Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti


Debitor və kreditor xərclərin təhlili metodu



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə16/26
tarix02.01.2022
ölçüsü1,15 Mb.
#45383
1   ...   12   13   14   15   16   17   18   19   ...   26
R-himov-B-hruz-Kamil-o-lu

2.2. Debitor və kreditor xərclərin təhlili metodu 

Mürəkkəb bazar konyukturası şəraitində hər bir müəssisə, idarə və təşkilatın 

davamlı fəaliyyət göstərməsi və bazarda mövcud olan rəqabətə tab gətirə bilməsi 

üçün  həmin  müəssisə,  idarə  və  təşkilatlar  mütləq  şəkildə  gəlirli  və  ya  səmərəli, 

rentabelli  fəaliyyət  göstərməlidirlər.  Hər  bir  müəssisənin  rentabelli  fəaliyyət 

göstərməsinin özəyində isə xərclərin və gəlirlərin maliyyə nəticələrinin analizi və 

düzgün  proqnozlaşdırılması  dayanır.  Müəssisələrin  gəlir  və  xərclərinin  maliyyə 

nəticələrinin  düzgün  qiymətləndirilməsi  son  nəticədə  həmin  müəssisənin  istehsal 




43 

 

və ya satış prosesindəki səmərəliliyini yüksəltmiş olacaqdır. Müəssisənin səmərəli 



fəaliyyətinə  təsir  edən  əsas  amillərə  isə  istehsal  xərclərinin  ümumi  məzmunu, 

dövlət ödəmələri, istehsal və ya satış ilə bağlı əhaliyə və ya qeyri-əhali təbəqələrinə 

göstərmiş  olduğu  xidmətlərə  görə  xərclər  və  sair  xərclər  aiddir.  Bu  səbəbdən  də 

müəssisə.  idarə  və  təşkilatların  həm  qısamüddətli  dövrdə,  həm  də  uzunmüddətli 

dövrlərdə  səmərəli  və  rentabelli  fəaliyyət  göstərə  bilməsi  üçün  yeganə  şərt 

xərclərin  düzgün  maliyyə  nəticələrinin  proqnozlaşdırılması  və  maliyyə 

nəticələrinin idarə olunaraq müəssisənin istehsal səmərəliliyi ilə qarşılıqlı əlaqəsini 

müəyyənləşdirməkdir.  Çünki  istehsal  prosesində gözdən  yayınacaq hər hansı  çox 

kiçik  xərc  belə  mənfəətin  azalması  və  ümumi  planda  müəssisənin  zərərlə 

işləməsinə təsir edə biləcək çox mühim bir ünsürdür.[8, səh. 96] 

Bu  səbəbdən  də  müəssisənin  fəaliyyətində  xərclərin  maliyyə  nəticələrinin 

müəyyən  edilməsi  əsas  prioritet  kimi  qəbul  olunmalıdır.  Müəssisənin  işgüzar 

fəaliyyətində  ən  əhəmiyyətli  məsələ  müəssisə,  idarə  və  təşkilatların  istehsal  və 

maliyyə-təsərrüfat  fəaliyyəti  nəticəsində  əldə  etdiyi  maliyyə  nəticələridir. 

Müəssisənin maliyyə göstəriciləri mənfəət və zərərlə ölçülə bilər.  

Müəssisənin  hesabat  dövründəki  işgüzar  fəaliyyəti  ilə  əlaqədar  mənfəət  və 

zərərlər  də  daxil  olmaqla  maliyyə  göstəriciləri  müəssisənin  özünəməxsus 

kapitalının artma və ya azalma səviyyəsi ilə müəyyən olunur. Müəssisə, idarə və 

təşkiatların  hesabat  dövründəki  işgüzar  fəaliyyəti  ilə  əlaqədar  olaraq  kapitalın 

artması mənfəətə. Azalması isə zərərə daxil esdilir. 

Müəssisələrin  maliyyə-təsərrüfat  fəaliyyəti  ilə  əlaqədar  olaraq  mənfəət  və 

gəlir aşağıdakı mənbələrdən formalaşır:[13, səh. 142] 

  Müəssisənin  bilavasitə  həyata  keçirdiyini  cari  fəaliyyətdən,  istehsal 

olunmuş  məhsulun  realizə  edilməsindən  və  görülmüş  işlərdən  və 

göstərilmiş  xidmətlərdən  əldə  olunan  maliyyə  nəticələri.  Bu  maliyyə 

nəticələri müəssisənin fəaliyyət keyfiyyətindən asılı olaraq mənfəət və 

zərərlə  nəticələnə  bilər.  Belə  ki,  məhsul  istehsalına  çəkilən  xərclər 

birbaşa  mənfəəti  azaldırsa,  həmin  istehsal  xərclərinin  azaltmaq  daha 

çox  mənfəət  əldə  etmək  olar.  Lakin,  burada  diqqət  yetirilməli  olan 



44 

 

nüans  məhz  Elmi-Texniki  Tərəqqinin  ən  son  nailiyyətlərini  istehsala 



cəlb etməklə istehsal xərcini azaltmaq mümkündür. İstehsal olunacaq 

məhsulun  keyfiyyətinin  aşağı  salınaraq  istehsal  xərcinə  qənaət 

olunarsa,  bu  son  nəticədə  müəssiyə  zərər  gətirər;  istehsal  olunmuş 

keyfiyyətsiz  və  ya  aşağı  keyfiyyətli  məhsulların  realizə  olunması 

çətinləşər və müəssisə, idarə və təşkilat bu istehsaldan mənfəət götürə 

bilməz və zərərə işləmiş olar. 

  əsas vəsaitlərin və aktivlərin satışından əldə olunan maliyyə nəticəsi. 

Qeyd  olunan  maliyyə  nəticəsinin  özəyində  mənfəət  dayanır.  Belə  ki, 

əsas  vəsaitlərin  və  aktivlərin  satışı  nəticəsində  müəssisə,  idarə  və 

təşkilatlar mənfəət əldə etmiş olurlar. 

  Satışla  əlaqədar olmayaraq  maliyyə-təsərrüfat  əməliyyatlarından  əldə 

olunan maliyyə nəticələri. Burada maliyyə nəticəsi kimi həm mənfəət, 

həm də zərər çıxış edə bilir. 

  Mənfəətdən büdcəyə ödəmələr üzrə maliyyə nəticələri. Bu nəticələrin 

özəyində isə yalnız və yalnız xərclər dayanır. 

Yuxarıda qeyd olunan maliyyə nəticələri əsasında, yəni mənfəət və zərərin 

yekunu  olaraq  müəssisə,  idarə  və  təşkilatlarda  kapital  artımı  və  ya  azalması 

müşahidə oluna bilər. 

Müəssisə,  idarə  və  təşkilatlar  hesabat  ilinin  tam  yekunu  əsasında  maliyyə 

nəticələrini  formalaşdırır.  Hesabat  ili  üzrə  balans  mənfəəti  büdcə  ilə 

hesablaşmaların  nəticə  nəzərə  alınaraq  müəyyənləşir.  Balans  mənfəəti  dedikdə, 

müəssisə,  idarə və təşkilatların bütün  istehsal və qeyri-istehsal  maliyyə-təsərrüfat 

fəaliyyəti nəticəsində əldə olunmuş mənfəətin yekunu başa düşülür. İşçilərin əmək 

haqqını,  qanunvericiliklə  müəyyən  edilmiş  vergi  dərəcələrini  və  digər  icbari 

tədiyyələr  ödəndikdən  sonra  müəssisə,  idarə  və  təşkilatların  sərəncamında  qalan 

mənfəət müəssisənin xalis mənfəəti hesab olunur. 

Hər bir müəssisə, idarə və təşkilatın maliyyə-təsərrüfat funksiyalarını həyata 

keçirən  zaman  gördüyü  işlərin  və  yaxud  da  göstərdiyi  xidmətlərin  müqabilində 

əlavə xərcləri yarana bilər. Bu qəbildən olan xərcləri adətən iki qrupa bölürlər: 



45 

 

  Debitor xərcləri



  Kreditor xərcləri. 

Müəssisələrin  maliyyə  təsərrüfat  fəaliyyəti  zamanı  göstərmiş  olduğu  işə, 

istehsal  etdiyi  məhsula  və  ya  digər  fəaliyyət  növünə  əsasən  hər  hansı  kənar 

müəssisəyə borcu yarana bilər ki, həmin borc iqtisadi ədəbiyyatlarda kreditor borc 

hesab olunur. Digər müəssisə və təşkilatların həmin təşkilata olan borcu isə debitor 

borc  hesab  olunur.  Başqa  sözlə  desək,  kreditor  borcu  müəssisənin  əsas  xərc 

istiqamətini  təşkil  edir,  yəni  ki,  müəssisənin  digər  müəssisələrə  verməli  olduğu 

borcdur.  Debitor  borcu  isə  kənar  müəssisə  və  təşkilatların  həmin  müəssisəyə 

verməli olduqları borcdur ki, bu da nəticədə müəssisənin gəlir mənbələrindən biri 

hesab olunur. 

İstənilən  halda  debitor  borclarına  nəzarətin  həyata  keçirilməsi  və  bu 

borcların vaxtında digər müəssisələrdən alınmasının təmin olunması müəssisələrin 

dayanıqlı  və  uzunmüddətli  fəaliyyətində  müstəsna  rol  oynayır.  Bir  çox  hallarda 

müəssisə, idarə və təşkilatların borcları “zəncirvari reaksiya” prinsipinə malik olur. 

Buna  misal  olaraq, məhsul  və  həmçinin  xidmət  (deyək  ki,  neft)  satarkən  xammal 

zavoda ötürülür (müəssisə təchizatçıya borclu qala bilir), buradan isə neft bazasına 

(obyekt  neft  zavoduna  borclu  qalına  bilir)  göndərilir  və s. göstərmək  olar.   Sonra 

isə borclar eləcə də bu zəncirvari yolla ödənilə bilir. Yəni anlamaq mümkündür ki, 

biz  iqtisadi  əlaqələrin  qarşılıqlı  asılılıq  mühitində  yaşayırıq  və  bir  məsuliyyətsiz 

borclu  olan  şəxs  bir  çox  şirkətlər  haqqında    borcun  qaytarılmaması  böhranını 

yaratmış ola bilər. 

İqtisadiyyatı kifayət qədər yüksək inkişaf etmiş ölkələrə nəzər salsaq görərik 

ki,  belə  ölkələrdə  dövriyyənin  sürətinin  artırılmasında  surroqat  pullardan,  başqa 

sözlə  desək,  istiqrazlardan,  veksellərdən  istifadə  olunur.  Lakin  dediyimiz  bu 

metodun  ölkəmizdə  tətbiqi  demək  olar  ki,  mümkün  deyildir.  Çünki  surroqat 

pulların  dövriyyəyə  daxil  olması,  eyni  zamanda  da  istiqrazların  və  yaxud  da 

veksellərin  dövriyyədə  olması  Fond  bazarının  yaranmasını  zəruri  edir. 

Respublikamızda isə bu dövriyyəni həyata keçirə biləcək fond bazarı olmadığından 




46 

 

dövriyyəyə  veksellərin  və  yaxud  da  istiqrazların  daxil  edilməsi  mümkünsüz kimi 



görünür. 

Qeyd  etdiyimiz  kimi,  hər  bir  müəssisənin  davamlı  fəaliyyətinin  əsasında 

məhz debitor borcların vaxtında alınması və bu borclara düzgün nəzarət edilməsi, 

başqa təbirlə desək, debitor borclar üzərində maliyyə menecmentinin düzgün təşkil 

olunması  dayanır.  Belə  ki,  heç  də  həmişə  müəssisə  debitor  borclarını  asanlıqla 

toplaya  bilmir.  Bəzi  hallarda  kənar  müəssisələr  öz  kreditor  borclarını  verməkdən 

imtina  edir.  Bunun  isə  əsas  səbəbi  kimi  məhz  həmin  müəssisələrin  borcları 

qaytarmaq istəməməsi deyil, borcu qaytara bilməməsi dayanır. 

Borcun  qaytara  bilinməməsində  əsaslardan  biri  də  müəssisənin  iflasa 

uğraması dayanır. Qanunvericiliyə əsaslansaq görərik ki, müflisləşmə prosesi həm 

könüllü, həm də məcburi şəkildə elan oluna bilər. belə ki, “Müflisləşmə haqqında” 

Azərbaycan  Respublikasının  Qanununa  əsasən,  fiziki  və  həmçinin    hüquqi  şəxs 

borclarını  qaytara  bilmədiyi  təqdirdə,  yəni  borclarının  məbləği  onun  xalis  olan  

aktivlərinin 10%-ni ötürsə, məhkəmə ya müflisləşmə prosesinin başlanıla bilməsi, 

ya  da  sanasiya  prosesinin  (şirkətin  “sağlamlaşdırılması”)  həyata  keçirilməsi 

barəsində qərar çıxarır.[12] 

Ölkə  səviyyəsində  vəziyyətə  nəzər  yetirəsi  olsaq  görərik  ki,  Azərbaycan 

Respublikasında  borcların  qaytarılmaması  ilə  əlaqədar  çox  da  ciddi  problem 

yoxdur.    Şirkətlərin  borcları  qaytarması  ilə  bağlı  problem  yarandıqda,  adətən  bu, 

pul  azlığı  və  ya  dövrün  qeyri-sabit  olmaması  deyil,  sadəcə  onların  kreditorları 

qarşısında  öhdəliklərə  qarşı  adi  məsuliyyətsizliyin  yaranması  ilə  əlaqədar  olur. 

Belə  vəziyyətdə  isə  ən  ideal  çıxış  yolu  məhkəməyə  müraciət  etməkdir.  Amma 

unutmamaq  lazımdır  ki,  Azərbaycanda  iddianın  ümumi  müddəti  10  il  müddətini 

təşkil  edir.  Həmçinin  mütəmadi  olaraq  yerinə  yetirilməli  olan  müqavilələr  üzrə 

iddia  müddəti  3  il,  əgər  müqavilə  predmeti  daşınmaz  əmlakdırsa,  sözügedən 

müddət 6 il olur. 

Bir  çox  hallarda  müəssisə,  idarə  və  təşkilatlar    krediti  verərkən  heç  də 

həmişə  qoyulmuş  girovun  verilən  məbləğə  uyğunluğunu  düzgün-həqiqətə  uyğun 

müəyyən  edə  bilmir.  Bu  da  o  səbəbdən  baş  verir  ki,  girovun,  eləcə  də  torpaq 



47 

 

sahələri,  daşınmaz  əmlak  və  s.-nin  bazar  qiyməti,  məsəl  üçün,  10  min  manat 



olduğu təqdirdə, dələduzluq və ya aldatma yolu ilə mövcud əmlakın  qiyməti 100 

minə  qaldırılır.  Nəticədə  isə  müvafiq  olaraq  da  kredit  təxminən  əlli  min  manat 

məbləğində  ayrıla  bilir.  Sonra  mübahisəli  vəziyyət  yaranan  zaman  kreditor 

məhkəmə yoluyla cavabdeh şəxsdən bu resursları almağa çalışarkən aydın ola bilir 

ki,  girov  qoyulan  kreditin  heç  yarısını  belə  ödənilə  bilmir,  borclu  şəxsin  isə 

ödəməyə pulu çatmır, vəya o, tam qanuni olaraq əsaslarla məhkəmə prosedurasını 

uzatmağa başlanıla bilər. 

Təcrübədə göstərilən qanunvericiliyin bu məsələlərdə ieal olmaması və onun 

tətbiq  olunması  zamanı,  xüsusən  də  tədbiq  olunan  qərarların  icrası  prosesində 

qüsurların  mövcudluğu  bankların  5-6  ildə  pullarını  geri  ala  bilməməsinə  səbəb 

olur.  Bununla  birlikdə,  məhkəmə  və  icra  vasitələri  hər  şeyi  həll  edə  bilən  “sehrli 

çubuq” deyildir. Bu səbəbdəndə kreditorlar ilk olaraq kreditlərin anderraytinqi və 

riskin dəyərləndirilməsi haqqında daxili prosedurları təkmilləşdirməlidirlər. 

 


Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin