Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti


  Müəssisələrin debitor xərclərinin təsnifatı



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə13/26
tarix02.01.2022
ölçüsü1,15 Mb.
#45383
1   ...   9   10   11   12   13   14   15   16   ...   26
R-himov-B-hruz-Kamil-o-lu

1.3.  Müəssisələrin debitor xərclərinin təsnifatı. 

Məlum  olduğu  qədərilə  gəlirlər  müəssisə  aktivlərinin  əldə  edilməsi  zamanı 

müəssisələrin  iqtisadi  fayda  əldə  etməsi  olaraq  bilinir.  Sahibkarın  müəssisə 




28 

 

fəaliyyətində  birinci  məqsədi  gəlir  (mənfəət)  əldə  etməkdən  ibarətdir.  Gəlir 



mahiyyət  etibarilə  aktivlərin  artması  və  öhdəliklərin  azalmasına  bilavasitə  təsir 

göstərir.  Bu  zaman  kapitalın  artması  baş  verir  və  bu  halın  mülkiyyətçilərin 

paylarına  təsiri  hiss  olunmur.  Müəssisələrin  əsas  gəlir  mənbəyi  məhsul  və 

xidmətlərin  satışından  gələn  gəlirlərdir.  Amma  bununla  birlikdə  valyuta 

mübadiləsi,  icarə,  və  s.  kimi  sferalar  da  gəlir  mənbəyi  hesab  olunur.  Gəlirlər  öz-

özlüyündə adi fəaliyyətdən əldə edilən gəlirlər və sair gəlirlərə bölünür.[2, səh.54] 

Gəlirlərə  aid  edilən  məsələlərdən  biri  də  keyfiyyət  məsələsidir.  Gəlirlərin 

keyfiyyəti,  onların  həqiqi,  normal  və  real  iqtisadi  fəaliyyətinin  nəticələri  ilə 

müəyyən  olunur.  Əgər  gəlir  iqtisadi  artım,  optimal  xərc,  effektiv  təsərrüfatçılıq 

nəticəsində  yaranıbsa,  o  zaman  həmin  gəlirlər  keyfiyyətli  gəlirlər  hesab  edillir. 

Amma  əgər  gəlirlər  qiymətlərin  əsassızca  səbəblərə  görə  artırılması,  müqavilədə 

xətalara yol verilməsi və s. Mənfi hallar nəticəsində əldə olunursa, onlar əsassız və 

keyfiyyəti olmayan gəlirlər adlandırılmaqdadır. 

Gəlirlərdən  danışanda  diqqət  yetirilməli  anlayışlardan  biri  də  gəlirin 

kapitallaşmasıdır.  Gəlirin  kapitallaşması  gəlirlərin  hamısının  və  ya  bir  hissəsinin 

kapitala  çevrilməsidir.  Gəlirin  kapitallaşması  əsasən  aşağıda  göstərilən 

istiqamətlər, əməliyyatlar üzrə aparılmaqdadır:[3, səh. 96] 

  İstehsalın  inkişafıyla  əlaqədar  olaraq  xalis  mənfəət  kateqoriyasının 

kapitallaşması; 

  İnvestisiyalardan əldə olunan xalis pul axınların kapitallaşması; 

  Dividendlərin kapitallaşması və digər buna bənzər amillər. 

Xərclər  isə  gəlirin  tam  əksi  olaraq  firmadan  aktivlərin  axını  ilə  iqtisadi 

mənfəətin  azalmasıdır.  Mahiyyət  etibarilə  xərclər  material,  əmək  və  pul  xərcləri 

kateqoriyalarına  ayrılır.  Material  xərci  müəssisə  və  yaxud  müəssisənin  maliyyə 

təsərrüfat  fəaliyyətlərinin  lazımi  ehtiyatlarla  təmin  olunması  anında  yaranır.  Öz-

özlüyündə bu xərclər xammal dəyərini,  əsas və köməkçi materiallarını, yanacağı, 

enerjini və s.-ni birləşdirir. 



29 

 

Gəlir  aktivlərin  artması  və  öhdəliklərin  azalması  ilə  əlaqədar  iqtisadi 



effektivliyin artımının olduğu və bu artımın etibarlı dərəcədə qiymətləndirilməsinə 

imkanın mövcudluğu olduqda tanınır. 

Xərc  isə  aktivlərin  azalması  və  öhdəliklərin  artmasıyla  əlaqədar  iqtisadi 

effektivliyin  azalmasının baş  verdiyi,  bunun  etibarlı  şəkildə  qiymətləndirilməsinə 

imkanın  mövcud  olduğu  zamanlarda  tanınır.  Əksər  zamanlarda,  xərclər  və 

gəlirlərin  ayrı-ayrılıqda  maddələri  bilavasitə  əlaqəli  olur.  Ona  görə  də, 

əlaqələndirmə  konsepsiyasına  əsaslanmaqla  xərc  və  gəlirlər  eyni  zamanda 

tanınmalıdırlar. Xərcin gəlirlə birbaşa əlaqələndirilməsi mümkün olmayanda, onlar 

müvafiq  hesabat  dövrü  arasında  düzgün  və  ardıcıl  şəkildə  bölüşdürülür. 

Bölüşdürmə  üsulu  gələsi  iqtisadi  effektivliyin  baş  verməsi  gözlənilən  zamanlar 

üzrə xərcin tanınmasını təmin etməsidir. 

Gəlirlərin  qiymətləndirilməsi  gələcək  məsələlərdən  asılı  olan  fərqli  qeyri  - 

müəyyənliklərin  təsirinə  məruz  qalmaqdadır.  Problemlər  baş  verdikcə  və  qeyri  - 

müəyyənlik  aradan  qaldırıldıqda  çox  zaman  gəlirlərin  qiymətləndirilməsinə 

təzədən  baxmaq  lazım  gəlir.  Ona  görə  də  podrat  müqavilələri  üzrə  gəlirlərin 

məbləği müəyyən hesabat dövründən başqasına keçdikcə arta yaxud azala bilir. 

Müəssisənin  hesabat  dövründəki  işgüzar  fəaliyyəti  ilə  əlaqədar  mənfəət  və 

zərərlər  də  daxil  olmaqla  maliyyə  göstəriciləri  müəssisənin  özünəməxsus 

kapitalının artma və ya azalma səviyyəsi ilə müəyyən olunur.  Müəssisə, idarə və 

təşkiatların  hesabat  dövründəki  işgüzar  fəaliyyəti  ilə  əlaqədar  olaraq  kapitalın 

artması mənfəətə. Azalması isə zərərə daxil edilir. 

 

Xərclər  müxtəlif  əlamətlərə  görə  təsnifləşdirilir.  Həmin  əlamətlərə 



aşağıdakılar aiddir:[20, səh 611] 

  İqtisadi məzmununa görə 

  Yekcinslik dərəcəsinə görə 

  İstehsalın həcminə münasibətinə görə 

  Təyinatına görə 

  Məqsədəuyğun kriteriyasına görə 

  Maya dəyərinə daxil olması üsuluna görə 



30 

 

  Yaranma tarixinə görə 



İqtisadi  məzmununa  görə  xərclər  iki  əsas  qrupa  bölünür.  Həmin  qruplara 

aşağıdakılar aiddir: [20, səh 612] 

  İqtisadi elementlərinə  görə; 

  Kalkulyasiya maddələrinə görə; 

İqtisadi elementlər üzrə xərclərə aşağıdakılar daxildir: [19. Səh.614] 

 Geri qaytarılmış materialların dəyərini çıxmaqla  material xərcləri; 

 Əməyin ödənişi üzrə olan xərclər; 

 Sosial sığortaya olan köçürmələr

 Əsas vəsaitlərin və qeyri-maddi aktivlərin amortizasiyası; 

 Digər xərclər. 

Məsrəflərin  kalkulyasiya  maddələri  haqqında  qruplaşdırılması  üsulu 

məhsulun (iş və xidmətlərin) maya dəyərinin daha dəqiq hesablanması üçün tətbiq 

olunur. Xərc maddəsi, yaxud kalkulyasiya maddəsi - ayrıca hər hansı bir məhsulun, 

yaxud da bütün məhsul buraxılışının maya dəyəri təşkil edən müəyyən növ xərclər 

hesab olunur. Kalkulyasiya maddələri üzrə xərclər ayrılır [20, səh. 614]: 

  xammal və  həmçinin materiallar; 

  satılan biləcək tullantılar (bu zaman çıxılır); 

  alınmış məhsullar və yarımfabrikatlar həmçinin  kənar müəssisələrin 

istehsal xarakteri daşıyan xidmətləri; 

  texnoloji məqsədlərin həyata keçirilməsi məqsədilə yanacaq və enerji; 

  istehsalatda çalışan işçilərin əmək haqları; 

  sosial köçürmələr; 

  istehsalın hazırlanmasına və öyrənilməsinə çəkilə bilən xərclər; 

  ümumistehsalat xərcləri; 

  ümumtəsərrüfat xərcləri; 

  zay məhsuldan olan itkilər; 

  digər istehsalat məsrəfləri; 

Yekcinslik dərəcəsinə görə xərclərin əsas növləri aşağıdakılardan 

ibarətdir:[20, səh 615] 



31 

 

  birelementli xərclər 



  kompleks xərclər 

Birelementli  xərclər  dedikdə,  bircinsli  iqtisadi  elementlərdən  ibarət  olan 

xərclər  başa  düşülür.  Kompleks  xərclər  dedikdə  isə  müxtəlif  iqtisadi  elementlər 

qrupunu birləşdirən xərclər başa düşülür. 

İstehsalın həcminə münasibətinə görə isə xərclər iki əsas qrupa bölünür:[20, 

səh.616] 

  Dəyişkən  

  Sabit 

Dəyişkən  xərclər  istehsalın  həcmindən  asılı  olan  xərclərdir.  Belə  ki. 

istehsalın  həcminin  artması  belə  xərclərin  də  səviyyəsinin  artması  ilə  müşahidə 

olunur. Sabit xərclər isə istehsal həcminin artıb-azalmasından asılı olmayaraq sabit 

qalan, dəyişilməyən xərclərdir. 

Təyinatına görə xərclər iki qrupa bölünür:[20, səh.617] 

  Texnoloji xərc 

  İnzibati-təsərrüfat xərclər 

Texnoloji xərclər istehsal prosesi ilə əlaqədar olan xərclərdir. Belə ki, elmi-

texniki  tərəqqinin  ən  son  nailiyyətlərinin  istehsala  tətbiq  olunması  nəticəsində 

yaranan xərclər hesab olunur. İnzibati-təsərrüfat xərcləri isə sənaye müəssisələrinin 

təsərrüfat-idarə mexanizminin formalaşmasına çəkilmiş xərclərdir. 

Məqsədəuyğunluq  kriteriyasına  görə  isə  xərclər  iki  qrupa  bölünür:[20,  səh 

618] 

  İstehsal xərci 



  Qeyri-istehsal xərci 

İstehsal  xərci  yararlı  məhsulun  buraxılışıyla  əlaqədar  yaranan  xərclərdir. 

Qeyri-istehsal  xərcləri  isə  istehsalın  dayanması  nəticəsində  yaranan  itkilərlə,  zay 

məhsul istehsalı ilə əlaqədar və yaxud da məhsul çatışmazlığı nəticəsində yaranan 

xərcləri əhatə edir. 

Maya  dəyərinə daxil  olma  üsuluna görə isə xərclər  iki  əsas qrupa  bölünür. 

Həmin qruplara aşağıdakıları aid etmək olar:[20, səh.620] 



32 

 

  Birbaşa xərc 



  Dolayı xərc 

Birbaşa xərclər ilkin sənəd əsasında məhsulların müəyyən növünə aid edilə 

bilinəcək  xərclər  maya  dəyərinə  daxil  edilir.  Bütün  növ  birbaşa  xərclər  bir  anda 

dəyişkən xərcdir. Dolayı xərc – bir-neçə məhsulun istehsalına çəkilmiş xərclərdir. 

Belə xərclər xüsusi hesablarda toplanılır və müəyyən baza təməlində (əmək haqqı, 

istehsal həcmi və s.) bölüşdürülərək məhsulun maya dəyərinə aid edilir. 

Yaranma tarixinə görə isə xərclər iki əsas qrupa bölünür:[20, səh.621] 

  Cari xərc 

  Gələcək dövrün xərci 

Cari  xərclər  məhsulların  istehsalı  prosesi  ilə  əlaqədar  olan  və  cari  dövr 

ərzində gəlir gətirə bilən xərclər hesab olunur. Gələcək dövrün xərcləri dedikdə isə. 

Cari dövrdə çəkilən, lakin gələcəkdə iqtisadi fayda verən xərclər başa düşülür. 

Müəssisələrin  maliyyə-təsərrüfat  fəaliyyəti  ilə  əlaqədar  olaraq  mənfəət  və 

gəlir aşağıdakı mənbələrdən formalaşır: [13, səh 215] 

  Müəssisənin  bilavasitə  yerinə  yetirdiyi  cari  fəaliyyətdən,  istehsal 

olunmuş  məhsulun  realizə  edilməsindən  və  görülmüş  işlərdən  və 

göstərilmiş  xidmətlərdən  əldə  olunan  maliyyə  nəticələri.  Bu  maliyyə 

nəticələri müəssisənin fəaliyyət keyfiyyətindən asılı olaraq mənfəət və 

zərərlə  nəticələnə  bilər.  Belə  ki,  məhsul  istehsalına  çəkilən  xərclər 

birbaşa  mənfəəti  azaldırsa,  həmin  istehsal  xərclərinin  azaltmaq  daha 

çox  mənfəət  əldə  etmək  olar.  Lakin,  burada  diqqət  yetirilməli  olan 

nüans  məhz  Elmi-Texniki  Tərəqqinin  ən  son  nailiyyətlərini  istehsala 

cəlb etməklə istehsal xərcini azaltmaq mümkündür. İstehsal olunacaq 

məhsulun  keyfiyyətinin  aşağı  salınaraq  istehsal  xərcinə  qənaət 

olunarsa,  bu  son  nəticədə  müəssiyə  zərər  gətirər;  istehsal  olunmuş 

keyfiyyətsiz  və  ya  aşağı  keyfiyyətli  məhsulların  realizə  olunması 

çətinləşər və müəssisə, idarə və təşkilat bu istehsaldan mənfəət götürə 

bilməz və zərərə işləmiş olar. 




33 

 

  əsas vəsaitlərin və aktivlərin satışından əldə olunan maliyyə nəticəsi. 



Qeyd  olunan  maliyyə  nəticəsinin  özəyində  mənfəət  dayanır.  Belə  ki, 

əsas  vəsaitlərin  və  aktivlərin  satışı  nəticəsində  müəssisə,  idarə  və 

təşkilatlar mənfəət əldə etmiş olurlar. 

  Satışla  əlaqədar olmayaraq  maliyyə-təsərrüfat  əməliyyatlarından  əldə 

olunan maliyyə nəticələri. Burada maliyyə nəticəsi kimi həm mənfəət, 

həm də zərər çıxış edə bilir. 

  Mənfəətdən büdcəyə ödəmələr üzrə maliyyə nəticələri. Bu nəticələrin 

özəyində isə yalnız və yalnız xərclər dayanır. 

Yuxarıda qeyd olunan maliyyə nəticələri əsasında, yəni mənfəət və zərərin 

yekunu  olaraq  müəssisə,  idarə  və  təşkilatlarda  kapital  artımı  və  ya  azalması 

müşahidə oluna bilər.  

Sənaye müəssisələri hesabat ilinin tam yekunu əsasında maliyyə nəticələrini 

formalaşdırır.  Hesabat  ili  üzrə  balans  mənfəəti  büdcə  ilə  hesablaşmaların  nəticə 

nəzərə  alınaraq  müəyyənləşir.  Balans  mənfəəti  dedikdə,  müəssisə,  idarə  və 

təşkilatların  bütün  istehsal  və  qeyri-istehsal  maliyyə-təsərrüfat  fəaliyyəti 

nəticəsində  əldə  olunmuş  mənfəətin  yekunu  başa  düşülür.  İşçilərin  əmək  haqqını, 

qanunvericiliklə  müəyyən  edilmiş  vergi  dərəcələrini  və  digər  icbari  tədiyyələr 

ödəndikdən  sonra  müəssisə,  idarə  və  təşkilatların  sərəncamında  qalan  mənfəət 

müəssisənin xalis mənfəəti hesab olunur. 

Hesabat ili ərzində istehsal və ya qeyri-istehsal maliyyə-təsərrüfat fəaliyyəti, 

işlərin  görülməsi  və  xidmətlərin  göstərilməsi  nəticəsində  əldə  olunmuş  xalıs 

mənfəətin  müəssisənin  davamlı  və  uzunmüddətli  fəaliyyətində  çox  əhəmiyyətli 

yeri vardır. Belə ki, müəssisənin sərəncamında qalan həmin xalis mənfəət müəyyən 

təyinatlar  üzrə  bölüşdürülür.  Bu  bölüşdürülmə  uğurla  həyata  keçirildikdən  sonra 

müəssisənin  sərəbcamında  mənfəət  qalığı  müşahidə  olunarsa,  həmin  mənfəət 

qalığının gələcəkdə bölüşdürülməsi üzrə prioritet sahələrə yönəldilir. 

Sənaye  müəssisələrini  istehsal  və  ya  qeyri-istehsal  maliyyə-təsərrüfat 

fəaliyyəti  nəticəsində  mənfəət  qazana  və  ya  zərərlə  işləyə  bilərlər.  Xərclərin 

maliyyə  nəticələrinin  təhlilində  ən  önəmli  yeri  cari  il  ərzində  mənfəət  və  zərərin 



34 

 

balansı  təşkil  edir.  Çünki,  bu  balansın  səviyyəsini  proqnozlaşdırmadan  fəaliyyət 



göstərmək  qeyri-mümkündür.  Əgər  cari  hesabat  ili  ərzində  maliyyə  nəticələrinə 

əsasən,  müəssisənin  mənfəəti  varsa,  yəni  gəlirlər  xərcləri  üstələyirsə,  bu  halda 

müəssisənin  uzunmüddətli  fəaliyyətindən,  əldə  olunmuş  mənfəətin  digər  sahələr 

üzrə  bölüşdürülməsindən,  investisiya  siyasətindən  söhbət  gedə  bilər.  Müəssisə. 

idarə  və  təşkilatlar  bir  məhsul  istehsalından  əldə  etmiş  mənfəəti  iqtisadiyyatın 

digər sahələrinə investisiya edərək daha çox mənfəət əldə edə bilirlər. Lakin heç də 

həmişə proqnozlar özünü doğrultmur, gözlənilən nəticəyə nail olmaq mümkünsüz 

olur. Bunun da başlıca səbəbi kimi xərclərin gəlirləri üstələməsi göstərilir. Belə ki, 

istehsal  xərcləri  məhsulun  realizə  olunması  nəticəsində  əldə  olunmuş  gəliri 

üstələyir.  Bu  halda  müəssisə  zərər  işləmiş  olur  və  istehsalın  profilini  dəyişməyə 

məcbur  olur.  Bu  isə  öz  növbəsində  əlavə  maliyyə  imkanları  tələb  edir.  Müəssisə, 

idarə  və  təşkilatların  ehtiyat  maliyyə  vəsaitləri  mövcud  olarsa,  bu  halda  həmin 

maliyyə  vəsaitlərini  dövriyyəyə  cəlb  etməklə  mənfəət  əldə  etmək  olar  və  gələcək 

perspektiv dövrə  hazır olmaq olar. Əks halda xərcin gəliri üstələməsi xroniki hal 

alaraq  daimi  təkrarlanarsa,  müəssisə  defolt  ola,  yəni  iflasa  uğraya  bilər  və 

müflisləşər.  Müəssisə  iflasa  uğradığı  halda  isə  bu  barədə  məhkəmə  qətnaməsi 

çıxarılır.  Belə  ki,  borclu  barəsində  sağlamlaşdırma  tətbiq  edilmədiyi  və  barışıq 

sazişi bağlanmadığı və ya əqdlərin etibarsız sayıldığı hallarda məhkəmə borclunun 

iflası haqqında qətnamə çıxarır.[12] 

Müəssisə, idarə və təşkilatları müflisləşmə riskindən qorumaq üçün maliyyə 

nəticələrinin  təhlili  çox  böyük  əhəmiyyət  kəsb  edir.  Bunun  üçün  maliyyə 

menecmentinin həyata keçirilməsi zəruriliyi ortaya çıxır. Bir çox hallarda firmalar 

maliyyə  nəticələrinin  təhlili  üzrə  xüsusi  orqanlar  yaratmaqla  uğurlu  fəaliyyətə 

ümid  edirlər.  Maliyyə  menecmenti  və  ya  korporativ  menecment  firmanın 

fəaliyyətində  ehtiyat  fondlarının  yaradılması  xüusiyyətini  özündə  ehtiva  edərək 

risk və gəlirliliyin tarazlığını qorumaq şərtilə firmanın varlıq dəyərini və səhmlərin 

qiymətinin maksimuma çatdırılması məqsədini güdür.  

Ümumi  götürsək,  müəssisə.  idarə  və  təşkilatların  mənfəət  və  zərərlərinin 

əsasında aşağıdakılar dayanır:[14, səh 498] 



35 

 

  Hazır  məhsulların  satışından,  işlərin  görülməsindən  və  xidmətlərin 



göstərilməsindən əldə olunan mənfəət və zərər 

  Təchizat-satış və ticarət müəssisələrində məhsul və ya tara satışından 

əldə olunan ümumi gəlir; 

  əsas vəsaitlərin realizə olunmasından və sair xaricolmadan formalaşan 

mənfəət və zərər; 

  materialların  və  müəssisə,  idarə  və  təşkilatların  digər  aktivlərindən 

əldə  olunan  mənfəət  və  zərərlər.  Burada  müəssisə,  idarə  və 

təşkilatların digər aktivləri dedikdə,  qeyri-maddi aktivlər, istiqrazlar, 

qiymətli kağızlar və s. nəzərdə tutulur. 

Yuxarıda  qeyd  olunanlarla  yanaşı,  satışdan  kənar  fəaliyyət  nəticəsində 

müəsisənin  əlavə gəlir və xərcləri  yarana bilər.  Satışdan kənar  gəlirlərə  müəssisə 

əmlakının  icarəyə  verilməsindən  əldə  olunan  gəlirlər,  digər  müəssisələr  ilə 

bağlanmış  maliyyə-təsərrüfat  fəaliyyəti  ilə  əlaqədar  müqavilə  şərtlərinin  icra 

olunması səbəbindən əldə olunan gəlirlər, hesabat ilində müəyyən olunmuş keçmiş 

illərə dair gəlirlər, valyuta vəsaitinin satışından əmələ gələn gəlirlər, vaxtı keçmiş 

kreditor  borclarının  silinməsi  nəticəsində  əldə  olunan  gəlirlər  və  əvvəllər 

qaytarılması  ümidsiz  sayılan  debitor  borclarının  cari  hesabat  ilində  ödənilməsi 

nəticəsində  əldə  olunmuş  gəlirlər  aiddir.  Satışdan  kənar  fəaliyyət  nəticəsində 

yaranmış  zərərlərə  isə  ödənilən  cərimələr,  rüsumlar  və  valyuta  vəsaitlərinin 

satışından əmələ gəlmiş xərclər daxil edilir. 

Xərclərin  maliyyə  nəticələrinin  təhlili  zamanı  əsas  məsələlərdən  biri  də 

portfelin  seçilməsi  məsələsidir.  Portfelin  seçilməsi  dedikdə  isə,  nə  üçün  nə  qədər 

və  nə  zaman  investisiya  qoyulacağı  ilə  bağlı  qərarın  qəbul  edilməsi  prosesi  başa 

düşülür. Bu məqsədlə müəssisə aşağıdakıları etməlidir:[21, səh.349] 

  Uyğun məqsədlərin və həmçinin məhdudiyyətlərin aşkar edilməsi: 

institusional və bununla yanaşı şəxsi məqsədlər üçün, müddət üfüqü, 

riskdən qaçma və verginin nəzərə alınmalıdır; 

  Uyğun strategiyanın aşkar edilməsi: aktiv və həmçinin passiv - 

qorunma strategiyasıdır; 



36 

 

  Portfelin performansının ölçülməsidir. 



Ümumi  götürsək,  xərclərin  maliyyə  nəticələrinin    təhlili  mühasibatlığın 

maliyyə  funksiyası  ilə  paralel  fəaliyyət  göstərir.  Xərclərin  maliyyə  nəticələrinin 

təhlili  ilə  mühasibatlığın  maliyyə  funksiyası  arasında  fərq  isə  odur  ki,  maliyyə 

mühasibatlığı  keçmişə  aid  maliyyə  hesabatlarının  verilməsi  ilə  məşğuldursa, 

xərclərin maliyyə nəticələrinin təhlili müəssisə, idarə və təşkilatın birbaşa gələcək 

dövrdə uğurlu fəaliyyətinə yönəldilmiş strategiyanın əsasıdır. 




Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin