Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə10/26
tarix02.01.2022
ölçüsü1,15 Mb.
#45383
1   ...   6   7   8   9   10   11   12   13   ...   26
R-himov-B-hruz-Kamil-o-lu

Sxem 1.  

Müəssisə xərcləri 

 

Mənbə: Robert S.Seiner. “The Basic of Enterprise Expenditure”. Hardcover. 3rd edition. 2016 



məlumatları əsasında müəllif tərəfində tərtib olunmuşdur. 


10 

 

 



Sxem 1-dən göründüyü kimi hər bir müəssisənin ümumi xərclərinin əsasında 

əlavə  və  xüsusi  xərclər  dayanır.  Əlavə  xərclərin  əsasında  isə  qeyri-mütənasib 

dəyişən  xərclər  və  proqnozlaşdırılmayan  xərclər  dayanır  ki,  bunlarında  içərisində 

proqnozlaşdırılmayan  xərclər  müəssisənin  fəaliyyətinə  ciddi  şəkildə  əhəmiyyətli 

təsir göstərmək iqtidarındadır. Belə ki. müəssisənin fəaliyyəti zamanı qəfil yaranan 

bu xərclər əvvəlcədən proqnozlaşdırılmadığında, belə xərclərə reaksiya vermək də 

müəssisə  tərəfindən  müəyyən  çətinliklərin  yaranmasına,  ən  pis  halda  isə 

müəssisənin iflasa uğramasına səbəb ola bilir. Bu səbəbdən də hər bir müəssisə öz 

fəaliyyətində  maliyyə  ehtiyatlarının  düzgün  və  səmərəli  bölüşdürülməsi 

nəticəsində  əlavə  maliyyə  ehtiyatları  hesabına  yaranmış  gözlənilməyən  xərclərin 

ödənilməsini  təmin  etməyə  səy  göstərir.  Bu  baxımdan  da  hər  bir  müəssisədə 

xərclərin  maliyyə  menecmentinin  formalaşdırılması  və  düzgün  həyata  keçirilməsi 

xüsusilə önəm daşıyan məsələlərdən birinə çevrilir. 

Müəssisə,  idarə  və  təşkilatlarda  maliyyə  menecmentinin  təşkili  xərclərin 

düzgün  proqnozlaşdırılması,  onların  idarə  olunması  və    müəssisə,  idarə  və 

təşkilatın  son  nəticədə  rentabelli  fəaliyyət  göstərməsi  və  uzunmüddətli  dövrdə 

rəqabətə  tab  gətirə  bilməsi  zərurətindən  meydana  gəlir.  Maliyyə  menecmenti 

dedikdə, adından göründüyü kimi müəssisənin maliyyə resurslarının idarə edilməsi 

sistemi  başa  düşülür.  Qeyd  olunan  məsələ  kənardan  nə  qədər  sadə  və  bəsit 

görsənsə  də,  əslində  müəssisənin  davamlı  fəaliyyətinin  özəyini  təşkil  etdiyindən 

kifayət  qədər  dərin  və  kompleks  yanaşmanı  tələb  edən  anlayışdır.  Müəssisənin 

maliyyə  resurslarının  əsasında  isə  maliyyə  siyasətini,  metodlarını  və  maliyyə 

vasitələrini, həmçinin də maliyyə stabilliyini və artımının təmin edilməsi sahəsində 

qarşıya  qoyulmuş  məqsədə  çatmaq  üçün  düzgün  idarəetmə  qərarlarını  seçib 

hazırlayan  insanları  əlaqələndiirən  resurslar  dayanır.  Maliyyə  menecmentinin 

qarşısında  duran  əsas  məqsəd  də  məhz  həmin  maliyyə  resurslarının  düzgün 

idarəedilməsi  və  son  nəticədə  müəssisə,  idarə  və  təşkilatların  həm  qısamüddətli 

dövrdə,  həm  də  uzunmüddətli  dövrdə  müvazinətinin  saxlanmasını  təmin  edir.[5, 

səh.16] 



11 

 

Maliyyə  menecmenti  maliyyə  sisteminin  bütün  həlqələrinə  təsir  etməklə 



mürəkkəb  bazar  konyukturası  şəraitində  idarəetmə  strukturunun  ən  zəruri  tərkib 

hissəsi  kimi  fəaliyyət  göstərir.  Maliyyə  menecmenti  elə  maliyyə  siyasətidir  ki, 

qısamüddətli  və  uzunmüddətli  dövrlərdə  müəssisənin  resurslarından  səmərəli 

istifadə  olunmasına  və  maliyyə  xidmətlərinin  fəaliyyət  istiqamətlərinin 

müəyyənləşdirilməsinə  xidmət  edir.  Maliyyə  menecmenti  sahəsində  siyasətin 

işlənib ərsəyə gəlməsi gəlməsi üçün maliyyə mənbəyinin əsasında dövlət maliyyə 

orqanlarında  olan  rəsmi  hesabatlar,  institutsional  bazar  strukturlarının 

informasiyası,  statistik  məlumatlar  və  sahələrarası  və  həmçinin  dövlətlərarası 

məlumatların  müqayisə  olunması,  şirkətlərin  kənar  istifadə  oluna  bilməsi  üçün 

nəzərdə tutulmuş maliyyə-mühasibat sənədləri dayanır. Burada institutsional bazar 

strukturları  dedikdə,  banklar,  əmtəə,fon  və  valyuta  birjaları,  eləcə  də  investisiya 

şirkətləri nəzərdə tutulur. 

Maliyyə menecmentinin aşağıdakı əsas məqsədləri vardır:[26, səh.169] 

  Müəssisənin  fəaliyyətinin  səmərəli  iqtisadi  nəticəsinin  yüksəldilməsi 

(maksimallaşdırılması); 

  Xərclərin azaldılması sayəsində mənfəətin artırılması; 

  Müəssisənin iqtisadi potensialının yüksəldilməsi; 

  Bazarda rəqabət qabiliyyətinin təmin edilməsi; 

  Mövcud maliyyə və iqtisadi resurslardan səmərəli istifadə edilməsi; 

  Müəssisənin  qarşıya  qoyduğu  məqsədə  çatmaq  üçün  yeni  maliyyə 

mənbələrini təhlil etməsi və istehsalı cəlb etməsi; 

  Müəssisənin aktivlərinin strukturunun optimallaşdırılması; 

  Qısamüddətli  və  uzunmüddətli  dövrlərdə  müəssisənin  iqtisadi 

sabitliyinin təmin edilməsi. 

Müəssisənin  məqsədini,  missiyasını  və  siyasətini  müəssisənin  səhmdarları 

və ya təsisçiləri müəyyən edir. Müəssisəni idarə edən şəxslərin idarə heyəti və ya 

direktorlar  şurası  olmasına  baxmayaraq,  müəssisənin  məqsədini,  missiyasını, 

siyasətini, eləcə də istehsalın prioritet sahələrinin seçilməsini məhz səhmdarlar və 

ya  təsisçilər  təmin  edir.  Çünki  həm  müəssisənin  idarə  heyəti,  həm  də  direktorlar 



12 

 

şurası  vəzifəyə  məhz  səhmdarlar  və  ya  təsisçilər  tərəfindən  seçildiklərindən 



müəssisənin fəaliyyətində önəm daşıyan məqsədlərin həyata keçirilməsində məhz 

təsisatçılar və ya səhmdarlar məsuliyyət daşıyırlar. Müəssisənin idarə olunmasında 

idarə heyətinin məsuliyətlilik səviyyəsi xüsusi idarəetmə komandasının iştirakı ilə 

düzgün  idarəetmə  qərarlarının  qəbul  edilməsi,  maliyyə  və  iqtisadi  resursların 

səmərəli istifadə və idarə edilməsi və müəssisənin effektiv və rentabelli fəaliyyəti 

ilə  ölçülür.  Direktor  Şurasının  səlahiyyətləri  isə  idarə  heyəti  ilə  müqayisədə  daha 

yüksəkdir.  Belə  ki,  səhmdarlar  və  ya  təsisçilər  Direktorlar  Şurasına  müəssisənin 

məqsədi  və  siyasətinin  müəyyənləşməsində  iştirak  kimi  daha  böyük  səlahiyyətlər 

vermiş olur. 

Müəssisənin  fəaliyyətinin  idarə  olunmasında  belə  yanaşma  iki  aspektdən 

yüksək dəyərləndirilir:[27, səh.236] 

  Müəssisənin  idarə  edilməsi  ilə  hər  bir  səhmdar  və  ya  təsisçi  məşğul 

olarsa, bu halda müəssisə praktiki cəhətdən rentabelli fəaliyyət göstərə 

bilməz; 


  Bu  sahədə  müvafiq  təhsili  və  praktiki  iş  təcrübəsi  olan  peşəkar 

menecerlər  müəssisənin  fəaliyyətinin  daha  yüksək  səviyyədə 

effektivliyini təmin edə bilər. 

Kiçik müəssisə. İdarə və ya təşkilatlar isə səhmdarlar tərəfindən idarə olunur 

və  belə  təsərrüfat  subyektlərində  sahibkarlar  və  ya  təsisçilər  ilə  menecerlər 

arasında hər hansı münaqişə yarana bilməz. Çünki hər iki vəzifəni icra edən şəxslər 

eynidir. İri müəssisə, idarə və təşkilatlar isə səhmdar  və ya təsisçinin maraqlarını 

müdafiə edən menecerlər tərəfindən idarə olunur. 

Bəzi  hallar  vardır  ki,  bu  hallarda  səhmdarlar  və  ya  təsisçilər  menecerlərin 

şəxsi  mənafeyinin  qarşısını  almaq  üçün  direktorlar  şurasına  peşəkar  xarici 

menecerləri,  maliyyəçiləri  və  siyasətçiləri  daxil  edirlər.  Çünki  xarici 

mütəxəssislərin  müəssisə,  idarə  və  təşkilatın  idarə  heyəti  ilə  qarşılıqlı  əlaqəsi 

yoxdur. 

Bir sıra iqtisadçılar qəbul edirlər ki, iri müəssisə, idarə və təşkilatlar öz şəxsi 

maraqları və mənafeləri naminə qərarlar qəbul edirlər və son nəticədə zərbə əhali 



13 

 

kütləsinə  dəymiş  olur.  Odur  ki,  belə  müəssisə,  idarə  və  təşkilatların 



milliləşdirilməsi ideyasını irəli sürürlər. Bu qərara gəlmiş iqtisadçılar iddia edirlər 

ki,  belə  müəssisə,  idarə  və  təşkilatların  idarə  edilməsində  dövlətin  rolu  və  təsiri 

qaçılmaz olmalıdır. Çünki əks halda belə müəssisə, idarə və təşkilatlar cəmiyyətin, 

əhalinin iki təbəqəyə- varlılara və kasıblara bölünməsi ilə nəticələn qərarlar qəbul 

edəcəklər. Bu da son nəticədə sosial gərginliyin yaranmasına səbəb olacaqdır.[21. 

Səh.148] Bir qrup iqtisadçılar, başda M.Fridman və D.Xiks olmaqla, qəbul edirlər 

ki,  müəssisə,  idarə  və  təşkilatların    fəaliyyətində  və  iqtisadi  proseslərdə  dövlətin 

müdaxilə yolverilməzdir. Fridman hesab edir ki, biznez və ya sahibkarlıq fəaliyyəti 

göstərən müəssisənin əsas funksiyası bazardakı mövcud tələbatı ödəyəcək məhsul 

istehsal etmək və  mənfəət qazanmaqdır. Bunu isə yalnız dövlətin müdaxiləsindən 

azad  olan  iqtisadi  münasibətlər  sistemində  həyata  keçirtməklə  daha  yüksək 

səmərəliliyi təmin etmək və rentabelli fəaliyyət göstərmək mümkündür. 

Adam  Smit  və  David  Rikardonun  iqtisadiyyatın  idarəedilməsində  dövlətin 

müdaxiləsinin  lüzumsuz  olması  ilə  bağlı  nəzəriyyələrində  göstərilirdi  ki, 

iqtisadiyyata dövlətin  müdaxiləsi iqtisadi tarazlığın  pozulması ilə nəticələnə bilər 

və  odur  ki,  iqtisadi  subyektlər  müstəqil  fəaliyyət  göstərməli  və  dövlətin 

“gözəgörünməz  əli”  onların  üstündə  olmalıdır.  Lakin,  hal-hazırda  elə  bir  ölkə 

tapmaq  olmaz  ki,  iqtisadiyyatın  idarə  edilməsində,  maliyyə  mexanizmlərinin 

tənzimlənməsində  və  uçot  stavkalarına  nəzarətdə  dövlətin  rolu  əhəmiyyətli 

dərəcədə hiss edilməsin. 

Yuxarıda  qeyd  olunanlara  əsaslanaraq  maraqlı  bir  sual  ortaya  çıxır: 

“Müəssisənin  idarə  edilməsində  və  ya  maliyyə  resurslarının  idarəedilməsi 

sahəsində fəaliyyət göstərən maliyyə meneceri kimdir və nəyi idarə edir?” 

Suala  cavab  vermək  üçün  iki  yanaşmanı  təhlil  etmək  lazımdır.  Bunlar 

prosedur-məqsədli 

və 


obyekt-prosedur 

yanaşmalardır.  Prosedur-məqsədli 

yanaşmaya əsasən maliyyə meneceri müəssisənin fəaliyyətinin əsas məqsədinə nail 

olmaq  üçün  tədbirlər  sistemində  nəzərdə  tutulan  əsas  prosedurları  icra  edən 

şəxslərdir.  Obyekt-prosedur  yanaşmaya  görə  isə  maliyyə  meneceri  müəssisənin 

fəaliyyətinin statik və dinamik aspektlərini birləşdirərək fəaliyyət göstərən şəxsir. 




14 

 

Xərclərin 



maliyyə 

menecmentini 

və 

məqsədli 



pul  axınlarının 

optimallaşdırılması  prosesinə  iki  aspektdən  yanaşma  daha  məqsədəmüvafiq 

olar:[15, səh.304] 

  Makrosəviyyədə yanaşma; 

  Mikrosəviyyədə yanaşma. 

Xərclərinin  maliyyə  menecmentinə  makrosəviyyədə  yanaşma  daha  geniş 

əhatəli  olub,  dövlətin  və  yerli  icra  hakimiyyəti  orqanlarının,  eləcə  də  bələdiyyə 

orqanlarının  maliyyə  axınlarının  idarə  edilməsi  prosesidir.  Burada  maliyyə 

menecmentinin  əsas  məqsədi  məhz,  dövlət  və  bələdiyyə  büdcələri  və  kreditlərini 

idarə  etmək,  dövlətin  monetar  və  fiskal  siyasətini  həyata  keçirtməkdir.  Xərclərin 

maliyyə  menecmentinə  mikrosəviyyədə  yanaşma  isə  təsərrüfat  subyektlərinin 

maliyyə resurslarının idarə edilməsidir. 

Xərclərin  maliyyə  menecmentinin  düzgün  təşkili  və  idarə  olunması  üçün 

idarəetmə  taktikası  və  strategiyasından  istifadə  edirlər.  Ümumilikdə  götürsək, 

strategiya və taktika anlayışları hər bir müəssisəs uzunmüddətli və mürəkkəb bazar 

konyukturası  şəraitində  rərəqabət  apara  bilmə  qabiliyyətinin  formalaşmasında 

mühim rol oynayan anlayışlardır. Əslində strategiya və taktika anlayışları bir-biri 

ilə  sıx  əlaqədə  olmaqla  birinin  digərini  tamamlaması  prosesidir.  Çox  vaxt 

strategiya və taktika anlayışları qarışdırılır. Strategiya daha geniş anlayışdır, taktika 

strategiyanın  tərkib  hissəsidir.  Taktikasız  strategiya  uğurlu  ola  bilməz  və  tam 

əksinə.  Strategiya  dedikdə,  bazarda  mövqelərin  qazanılması,  alıcıların 

tələbatlarının  faydalı  şəkildə  ödənilməsini  təmin  etmək  məqsədilə  qarşıya 

qoyulmuş  məqsədlərə  çatmağa  yönəldilmiş  iş  planıdır.  Strategiya  taktikalar 

vasitəsilə  idarə  olunur.  Yəni  Strategiya  bir  neçə  taktiki  addımdan  ibarət  olaraq 

fəaliyyət göstərir. Strategiya ilə taktikanın əsas fərqi onunla ölçülür ki, taktikanın 

hazırlanmasına  daha  az  vaxt  sərf  olunur,  nəinki  strategiyanın  hazırlanmasına. 

Taktika strategiyanın tərkib elementidir və qarşıya qoyulan məqsədə çatmaq üçün 

hədəfə  konkret istiqamətlənən yoldur. 

Xərclərin  maliyyə  menecmentinin  həyata  keçirilməsində,  təşkilində  və 

uğurlu  nəticə  əldə  olunmasını  təmin  etmək  məqsədilə  maliyyə  menecmentinin 




15 

 

strategiyası  və  taktikası  hazırlanır.  Maliyyə  menecmentinin  strategiyası  dedikdə, 



müəyyən  qaydalar,  öhdəliklər  və  məhdudiyyətlər  vasitəsilə  qarşıya  qoyulmuş 

məqsədə çatmaq üçün maliyyə resurslarının, o cümlədən də xərclərin və gəlirlərin 

ümumi  istiqamətlənməsi  prosesi  başa  düşülür.  Uğurlu  işlənib  hazırlanmış  və 

əhatəli  təhlil  olunmuş  strategiya  əsasında  müıəssisə  öz  maliyyə  resurslarını 

səmərəli şəkildə idarə edir və yaranmış xərclərin əlavə gəlir hesabına silinməsini 

təmin  edə  bilir.  Uğur  qazanmış  strategiya  müəssisə,  idarə  və  təşkilatın  gələcək 

dövrlərdəki fəaliyyətinə uyğun olaraq təshih edilərək yenidən işlənib hazırlanır. 

Maliyyə  menecmentinin  taktikası  dedikdə  isə,  qarşıya  qoyulmuş  məqsədə 

çatmaq  üçün  konkret  nəzərdə  tutulmuş  yollar,  üsullar  və  metodlar  başa  düşülür. 

Hər bir iqtisadi prosesdə və iqtisadi vəziyyətdə düzgün idarəetmə qərarının qəbul 

edilməsi  və  maliyyə  menecmentinin  düzgün  idarə  olunması,  eləcə  də  xərclərin 

öncədən  proqnozlaşdırılması,  maliyyə  resurslarının  səmərəli  bölüşdürülməsi  və 

daha çox qazanc əldə etməyə yönəldilmiş istehsal sahələrinə investisiya olunması 

maliyyə menecmentinin taktikasının əsasında dayanır. 

Xərclərin  maliyyə  menecmentinin  məqsədləri  strateji  və  talktiki  məqsədlər 

olmaq  şərtilə  iki  qrupa  ayrılır.  Maliyyə  menecmentinin  strateji  məqsədlərinə 

müəssisə,  idarə  və  təşkilatın  rəhbəri,  təsisçisi,  səhmdarı  və  ya  direktorlar  şurası 

tərəfindən  müəyyən  edilmiş  və  müəssisənin  öz  fəaliyyəti  zamanı  əlində  rəhbər 

tutduğu konkret istiqamətlər daxil edilir. Bu istiqamətlərə aşağıdakıları daxil etmək 

olar:[20, səh. 497] 

  Reproduksiya; 

  Mənfəətin maksimallaşdırılmasının təmin edilməsi 

  Müəssisə  səhmdarlarının  məişət  vəziyyətinin  yaxşılaşdırılmasının 

təmin edilməsi 

  Müəssisənin,idarə  və  təşkilatın  adi  səhmlərinin  bazar  qiymətinin 

artırılmasının təmin edilməsi. 

Maliyyə  menecmentinin  taktiki  məqsədləri  strateji  məqsədlərin  müvafiq 

şöbələrə və departamentlərə bölüşdürülməsinə əsasən yaranmış istiqamətləri əhatə 




16 

 

edir. Qeyd olunan taktiki məqsədlərin əsas istiqamətlərinə aşağıdakıları aid etmək 



olar:[27, səh.215] 

  Xərclərin minimallaşdırılmasının təmin edilməsi; 

  Şəxsi  və  ya  özəl  bazar  sektorunun  genişləndirilməsinin  təmin 

edilməsi; 

  Rəqabət aparma qabiliyyətinin formalaşmasını təmin edilməsi 

  Müflisləşmənin  qarşısının  alınmasını  təmin  edəcək  tədbirlər  planı 

işləyib hazırlamaq; 

  İqtisadi artıma nail olmaq üçün müvafiq tədbirlərin görülməsini təmin 

etmək; 

  İstehsal və satış, görülən iş və göstərilən xidmət həcminin artırılmasını 

təmin etmək. 

Maliyyə  menecmentinin  yuxarıda  qeyd  olunan  strateji  və  taktiki 

məqsədlərinə  nail  olmaq  üçün  aşağıdakı  əsas  məsələləri  həll  etmək  böyük  önəm 

daşıyır:[27, səh. 230] 

  Müəssisənin  cari hesabat dövrü  ərzində inkişafı  ilə bağlı  məsələlərin 

realizə  olunması  üçün  zəruri  olan  maliyyə  vəsaitlərinin 

formalaşmasını təmin etmək; 

  Müəssisə.  idarə  və  təşkilatların  əsas  fəaliyyət  istiqamətləri  üzrə 

kəsişmə  nöqtəsində  formalaşmış  maliyyə  vəsaitlərinin  effektiv 

istifadəsinin və rentabelli bölüşdürülməsinin təmin edilməsi; 

  Müəssisə, 

idarə 


və 

təşkilatların 

maliyyə 

dövriyyəsinin 

optimallaşdırılmasını təmin etmək; 

  Müəssisə, idarə və təşkilatların fəaliyyət müddəti ərzində qarşıya çıxa 

biləcək və gözlənilən maliyyə riski səviyyəsində müəssisənin gəlir və 

mənfəətinin maksimallaşdırılmasının təmin edilməsi; 

  Müəssisə,  idarə  və  təşkilatların  fəaliyyət  müddəti  ərzində  gözlənilən 

mənfəət 


və 

gəlir 


səviyyəsində 

maliyyə 


riskinin 

minimumlaşdırılmasının təmin edilməsi; 




17 

 

  Müəssisə,  idarə  və  təşkilatların  fəaliyyəti  ilə  əlaqədar  olaraq  inkişaf 



mərhələsində sabit maliyyə balansının qorunub saxlanılmasının təmin 

edilməsi. 

Maliyyə  menecmentinin  obyekti  dedikdə,  maliyyə  resursların,  onların 

əmələgəlmə  mənbəyi  və  istifadə  olunma  istiqamətləri,  müxtəlif  təssərrüfat 

subyektlərinin  pul  daxilolmalarını  və  ödənişlərin  fasiləsiz  axınını  təmin  edən  pul 

dövriyyəsi başa düşülür. 

Maliyyə  menecmentinin  subyekti  dedikdə,  müəssisənin  uğurlu  fəaliyyəti 

naminə  yaradılmış  maliyyə  xidmətləri  işçilərindən  ibarət  olan  qrup  başa  düşülür. 

Bu  qrupun  əsas  hədəfi  istehsal  xərclərinin  azaldılması  metodlarını 

müəyyənləşdirmək,  müəssisənin  gəlirlilik  səviyyəsinin  artırılmasını  təmin  edəcək 

istiqamətləri  işləyib  hazırlamaq,  mürəkkəb  bazar  konyukturası  şəraitində 

müəssisənin  likvidlik  və  ödəyicilik  qabiliyyətinin  formalaşması  üçün  strateji  və 

taktiki  məqsədlərin  işlənib  hazırlanmasını  təmin  etmək,  istehsal  olunacaq 

məhsulun,  görüləcək  işin  və  göstəriləcək  xidmətlərin    keyfiyyətinə  xələl 

gətirmədən  onların  maya  dəyərinin  aşağı  salınması  üçün  tədbirlər  görülməsini 

təmin  etmək,  elmi-texniki  tərəqqinin  ən  son  nailiyyətlərinin  istehsala  tətbiqi 

nəticəsində 

müəssisə, 

idarə 

və 


təşkilatların 

maliyyə 


vəziyyətinin 

yaxşılaşdırılmasına dair tədbirlər həyata keçirtməkdən ibarətdir.  

Müəssisə idarə və təşkilatların maliyyə resurslarının möhkəmləndirilməsinin 

əsas  istiqamətləri həmin  müəssisələrin,  idarə  və təşkilatların  istifadə  etdikləri pul 

vəsaitləri həcminin optimallaşdırılması və onların qıtlığının aradan qaldırılmasının 

təmin edilməsidir. 

Müəssisə,  idarə  və  təşkilatlarda  maliyyə  fəaliyyətinin  təkmilləşdirilməsinin 

əsas istiqamətlərini aşağıda qeyd olunanlar təşkil edir:[14, səh. 202] 

  Müəssisə,  idarə  və  təşkilatlarda  təsərrüfat  fəaliyyətinin  sistemli-

fasiləsiz təhlili; 

  Mürəkkəb bazar mexanizmi şəraitində müəssisə. idarə və təşkilatlarda 

maliyyə  stabilliyini  təmin  etmək  məqsədilə  mövcud  tələblərə  uyğun 

olaraq dövriyyə vəsaitlərinin təşkili



18 

 

  Müəssisə, idarə və təşkilatların xərclərinin dəyişkən və sabit qruplara 



ayıraraq  optimallaşdırılması  və  “xərclər-pul  gəliri-mənfəət” 

həlqəsindəki  elementlərin  qarşılıqlı  təsiri  və  qarşılıqlı  əlaqəsinin 

müəyyənləşdirilməsi; 

  Müəssisə, 

idarə 

və 


təşkilatların 

fəaliyyətində 

mənfəətin 

bölüşdürülməsinin  alternativ  variantının  tapılması  və  daha  rentabelli 

və effektiv divident siyasətinin seçilərək işlənib hazırlanmasının təmin 

edilməsi; 

  Maliyyə  resursları  mənbələrinin  ən  əlverişli  xüsusiyyətlərinin 

seçilməsi  və  bank  sektoruna  təsir  gücünü  artırmaq  məqsədi  üçün 

kommersiya kreditinin və veksel dövriyyəsinin daha geniş tətbiqi; 

  İstehsalı  genişləndirmək  və  çoxşaxəli  etmək  məqsədilə  lizinq 

münasibətlərindən istifadənin genişləndirilməsinin təmin edilməsi; 

  Balansın qeyri-qənaətbəxş struktura malik olmasına şərait 

yaratmamaq üçün əmlakın tərkibinin və həmçinin onun mənbələrinin 

formalaşmasının təkmilləşdirilməsi; 

  Müəssisə, idarə və təşkilatın strateji maliyyə siyasətinin hazırlanması 

və  onun  prioritet    istiqamətlərinin  müəyyən  olunaraq  həyata 

keçirilməsinin təmin edilməsi. 

Müəssisə,  idarə  və  təşkilatlarda  maliyyə  resurslarının  idarə  edilməsi,  eləcə 

də  xərclərin  maliyyə  menecmentinin  düzgün  təhlili  və  idarə  edilməsi  müəssisə, 

idarə  və  təşkilatın  uzunömürlü  fəaliyyətini  nəticələndirən  əsas  elementlərdən 

biridir.  Bu  baxımdan  aşağıdakı  sxemdə  müəssisənin  maliyyə  resurslarının  idarə 

edilməsinin  strateji  məqsədləri  və  vəzifələri  əhatəli  şəkildə  verilmişdir.[13,  səh. 

248] 

 

 



 

 

 




19 

 


Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin