Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti


Sxem 2.   Maliyyə menecmentinin prinsipial sxemi



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə11/26
tarix02.01.2022
ölçüsü1,15 Mb.
#45383
1   ...   7   8   9   10   11   12   13   14   ...   26
R-himov-B-hruz-Kamil-o-lu

Sxem 2.  

Maliyyə menecmentinin prinsipial sxemi 

 

Mənbə: M.C.Atakişiyev, R.N.Nurəliyeva. “Maliyyə menecmenti”. Bakı-2010 dərslik vəsaitinin 



məlumatları əsasında müəllif tərəfindən tərtib edilmişdir. 

 

Maliyyə  menecmenti  yuxarıda  qeyd  etdiyimiz  məqsədlərə nail  olmaq  üçün 

özünün metodlarından istifadə edir. Maliyyə menecmentinin məqsədlərinin realizə 

olunmasına  yönəldilmiş  maliyyənin  idarə  olunma  metodları  tarixi  xarakter 

daşımaqla makro və mikro səviyyələrdə dəyişilərək inkişaf edir. Mürəkkəb bazar 

konyukturası şəraitində müxtəlif təsərrüfat formaları üzrə maliyyə menecmentinin 

əsas metodlarına aşağıdakıları aid etmək olar:[21, səh. 601] 

  Proqnozlaşdırma və planlaşdırma; 

  Maliyyələşdirmə və kreditləşdirmə 

  Özünümaliyyələşdirmə; 

  Maddi həvəsləndirmə; 

  Sanksiyaların tətbiq edilməsi. 

Müəssisənin maliyyə 

resurslarının idarə edilməsi 

üzrə strateji məqsəd və 

vəzifələrin müəyyən edilməsi

Müəssisənin inkişaf 

proqramı üzrə 

tədbirlərin və maliyyə 

planının tərtib edilməsi

Tədbirlərin və planın 

həyata keçirilməsi üzrə 

qərarın icrası 

Qərarın yerinə 

yetirilməsinə nəzarət

Müəssisənin 

maliyyələşdirilməsi 

prosesinin idarə 

edilməsinin 

tənzimlənməsi

Həyata keçirilən 

tədbirlərin nəticələrinin 

qiymətləndirilməsi

Maliyyə resurslarının 

hərəkətinin idarə 

edilməsi üzrə müvafiq 

maliyyə metodları və 

qaydalarının seçilməsi




20 

 

Müəssisə,  idarə  və  təşkilatlarda  maliyyə  menecmenti  müəyyən  maliyyə 



resursları toplusunun koməyi ilə həyata keçirilir. Burada əsas məsələ ilkin və təkrar 

vasitələrdir. İlkin maliyyə vasitələri dedikdə, pul vəsaitləri, bununla yanaşı debitor 

və  kreditor  borcları,  həmçinin  qısamüddətli  maliyyə  qoyuluşları  nəzərdə  tutulur. 

Qısamüddətli maliyyə qoyuluşlarına misal olaraq səhmləri, istiqrazları və qiymətli 

kağızları  göstərmək  olar.  Təkrar  maliyyə  vasitələri  dedikdə  isə,    opsionlar,  

fyuçerslər və  forvard kontraktları  nəzərdə tutulur. 

Maliyyə menecmenti, xüsusilə də müəssisə, idarə və təşkilatların xərclərinin 

maliyyə  menecmenti  həmin  müəssisə,  idarə  və  təşkilatların  uzunmüddətli 

fəaliyyətində  müstəsna  rol  oynayır.  Biznez  fəaliyyəti  və  ya  sahibkarlıq  fəaliyyəti 

ilə  əlaqədar  olaraq  müəssisələrdə  xərclərin  maliyyə  menecmenti  maliyyə 

anlayışından  tamamilə  ayrılaraq  ayrı  konteksdə  təhlil  olunur.  Mürəkkəb  bazar 

münasibətləri şəraitində hər bir müəssisənin qarşısında duran əsas məqsəd istehsal 

xərclərini  azaldaraq  daha  çox  mənfəət  əldə  etməkdir.  Əldə  olunmuş  mənfəətin 

yüksək həcmi sahəsində müəssisə, idarə və təşkilatlar mövcud kapitallarını artıra, 

iqtisadiyyatın digər sahələrinə investisiya siyasətini tətbiq edərək daha da mənfəət 

əldə  edə  bilərlər.  bu  baxımdan  müəssisənin  idarə  olunmasında  maliyyə 

menecmenti,  eləcə  də  xərclərin  maliyyə  aspektindən  qiymətləndirilməsi  çox 

mühim  əhəmiyyət  kəsb  edən  məsələdir.  Maliyyə  menecmenti  özündə  müəssisə, 

idarə  və  təşkilatların  maliyyə  siyasətinin  hazırlanmasını,  maliyyə  məsələləri  üzrə 

tədbirlərin  əsas  istiqamətlərini,  müəssisə,  idarə  və  təşkilatların  rəhbərlərinin  və 

onların  funksional  bölmələrinin  informasiya  təminatını,  maliyyə  hesabatlarının 

tərtib  edilməsini  ehtiva  edir.  Ona  görə  də  maliyyə  menecmentinin  bütün 

problemləri  ümumi  menecmentin  mexanizminin  iqtisadi  nöqteyi-nəzərdən  bütün 

elementlərini  özündə  birləşdirir.  Qeyd  olunan  maliyyənin  idarə  edilməsi 

problemlərinə aşağıda qeyd olunanları aid etmək olar:[28, səh. 293] 

  Ümumi  Daxili  Məhsulun  təkrar  istehsalının  iqtisadi  aspektdən 

araşdırılması,  eyni  zamanda  da  gəlirlər,  mənfəət  və  xərclərin 

hərəkətliliyinin müəyyən edilməsi; 




21 

 

  İqtisadi 



formasına 

görə 


bir-birindən 

fərqlənən 

maliyyə 

əməliyyatlarının  yerinə  yetirilməsi,  maliyyə  vəsaitlərinin  hərəkətinin 

öyrənilməsi; 

  Qiymətli kağızlar və valyuta bazarlarının bir-biri ilə qarşılıqlı əlaqədə 

öyrənilməsi; 

  Pul tədavülü və maliyyə əməliyyatlarının vahid vəhdət halında tənzim 

edilməsi; 

  Dövlət  büdcəsi  gəlirləri  və  xərclərinin  sisial  və  iqtisadi  proseslərlə 

uyğunlaşdırılması; 

  Gəlirlərin ilkin və təkrar bölgüsü üzərində maliyyə nəzarəti sisteminin 

gücləndirilməsi; 

  Gəlirlərin  və  xərclərin  müəssisə,  idarə  və  təşkilatların  büdcələrində 

tutduğu yerin analizinin düzgün aparılması; 

  Büdcə siyasətinin iqtisadi kateqoriyalara uyğunlaşdırılması; 

  Nağd pul, nağdsız hesablaşmalar və qiymətli kağızlar (səhm, opsion, 

veksel) arasında mövcud iqtisadi şəraiti nəzərə alan nisbətlərin tənzim 

edilməsi; 

  İstehsal olunmuş məhsulun qiymətqoyma prosesində bazar mexanizmi 

ilə dövlət siyasətinin uzlaşmasını nəzərə almaq. 

Dünya  ölkələrinin  maliyyənin  idarəedilməsi  sahəsindəki  praktikası  göstərir 

ki,  inflyasiya  yüksək  olduğu  hallarda  və  iqtisadi  böhranın  hökm  sürdüyü  dövrdə 

müəssisələrdə  maliyyə  menecmentinin  vahid  strategiyasını  hazırlamaq  mümkün 

olmur.[27,  səh.  300]  Belə  olan  halda  müəssisə,  idarə  və  təşkilatların  qarşıya 

qoyduğu  əsas  məqsəd  mövcud  kapitaldan  səmərəli  istifadə  edilməsi  və  gəlirlərin 

düzgün  bölüşdürülməsi  sahəsində  inkişaf  konsepsiyasını  işləyib  hazırlamaq  və 

həyata  keçirtməkdir.  Qarşıya  qoyulmuş  məqsədə  çatmaq  üçün  müəssisə  maliyyə 

fəaliyyətinin qiymətləndirilməsi üzrə aşağıdakı məsələləri həll etməyə çalışır:[28, 

səh.299] 




22 

 

  Müəssisə,  idarə  və  təşkilatın  sərəncamında  olan  əmlakının  ümumi 



dəyəri,  quruluşu  və  formalaşma  mənbəyinin  qiymətləndirilməsini 

təmin etmək; 

  Maliyyə  vəsaitlərindən  səmərəli  istifadənin  başlıca  istiqamətlərinin 

müəyyənləşdirilməsi; 

  Maliyyə  inventarlarını  müəyyən  edən  əsas  xarakterik  göstəricilərin 

müəyyən edilməsi; 

  Müəssisə,  idarə  və  təşkilatların  ödəmə  qabiliyyətinin  müxtəlif 

meyarlar əsasında qiymətləndirilməsini təmin etmək. 

Bəzi xarakterik xüsusiyyətlərə əsasən maliyyə mencementinin təhlili göstərir 

ki, maliyyənin idarə edilməsi menecmentin ümumi idarəetmə nəzəriyyəsinin əsas 

tərkib  hissəsidir.  Maliyyə  idarəetməsini  təsvir  və  xarakterizə  edərkən,  bu 

funksiyalar adekvat, xüsusilə proqnozlaşdırma və planlaşdırma, təhlil. Nəzarət və 

digər metodlarda öz bariz nümunəsini tapır. 

Aydındır ki, idarəetmə elm ilə incəsənətin vahid vəhdətini təşkil edir. Məhz 

bu səbəbdən də, idarəetmə qərarları, o cümlədən də maliyyə xarakterli idarəetmə 

qərarlarının  qəbul  və  icra  olunmasında  obyektiv  amillərlə  yanaşı,  subyektiv 

amillərin də müstəsnasız rolu vardır. Qeyd etdiklərimizə əsaslanaraq deyə bilərik 

ki,  maliyyə  idarəetməsinin  özünün  aydın  və  səlis  istiqaməti  vardır  və  maliyyə 

menecmenti  nəzəriyyə  ilə  praktika  arasında  körpü  rolunu  oynayır.  Maliyyə 

idarəetməsinin  bu  xarakterik  xüsusiyyəti  həm  maliyyə  menecerinin  fəaliyyətinin 

informasiya təminatını, həm də qeyd olunan bu iki istiqamətin nümayəndələrinin 

fəaliyyət  obyektinin  uyğun  gəlməsi  nöqtey-  nəzərindən  maliyyə  menecmenti 

mühasibat uçotu ilə sıx bağlıdır. 

 


Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin