laqəli proseslərin meydana gətirdiyi bir sistemin izah edilməsi, başa düşülməsi və
66
vəziyyətinə münasibliyinə və müştəri tələblərinin təmin edilib - edilmədiyinə
baxılır. Burada məqsəd, əhəmiyyətli olan lazımsız kağız yükünün və
bürokratiyanın qarşını alan birləşmiş proseslərdən meydana gələn təsirli bir sistem
qurmaqdır. Keyfiyyət idarəetmə sisteminin təməli müştəri məmnuniyyətidir.
Müvəffəqiyyətlə işləyən sistemlər, müştəri məmnuniyyəti ölçüləri ilə birlikdə
istehsala aid digər məlumatlardan istifadə edərək əhəmiyyətli qərarlar qəbul
edirlər.
Ə
gər, sistemdə bir natamamlıq varsa ən qısa zamanda müəyyənləşdirilərək
lazımı düzəlişlər edilir. Keyfiyyət İdarəetmə Sisteminin içindəki bütün proseslər
bir-birilə qarşılıqlı və yaxud biri birinə təsir edən əlaqə halındadır və müəssisənin
məqsədlərinə çatmasına kömək edir. Müəssisənin müvəffəqiyyət qazana bilməsi
üçün müştəri razılığının təmin edilməsi əhəmiyyətli bir təsir vasitəsi olmaqla
birlikdə, istehsal və müştəri ilə əlaqədar toplanan məlumatlar strateji qərarlar və
ümumi şirkət planları üçün istifadə edilməlidir.
Dostları ilə paylaş: