Azərbaycan respublikasi təHSİl naziRL



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə25/31
tarix02.01.2022
ölçüsü0,57 Mb.
#45197
1   ...   21   22   23   24   25   26   27   28   ...   31
shukurov rauf

 

3.2. Bazara olan tələbatın proqnozlaşdırılması və məhsul keyfiyyətinin 

artırılması istiqamətləri 

 

Keyfiyyətin  proqnozlaşdırılması  keyfiyyət  haqqında  keçmiş  vaxt 

intervalında  alınmış  məlumatların  təhlilinə  əsaslanaraq  gələcək  dövür  üçün 

(perspektiv)  keyfiyyət  göstəricilərinin  mümkün  qiymətlərinin  təyinidir.  Başqa 

sözlə,  məhsulun  keyfiyyətinin  proqnazlaşdırılması  keyfiyyəti  xarakterizə  edən 

ümumi göstəricilərin zamana görə dinamikası və ehtimal olunan qiymətidir. 

 

Keyfiyyəti  proqnozlaşdırırılması  əsas  metodiki  üsulların  tədqiqat  və 



normativ proqnozlaşdırma üsullarıdır. 

 

Tədqiqat (və ya axtarış) proqnozlaşdırılması əldə olunan potensial imkanlara 



ə

saslanır.  O,  eynitipli  məmulatın  keyfiyyət  göstəricilərinin  zamana  görə 

dəyişməsinin  mövcud  qaydalarının  təhlilini  tələb  edir.  Tədqiqat  proqnozunun 

məqsədi  proqnozlaşdırılan  keyfiyyət  göstəriciləri  haqqında  əldə  edilmiş 

məlumatlara  əsaslanaraq  keyfiyyətin  alternativ  qiymətinin  təyin  edilməsindən 

ibarətdir. 

 

Normativ proqnozlaşdırmada məqsəd hazırda və gələcəkdə baş verə biləcək 



(gözlənilən)  məsələləri  həll  etməkdir.  O,  həll  olunacaq  məsələnin  məqsəd  və 

vəzifəsinin formalaşmasına imkan yaradır. Normativ proqnozlaşdırmada keyfiyyət 

göstəricilərinin normativ bazaya malik olması vacibdir. Belə normativ göstəricilər 

standartların  müvafiq  tələblərinə,  texniki  şərtlərə  və  digər  normativ-texniki 

sənədlərə  əsaslanır.  Elmi-texniki  tərəqqinin  nailiyyətlərini  əks  etdirən 

normativlərin  qəbulu  və  istehsal  imkanlarının  nəzərə  alınması  prespektivdə 

mümkün olan keyfiyyət səviyyəsini proqnozlaşdırmağa imkan yaradır. 



68 

 

 



Tədqiqi  və  normativ  proqnozlaşdırma  aşağıdak  əsas  metodlarla  həyata 

keçirilir: 

1)

  Ekstrapolyasiya; 



2)

  Çoxfaktorlu proqnozlaşdırma; 

3)

  Ekspert; 



4)

  Qarışq. 

Ekstrapolyasiya metodu. Ekstrapolyasiya dedikdə ümumi mənada müşahidə 

sahəsindən    və  kənardan  alınmış  məlumatların  yayılma  proseduru  başa  düşülür. 

Ekstrapolyasiya  metodu  proqnozlaşdırılma  dövrü  üçün    müəyyən  olunmuş  əlavə 

məlumatlardan ibarətdir. Deməli, ekstrapolyasiya metodu prosesin gələcək inkişaf 

tendensiyasının  (qanunauyğunluqların)  toplanıb  saxlanması  hipotezinə  əsaslanır. 

Ekstrapolyasiya  metodu  ilə  proqnoz  qiymətin  təyini  üçün  baza  dövrünün 

məlumatları əsasında alınmış y = f (t) tənliyində vaxta müvafiq qiymətlər verməklə 

qiymətlər verməklə funksiyanın axtarılan (proqnoz) qiymətini tapırlar.   

Proqnozlaşdırılan  keyfiyyət  göstəricilərinin  zamandan  asılılığının  tapılması 

üçün bu asılılığın məlumatların təsvir edən riyazi tənliyin tipi təyin olunmalıdır. Bu 

asılılıqlar xətti, parabolik, hiperbolik, üstlü, loqarifmik və s ola bilər. 

Funksiyanın  dəyişmə  xarakterini  əks  etdirən  tənliyin  müəyyən  olunması 

vahid  arqument  üzrə  prosesin  modelləşdirilməsidir.  Bu  nisbətən  sadədir.  Qrafiki 

ekstrapolyasiyanın özü xətti artan y = f (t) funksiyası aşağıdakı göstərilən şəkildəki 

kimi yerinə yetirilir. 

Şə

kil 7.Keyfiyyət göstəricisi 



 


69 

 

Кейфиййят



эюстяриъиси

Мцшащидя интервалы 

Габаглама

х

х



х

х

х



х

К

Т–н      ...      Т–2     Т–1      Т       Т+1     Т+2  ... Т+м



Вахт, илляр

 

 



δ


Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin