçün məhsulun keyfiyyətinin artırılması üzrə plan
göstəriciləri və tapşırıqları;
2) müəssisənin daxili bölmələrindən ötrü məhsulun keyfiyyətinin artırılması
üzrə plan göstəriciləri və tapşırıqları;
3) məhsulun keyfiyyətinin artırılmasının material – texniki təminatı üzrə
planı tədbirləri;
4) məhsulun keyfiyyətinin artırılmasının təşkilati baxımdan təminatının plan
tədbirləri;
57
5) məhsulun keyfiyyətinin artırılmasının kadr təminatı üzrə plan tədbirləri.
Müəssisədə keyfiyyətin artırılmasının planlaşdırlmasının son məqsədi onun
fəaliyyətinin səmərəliliyinin yüksəldilməsindən ibarət olmalıdır.
Məhsulun keyfiyyətinin yüksəldilməsi üzrə tədbirlərin məqsədəuyğunluğu
yaxşılaşdırılmış keyfiyyət xarakteristikalarına malik yeni əmək vəsaitlərinin
istehsalından və onlardan istifadə olunmasından əldə edilən iqtisadi səmərəliliyin
mövcudluğu və həcmi ilə müəyyən olunur. Adı şəkilən səmərəlilik mütəxəssislər
tərəfindən məlum metodika üzrə hesablana bilər. Bundan başqa, ayrı-ayrı
müəssisələr üzrə məhsulun keyfiyyətinin yüksəldilməsi bağlı konkret tədbirlər
işlənib hazırlanırkən lazımi göstəricilər məhsulun keyfiyyətinin yüksəldilməsi üzrə
tapşırıqlarda;
məhsul
buraxılışının,
müəssisənin
texniki
inkişafının,
standartlaşdırmanın, elmi-tədqiqat və təcrübə - konusturuktor işlərinin, kadr
hazırlığının və s. planlarında öz əksini tapır.
Məmulatların sertifikatlaşdırmaya hazırlanması üzrə tədbirlər planı
müəssisədə məhsulun keyfiyyətinin yüksəldilməsinin planlaşdırılmasının əsas
mərhələlərindən biridir. Bundan ötrü müəssisənin keyfiyyətli məhsulun sabit
buraxılışını təmin edən lazımi ehtiyyatı və işçi heyəti olmalıdır.
Keyfiyyətin artırılması sahəsində tədbirlərin həyata keçirilməsinin təmin
olunmasından ötrü müəssisə rəhbərliyi ehtiyyatlardan istifadə üzrə tələbləri
müəyyənləşdirməli və onu lazımi miqdarda ayırmalıdır. Həmin ehtiyatlara
aşağıdakılar daxil edilə bilər:
-
insan ehtiyatı və ixtisaslaşdırılmış işçi heyəti;
-
layihə - konstruktor işləri və tədqiqatları üçün lazım olan avadanlıq;
-
istehsal avadanlığı;
-
nəzarət, sınaq və yoxlama avadanlığı;
Qeyd etmək lazımdır ki, məhsulun keyfiyyətinin artırılmasının
planlaşdırılması iş həcmi bir neçə illik müddət üçün nəzərdə tutulan prespektiv
(mürəkkəb məhsulun hazırlanmasının böyük istehsal silsiləsi ilə) və prespektiv
plan tapşırıqlarının həyata keçirilməsini, konkretləşdirilməsini və yerinə
yetirilməsini nəzərdə tutan cari (məsələn, illik) plan kimi ola bilər. İllik plan
58
rüblərə və aylara bölünməklə tərtib edilir, elmi – texniki şurada müzakirə olunur,
baş mühəndislə razılaşdırılır və müəssisə rəhbəri tərəfindən təsdiqlənir.
Keyfiyyət sahəsində mütəxəssislərin keyfiyyətin əksər problemlərinin başa
düşülməsi ilə bağlı xüsusi problemləri yoxdur. ISO 9001-2008 standartı tərəfindən
daxil edilmiş validasiya, verifikasiya, monitorinq və çoxlu digər spesifik
anlayışlara artıq tam aydınlıq gətirilmişdir. Ancaq standartda mübahisə doğuran elə
məqamlar var ki, onlar üzrə nə vahid fikir, nə də dəqiq tövsiyə yoxdur. Məsələn:
•
Keyfiyyət sahəsində məqsədlərin ölçülə bilən olması;
•
Proseslərin məqsədlərinin təyin edilməsinin zəruriliyi və məqsədəuyğunluğu;
•
Proseslərin məqsədlərinin seçilməsi;
•
Keyfiyyət menecmenti sisteminin (KMS) proseslərinin və bütövlükdə KMS-
nin məhsuldarlığı və effektivliyi;
•
KMS proseslərinin və bütövlükdə KMS-nin mütəmadi yaxşılaşdırılması.
Göstərilən problem suallardan birincisinə baxaq. Keyfiyyət sahəsində
məqsədlərin ölçülə bilən olmasının müxtəlif anlamlarda qəbul edilməsi və bu
məqsədlərin
rəhbərlər
və
menecerlər
tərəfindən
bəzən
düzgün
formalaşdırılmamasının kökündə keyfiyyət anlayışının genişliyi, mürəkkəbliyi
dayanır. Təsadüfi deyil ki, Edvard Deminq, Cozef Curan, Filip Krosbi, Armand
Feyqenbaum, Kaory İsikava, Geniti Taquti kimi böyük alimlərin də
konsepsiyalarında (şək.1) keyfiyyətə və onunla bağlı mühüm məqamlara fərqli
yanaşmalar mövcuddur.
Keyfiyyətin idarə olunmasına vahid yanaşmanı təbliğ edən ISO 9001-2008
standartının özündə də keyfiyyət sahəsində məqsədlərlə bağlı kifayət qədər
aydınlıq yoxdur. Məsələn, ISO 9001-2008 standartının 5.4.1 bəndinin tələblərinə
görə təşkilatın rəhbərliyi məhsulun keyfiyyətinin tələblərə uyğunluğunu təmin
etmək üçün təşkilatın uyğun bölmələri və səviyyələrinin keyfiyyət sahəsindəki
məqsədlərini düzgün müəyyənləşdirməlidir. Təşkilatlarda keyfiyyət məqsədləri
ölçülə bilən və keyfiyyət sahəsindəki siyasətə uyğun olmalıdır. Lakin standartın
özündə bu məqsədlərin ölçülməsi ilə bağlı dəqiq və geniş izahat verilmədiyindən,
həmçinin hər hansı bir nümunə göstərilmədiyindən mütəxəssislər qeyd olunan
59
məqsədlərin nədən ibarət olduğunu müəyyənləşdirərkən, yalnız öz təcrübə və
biliklərinə arxalanmalı olurlar. Proses yanaşması terminologiyasına əsaslanaraq
ölçülə bilən məqsədlərin özündə nəyi ehtiva etdiyini və mütəxəssislər tərəfindən
necə başa düşüldüyünü nəzərdən keçirək.
ISO 9001-2000-in bu baxımdan əsas qüsuru “ölçmə” anlayışına standartda
iki fərqli yanaşmanın mövcud olmasıdır. ISO 9001-2008 standartına görə bir
tərəfdən ölçmə - metroloci xarakteristikalara malik ölçmə avadanlıqlarından
istifadə edilməklə aparılır. Digər tərəfdən isə ölçmə-kəmiyyətin qiymətini
müəyyənləşdirmək üçün əməliyyatların məcmusudur və bu halda ölçmənin nəticəsi
həm də riyazi düsturlara görə hesabatın nəticəsi və istənilən şəkildə (məsələn, bal
şə
klində və ya linqvistik dəyişənlərin “yaxşı”, “əla”, “kafi”, “pis” və s. qiymətləri
ilə) qiymətləndirmə kimi başa düşülə bilər.
Keyfiyyət sahəsində məqsədlərin ölçülə bilən olmasının nə demək olduğunu
başa düşmək üçün “keyfiyyət sahəsində məqsədlər” anlayışına diqqət yetirək.
Standartın tələbinə görə “keyfiyyət sahəsində məqsədlər - əldə olunan və ya
keyfiyyət sahəsində can atılan məqsədlərdir ”. Məqsədə nail olmanın əsas
göstəricisi həyata keçirilən tədbirlərin müvafiq nəticələr verməsidir. Beləliklə,
məqsədə çatmanın yoxlanılma (nəzarət, qiymətləndirmə) imkanının mövcudluğu
onun ölçülə bilən olmasını mümkün edir. Daha dəqiq desək, keyfiyyət sahəsində
nail olunması (nail olunma dərəcəsi) yoxlanıla bilən məqsədi ölçülə bilən məqsəd
hesab etmək olar.
İndi belə bir suala cavab tapmaq lazımdır: əldə olunmasını yoxlaya
(nəzarətdə saxlamaq, qiymətləndirmək) bilmək üçün keyfiyyət sahəsində məqsəd
necə təqdim olunmalıdır?
Keyfiyyət sahəsindəki məqsədi iki halda ölçülə bilən hesab etmək olar:
•
Məqsəd - (aşkar və ya qeyri aşkar şəkildə) “göstəricinin məqsəd qiyməti”
adlanan hər hansı göstəricinin qiyməti ilə təqdim edilmişdir (birinci qrupun
məqsədi);
•
Məqsəd - müddətində baş verməli olan hadisədən ibarətdir (ikinci qrupun
məqsədi).
60
Birinci qrupun məqsədlərini üç növə ayırmaq olar: mütləq, nisbi və müvəqqəti
(müddət üzrə) məqsədlər.
Dostları ilə paylaş: |