1.2. Debitor və kreditor xərclərin mahiyyəti
Bazar iqtisadiyyatı şəraitində müəssisələrin maliyyə vəziyyətinin
yaxşılaşdırılması və maliyyə sabitliyinin təm in edilməsi, həmçinin, ödəmə
qabiliyyətinin gücləndirilməsi, onların iqtisadi potensialının artırılmasının zəruri
şərtlərindəndir. Bununla bərabər, ödəməmələrin uçotu və makroiqtisadi təhlili ölkə
23
iqtisadiyyatının bütün sahələrində fəaliyyət göstərən müəssisə, idarə və
təşkilatların səmərəli idarə edilməsində həlledici rol oynayır.[31]
İqtisadi cəhətdən inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, bazar
münasibətləri şəraitində təsərrüfat subyektlərinin özü, onlarla dövlət orqanları və
maliyyə bazarı arasında qarşılıqlı əlaqələrin miqyası genişlənir ki, bu da
mürəkkəbləşməkdə olan hesablaşmaların düzgün və dəqiq uçota alınmasına,
onların hərəkətinə nəzarətin gücləndirilməsinə olan ehtiyacı daha da artırır.
Maliyyə-təsərrüfat fəaliyyəti zamanı hər bir müəssisədə borclar, bununla
yanaşı başqa təşkilatlar qarşısında görülmüş iş və həmçinin xidmətlər həcmi və
işçilərə məvacib formasında borclar haqqında olan öhdəliklər yarana bilər.
Müəssisənin digər hüquqi və fiziki şəxslərə belə borcu kredit borcu adlanır.
Digər hüquqi və fiziki şəxslərin işlədiyi həmin təşkilata olan borcları isə
debitor borcu və həmçinin şəxslərin özü isə debitorlar adlandırılır. Debitor borclara
görə alıcı və sifarişçilərin əldə etdiyi məhsullara (xidmətə) görə borclarını daxil
etmək olar. Belə borcları həmçinin üçüncü tərəfə də satmaq olar.
Debitor borcları dedikdə, buraxılmış mallara, görülmüş işlərə və göstərilmiş
xidmətlərə, təhtəl məbləğlərə, məhsula verilmiş avanslara və digər bu tipli xərclərə
görə müəssisə, idarə və təşkilata olan borc məbləği başa düşülür.[29, səh. 12]
Kreditor borcları dedikdə isə, müəssisə, idarə və təşkilatların bütün növ
fiziki və hüquqi şəxslərə olan borc məbləğinin səviyyəsi başa düşülür. [29, səh.16]
Deməli onda, debitor borcları- müəssisə, idarə və təşkilatların “alacaqları”
hesab olunursa, kreditor borcları isə müəssisə, idarə və təşkilatların “verəcəkləri”
hesab olunur.
Ödəməmələri yaradan dörd faktor səciyyələndirilir. Birinci faktor dövriyyə
vəsaitlərinin sıradan çıxarılması ilə real sektorun pulsuzlaşdırılmasıdır. Bu, çox
sadə şərhdir. Burada məhsulun dəyərinin qiymətləndirilməsində m aterial xərcləri
m aya dəyərinə alış qiyməti ilə daxil edilir. Hər şey də bununla başlayır. Burada
diskontlaşma nəzərə alınmır. Artan inflyasiya qiyməti qısa bir müddətdə heçə
endirir və dövriyyə vəsaitlərini sıradan çıxarır və bu zaman yeni məhsulun
alınmasına vəsait qalmır. Bu, ödəməmələri yaradan ilk mühüm amildir. Belə
24
iqtisadi vəziyyətdə pulu müxtəlif əvəzləyicilər, barter, natural mübadilə əvəz edir.
Ümumiyyətlə, bu vəziyyət özü paradoksaldır. Dövriyyə vəsaiti olmadan necə
işləmək mümkündür? Ödəməmələri yaradan ikinci faktor daha dağıdıcı xassə
daşıyır. Bu, əhali gəlirlərinin nağd pul vəsaitlərindən məhrum edilməsi ilə
yaranmış vəziyyətdir. Üçüncü faktor büdcə-vergi "bumeranqı" effekti ilə bağlıdır.
Dördüncü - sonuncu faktor isə iqtisadiyyatın dollarlaşdırılm ası ilə səciyyəvidir.
Dollarlaşma çoxfaktorlu bir proses olub, bir sıra səbəblərdən irəli gəlir.
Dollarlaşma, ilk növbədə, milli valyutanın uzunmüddətli sabitliyinə inamın aşağı
olm ası və bu səbəbdən cari ödəmələrin həyata keçirilməsi və eləcə də yığım
vasitəsi kimi daha güclü xarici valyutaya tələbin yaranm ası ilə əlaqədardır. [30,
səh. 106]
Gəlirlər və ya xərclər həmişə müəssisələrin hasabatında pul vəsaiti mədaxil
yaxud məxaric olanda tanınmırlar. Maliyyə hesablaşmasının əsas prinsipləri məhz
bunu izah edir. Hesablaşmanın əsas prinsipi odur ki, pul vəsaitlərinin hərəkətindən
asılı olmayaraq gəlir qazanıldıqda, xərc isə çəkildikdə tanımaq lazımdır.
Hesablaşmalar 4 kateqoriyaya ayrılır. Bunları qısa şəkildə aydınlaşdıraq: [30,
səh.451]
Qazanılmamış gəlir. Siz pulu gəliri qazanmazdan öncə qəbul edirsiz.
Buna qəzet istehsalı ilə məşğul olan müəssisəni misal olaraq göstərə
bilərik. Fərz eliyək ki, qəzet istehsalı ilə məşğul olan B şirkəti ilə
xidmət sahəsində fəaliyyət göstərən C şirkətinin arasında 2015-ci il
yanvar ayında müqavilə bağlanmışdır. Müqaviləyə əsasən B şirkəti
2015-ci il dövründə C şirkətinə həftə ərzində 300 ədəd qəzet
göndərəcək. B şirkəti müqavilədə göstərilən satış məbləğini (3 min
dollarıı) müqavilə imzalanmış tarixdə qəbul etməkdədir. Bu gəlir B
müəssisəsinin balans hesabatlarında qazanılmamış gəlir olaraq qeyd
olunur. Belə ki, baxmayaraq satış məbləği alınıb, qəzet C şirkətinə
2015-ci ildə göndəriləcək. Demək ki onda bu kateqoriya kreditor
xərclərini əhatə etməkdədir.
25
Hesablanmış və alınmış gəlir. Gəlir qazanılıb, amma pul vəsaitləri
hələ də daxil olmayıb. Misal üçün, ofis ləvazimatı satan A müəssisəsi
2014-cü il ərzində 500 min dollar həcmində satışlar reallaşdırmışdır
və müqaviləyə əsasən satış məbləği gələcək il ödəniləcək.
Baxmayaraq ki, satış məbləğləri gələn il alınan A şirkəti gəliri (500
000 dolları) bu il tanıyıb. Çünki, A müəssisəsi malları alıcıya
göndərib. Deməli onda bu kateqoriya müəssisənin debitor xərcinin
əsasında dayanan mənbələrdən biridir.
Öncədən ödənilmiş xərclər. Xərclər tanınmazdan əvvəl pul ödənir.
Buna ən düzgün misal icarə xərcidir. X müəssisəsi ofis icarəyə
götürüb, 2015-ci ildə illik icarə haqqını (7500 dollar) 2014-cü il
dekabr ayında ödəyib. Bu xərclər 2014-cü ilin xərcləri deyil, amma
ödəniş 2014-cü il ərzində aparıldığına görə balans hesabatında mütləq
qeyd olunmalıdır.
Hesablanmış və ödənilməmiş xərclər. Şirkət balans hesabatında
xərcləri tanıyır, amma bu xərclərə dair heç bir ödəmə aparılmamışdır.
Fərz eliyək ki, Y şirkəti əməkdaşlarının 2014-cü il dekabr ayının əmək
haqlarını (cəmi 1 milyon dollar) ödəməyib. 2014-cü ilin axırına olan
balans hesabatlarında Y müəssisəsi baxmayaraq ki, əmək haqlarını
ödəməyib, bu xərci özündə göstərməlidir. Deməli onda, bu kateqoriya
da özü-özlüyündə müəssisə, idarə və yaxud da təşkilatın əsas debitor
xərc mənbələrindən hesab olunur.
Adətən müəssisələrin borcları “zəncirvari reaksiya” vermək xüsusiyyətinə
malik olur. «Məsəl üçün, məhsul və xidmət (məsələn, neft) satarkən xammal
zavoda göndərilir (müəssisə təchizatçıya borclu qalır), ordan neft bazasına ( obyekt
neft zavoduna borclu olur) göndərilir və s. Sonra isə borc məhz bu zəncirvari yolla
ödənir. Yəni başa düşmək lazımdır ki, biz iqtisadi münasibətlərin qarşılıqlı asılılıq
vəziyyətində yaşayırıq və bir məsuliyyəti olmayan borclu şəxs bir sıra şirkətlər
üçün borcların qaytarılmaması böhranını meydana gətirə bilər.
26
İnkişaf edən bazar iqtisadiyyatına malik ölkələrdə dövriyyənin sürətini
artırmaq məqsədilə pul vəsaitləri ilə yanaşı, “surroqat pullar”dan, məsəl üçün,
veksel, istiqrazlardan istifadə olunur. Ancaq belə maliyyə alətlərinin tətbiq
olunması ölkəmizdə fond bazarının inkişaf etməməsinə görə məhduddur.
Borcu qaytarmamaq üçün bir variant da borclu olan müəssisənin iflası
mümkündür. Qanunvericiliyə görə, bu proses həm könüllü, həm də ki, məcburi
şəkildə həyata keçirilir. Fiziki yaxud hüquqi şəxslər borclarını qaytara bilmədiyi
təqdirdə, yəni borc məbləği onun xalis aktivlərinin 10 %-ni keçirdi təqdirdə,
məhkəmə və ya müflisləşmə prosedurasının başlanması, yaxud sanasiya
prosesinin (müəssisəinin “sağlamlaşdırılması”) həyata keçirilməsi haqda qərar
çıxarır.[12]
Ölkə miqyasında duruma nəzər yetirsək, bizdə borcun qaytarılmamasıyla
bağlı ciddi problemin olmadığını görürük. Müəssisələrin borcları qaytarmaqla
bağlı problemləri yarandıqda, adətən bu pul azlığı yaxud dövrün qeyri-stabilliyi ilə
deyil, sadəcə onların kreditorlarının qarşısında öhdəliklərə qarşı adi məsuliyyətin
olmamasıyla haqqında olur. Bu vəziyyətdə ən uyğun çıxış yolu məhkəməyə
müraciət etmək yoludur. Lakin yadda saxlamaq lazımdır ki, ölkəmizdə iddianın
ümumi müddəti 10 il təşkil edə bilir. Hətta mütəmadi olaraq yerinə yetirilməli olan
müqavilələr haqqında iddia müddəti 3 il və əgər müqavilə predmeti daşınmaz
əmlakdırsa o halda müddət 6 il olur.
Bank kreditinin qaytarılması ilə bağlı ən önəmli xərclər keyfiyyətsiz həyata
keçirilə bilən anderraytinq və bununla yanaşı kredit verərkən riskin yanlış
müəyyən edilməsidir. Həmçinin cavabdeh tərəfin məhkəmə prosesini qəsdən
uzatması da bura daxildir.
Çox zaman təşkilat krediti verərkən heç də hər zaman qoyulmuş girovun
verilmiş məbləğə uyğunluğunu düzgün şəkildə dəyərləndirmir. Bu isə ona görə baş
verir ki, girovun ( torpaq ərazisi və daşınmaz əmlak və s.) bazar qiymətləri,
məsələn, on min manat olduğu anda, dələduzluqla onun qiyməti 100000-ə qaldırıla
bilir; buna uyğun olaraq da kredit təxminən 50 min manat məbləğində
ayrılmaqdadır. Sonradan mübahisəli vəziyyət anında kreditor məhkəmə yoluyla
27
cavabdeh şəxsdən bu resursları almağa çalışarkən müəyyən olur ki, girov olunan
kreditin heç də yarısını belə ödəmir bununla yanaşı borclu şəxsin isə ödəməyə pulu
yoxdur, və ya o, tam qanuni əsaslar ilə məhkəmə prosesini uzatmağa çalışır.
Təcrübədə qanunvericiliyin bu haqqda mükəmməl ola bilməməsi və onun
tətbiq olunması zamanı, xüsusən də qərarların icrası prosesində qüsurların
mövcudluğu bankların 5-6 ildə pullarını geriyə ala bilməməsinə səbəbiyyət verir.
Beləliklə, məhkəmə və icraçılar hər şeyi həll edə biləcək “sehrli dəyənək” deyil.
Bunun üçündə kreditorlar ilk olaraq kreditlərin anderraytinqi və riskin
dəyərləndirilməsinə görə daxili prosedurları daha da təkmilləşdirməlidirlər.
Firmalara kreditor borcu (creditor debts to companies) - firmaların
hesablaşmalarının mühasibat uçotu hesabatlarında göstərilən kreditor borcunun,
həmçinin veksellərin və avansların vəziyyətini özündə göstərir. Kreditor borcları
malgöndərənin yüklənən məhsula, yerinə yetirilən işlərə və göstərilən xidmətlərə,
həmçinin verilən təminatlı veksel və avanslara görə borclarını, eləcə də material
itkilərinin ödənməsi üzrə borcları özündə ehtiva edir. Bundan başqa, kreditor borcu
müəssisənin bütün növlərində büdcəyə ödəmələrini, işçilərə əmək haqlarının və
digər ödəmələrdə vəsaitlərin verilməsi, dövlət qeyri-büdcə fondlarına ödəmə əsaslı
borclarını göstərir. Şirkət, rəsmi qanunvericiliyə görə, sahibkarlıq fəaliyyətini
formalaşdıran və bu cür fəaliyyətlər üçün yaradılan aşağıda göstərilən qurumlar
deməkdir: Respublikamızın qanunvericiliyinə müvafiq şəkildə yaradılan hüquqi
şəxs; xarici dövlətlərin qanunvericiliyinə uyğun şəkildə yaradılan hüquqi şəxslər
(korporasiya, şirkət, firma və digər analoji qurum), eləcə də onların filial və ya
daimi nümayəndəlikləri. Şirkətlərə maliyyə qoyuluşları isə digər müəssisələrin
qiymətli kağızları və nizamnamə fondlarına uzunmüddətli və qısamüddətli
investisiyaların miqdar və hərəkəti haqda informasiyanı, eləcə də ölkə daxili və
xarici ölkələrdə verilmiş borcları əks etdirir.[31]
Dostları ilə paylaş: |