Sxem 3.
İstehsal xərclərinin quruluşu
Mənbə: Colyn Drury, “Direct Costing”. Financial Statement. 2015 məlumatları əsasında
müəllif tərəfindən tərtib edilmişdir.
Müəssisə, idarə və təşkilatlarda maliyyə menecmentinin təşkili xərclərin
düzgün proqnozlaşdırılması, onların idarə olunması və müəssisə, idarə və
təşkilatın son nəticədə rentabelli fəaliyyət göstərməsi və uzunmüddətli dövrdə
rəqabətə tab gətirə bilməsi zərurətindən meydana gəlir. Maliyyə menecmenti
dedikdə, adından göründüyü kimi müəssisənin maliyyə resurslarının idarə edilməsi
sistemi başa düşülür. Qeyd olunan məsələ kənardan nə qədər sadə və bəsit
görsənsə də, əslində müəssisənin davamlı fəaliyyətinin özəyini təşkil etdiyindən
kifayət qədər dərin və kompleks yanaşmanı tələb edən anlayışdır. Müəssisənin
maliyyə resurslarının əsasında isə maliyyə siyasətini, metodlarını və maliyyə
vasitələrini, həmçinin də maliyyə stabilliyini və artımının təmin edilməsi sahəsində
qarşıya qoyulmuş məqsədə çatmaq üçün düzgün idarəetmə qərarlarını seçib
İstehsal
xərcləri
Qısamüddətli
dövr xərcləri
Sabit xərclər
Daşınmaz əmlak,
istehsal avadanlıqları
xərcləri
Dəyişən
xərclər
Yeni işçi, əlavə
xammalın cəlb
olunma xərcləri
Uzunmüddətli
dövr xərcləri
Bütün növ
istehsal
amillərinin
həcminin
dəyişilməsi ilə
əlaqədar
yaranmış xərclər
39
hazırlayan insanları əlaqələndiirən resurslar dayanır. Maliyyə menecmentinin
qarşısında duran əsas məqsəd də məhz həmin maliyyə resurslarının düzgün
idarəedilməsi və son nəticədə müəssisə, idarə və təşkilatların həm qısamüddətli
dövrdə, həm də uzunmüddətli dövrdə müvazinətinin saxlanmasını təmin edir.
Maliyyə menecmenti maliyyə sisteminin bütün həlqələrinə təsir etməklə
mürəkkəb bazar konyukturası şəraitində idarəetmə strukturunun ən zəruri tərkib
hissəsi kimi fəaliyyət göstərir. Maliyyə menecmenti elə maliyyə siyasətidir ki,
qısamüddətli və uzunmüddətli dövrlərdə müəssisənin resurslarından səmərəli
istifadə olunmasına və maliyyə xidmətlərinin fəaliyyət istiqamətlərinin
müəyyənləşdirilməsinə xidmət edir. Maliyyə menecmenti sahəsində siyasətin
işlənib ərsəyə gəlməsi gəlməsi üçün maliyyə mənbəyinin əsasında dövlət maliyyə
orqanlarının rəsmi hesabatları, institutsional bazar strukturlarının informasiyası,
statistik məlumatlar, sahələrarası və dövlətlərarası məlumatların müqayisə
edilməsi, şirkətlərin kənar istifadəsi üçün nəzərdə tutulmuş maliyyə-mühasibat
sənədləri dayanır. Burada institutsional bazar strukturları dedikdə, banklar, əmtəə,
fond və valyuta birjaları, eləcə də investisiya şirkətləri nəzərdə tutulur.[27, səh.
197]
Hər bir müəssisənin uzunömürlü və dayanıqlı fəaliyyətinin əsasında
xərclərin düzgün proqnozlaşdırılması və istehsal prosesi və yaxud da istehsaldan
kənar fəaliyyət nəticəsində yaranmış xərclərin düzgün idarə edilməsinin təmin
olunması dayanır. Müasir bazar iqtisadiyyatı şəraitində dünya təcrübəsindən
məlum olur ki, hər bir müasir istehsal texnologiyalarından istifadə edən müəssisə,
idarə və təşkilatlar öz fəaliyyətlərində xərclərin idarə edilməsini əldə rəhbər
tuturlar. Bu baxımdan Azərbaycan respublikası da istisnalıq təşkil etmir. Belə ki,
respublikada fəaliyyət göstərən müəssisələrin demək olar ki, əksəriyyəti xərclərin
düzgün təhlilini həyata keçirməyə, yaranmış xərclərin idarə olunmasını təmin
etməyə müəyyən dərəcədə səy göstərir.
Azərbaycan Respublikasında fəaliyyət göstərən müəssisələrin əksəriyyəti
xərclərin idarə edilməsi məsələsinə kompleks yanaşır. Belə ki, Azərbaycanda
40
fəaliyyət göstərən müəssisələrin xərclərin idarə olunmasını həyata keçirməkdə əsas
məqsədləri aşağıdakılardan ibarətdir:[3, səh. 214]
Müəssisənin fəaliyyətinin səmərəli iqtisadi nəticəsinin yüksəldilməsi
(maksimallaşdırılması);
Xərclərin azaldılması sayəsində mənfəətin artırılması;
Müəssisənin iqtisadi potensialının yüksəldilməsi;
Bazarda rəqabət qabiliyyətinin təmin edilməsi;
Mövcud maliyyə və iqtisadi resurslardan səmərəli istifadə edilməsi;
Müəssisənin qarşıya qoyduğu məqsədə çatmaq üçün yeni maliyyə
mənbələrini təhlil etməsi və istehsalı cəlb etməsi;
Müəssisənin aktivlərinin strukturunun optimallaşdırılması;
Qısamüddətli və uzunmüddətli dövrlərdə müəssisənin iqtisadi
sabitliyinin təmin edilməsi.
Müəssisənin məqsədini, missiyasını və siyasətini müəssisənin səhmdarları
və ya təsisçiləri müəyyən edir. Müəssisəni idarə edən şəxslərin idarə heyəti və ya
direktorlar şurası olmasına baxmayaraq, müəssisənin məqsədini, missiyasını,
siyasətini, eləcə də istehsalın prioritet sahələrinin seçilməsini məhz səhmdarlar və
ya təsisçilər təmin edir. Çünki həm müəssisənin idarə heyəti, həm də direktorlar
şurası vəzifəyə məhz səhmdarlar və ya təsisçilər tərəfindən seçildiklərindən
müəssisənin fəaliyyətində önəm daşıyan məqsədlərin həyata keçirilməsində məhz
təsisatçılar və ya səhmdarlar məsuliyyət daşıyırlar. Müəssisənin idarə olunmasında
idarə heyətinin məsuliyətlilik səviyyəsi xüsusi idarəetmə komandasının iştirakı ilə
düzgün idarəetmə qərarlarının qəbul edilməsi, maliyyə və iqtisadi resursların
səmərəli istifadə və idarə edilməsi və müəssisənin effektiv və rentabelli fəaliyyəti
ilə ölçülür. Direktor Şurasının səlahiyyətləri isə idarə heyəti ilə müqayisədə daha
yüksəkdir. Belə ki, səhmdarlar və ya təsisçilər Direktorlar Şurasına müəssisənin
məqsədi və siyasətinin müəyyənləşməsində iştirak kimi daha böyük səlahiyyətlər
vermiş olur.
41
Azərbaycanda
fəaliyyət
göstərən müəssisələrin fəaliyyətinin idarə
olunmasında iki yanaşma xüsusilə diqqət çəkir. Həmin yanaşmalar aşağıda
verilmişdir:[6, səh. 316]
Müəssisənin idarə edilməsi ilə hər bir seəhmdar və ya təsisçi məşğul
olarsa, bu halda müəssisə praktiki cəhətdən rentabelli fəaliyyət göstərə
bilməz;
Bu sahədə müvafiq təhsili və praktiki iş təcrübəsi olan peşəkar
menecerlər müəssisənin fəaliyyətinin daha yüksək səviyyədə
effektivliyini təmin edə bilər.
Kiçik müəssisə. İdarə və ya təşkilatlar isə səhmdarlar tərəfindən idarə olunur
və belə təsərrüfat subyektlərində sahibkarlar və ya təsisçilər ilə menecerlər
arasında hər hansı münaqişə yarana bilməz. Çünki hər iki vəzifəni icra edən şəxslər
eynidir. İri müəssisə, idarə və təşkilatlar isə səhmdar və ya təsisçinin maraqlarını
müdafiə edən menecerlər tərəfindən idarə olunur.
Yuxarıda qeyd olunanlara əsaslanaraq maraqlı bir sual ortaya çıxır:
“Müəssisənin idarə edilməsində və ya maliyyə resurslarının idarəedilməsi
sahəsində fəaliyyət göstərən maliyyə meneceri kimdir və nəyi idarə edir?”
Suala cavab vermək üçün iki yanaşmanı təhlil etmək lazımdır. Bunlar
prosedur-məqsədli
və
obyekt-prosedur
yanaşmalardır.
Prosedur-məqsədli
yanaşmaya əsasən maliyyə meneceri müəssisənin fəaliyyətinin əsas məqsədinə nail
olmaq üçün tədbirlər sistemində nəzərdə tutulan əsas prosedurları icra edən
şəxslərdir. Obyekt-prosedur yanaşmaya görə isə maliyyə meneceri müəssisənin
fəaliyyətinin statik və dinamik aspektlərini birləşdirərək fəaliyyət göstərən şəxsir.
Xərclərin
maliyyə
menecmentini
və
məqsədli
pul axınlarının
optimallaşdırılması prosesinə iki aspektdən yanaşma daha məqsədəmüvafiq
olar:[15, səh. 671]
Makrosəviyyədə yanaşma;
Mikrosəviyyədə yanaşma.
Xərclərinin maliyyə menecmentinə makrosəviyyədə yanaşma daha geniş
əhatəli olub, dövlətin və yerli icra hakimiyyəti orqanlarının, eləcə də bələdiyyə
42
orqanlarının maliyyə axınlarının idarə edilməsi prosesidir. Burada maliyyə
menecmentinin əsas məqsədi məhz, dövlət və bələdiyyə büdcələri və kreditlərini
idarə etmək, dövlətin monetar və fiskal siyasətini həyata keçirtməkdir. Xərclərin
maliyyə menecmentinə mikrosəviyyədə yanaşma isə təsərrüfat subyektlərinin
maliyyə resurslarının idarə edilməsidir.
Xərclərin maliyyə nəticələrinin təhlili zamanı əsas məsələlərdən biri də
portfelin seçilməsi məsələsidir. Portfelin seçilməsi dedikdə isə, nəyə nə qədər və nə
vaxt investisiya qoyulacağı ilə bağlı qərarın qəbul edilməsi prosesi başa düşülür.
Bu məqsədlə müəssisə aşağıdakıları etməlidir:[20, səh. 102]
Uyğun məqsədlərin və məhdudiyyətlərin müəyyən edilməsi:
institusional və ya şəxsi məqsədlər, müddət üfüqü, riskdən qaçma və
verginin nəzərə alınması;
Uyğun strategiyanın müəyyən edilməsi: aktiv və ya passiv – qorunma
strategiyası;
Portfelin performansının ölçülməsi.
Ümumi götürsək, xərclərin maliyyə nəticələrinin təhlili mühasibatlığın
maliyyə funksiyası ilə paralel fəaliyyət göstərir. Xərclərin maliyyə nəticələrinin
təhlili ilə mühasibatlığın maliyyə funksiyası arasında fərq isə odur ki, maliyyə
mühasibatlığı keçmişə aid maliyyə hesabatlarının verilməsi ilə məşğuldursa,
xərclərin maliyyə nəticələrinin təhlili müəssisə, idarə və təşkilatın birbaşa gələcək
dövrdə uğurlu fəaliyyətinə yönəldilmiş strategiyanın əsasıdır.
Dostları ilə paylaş: |