Məqsəd və metodologiya
«Fərdi iş» forması şagirdin yaradıcı və
kreativ mahiyyətdə inkişaf edən şəxsiyyət
kimi formalaşmasına çox geniş sosial-pedaqoji
perspektivlər açır. Sosial psixologiyadan bizə
məlumdur ki, yaradıcılıq fenomeni sosiallaş-
manın mühüm şərtinə çevrilmiş elementlər
sırasındadır. İnsan psixologiyasında qazanılan
keyfiyyətlərin ictimai bazası çoxaldıqca həmin
xüsusiyyətlərin sosial mahiyyətinə kreativ
zonalarda təzahür olunur. Sonrakı mərhələ-
lərdə əvvəlki təcrübə ilə yeni qazanılacaq təc-
rübənin assosiasiyası baş verir. Assosiasiyanın
gedişinin kəsb etdiyi istiqamət yaradıcılığın
tələbatları və motivləri səviyyəsinə tabe olaraq
daha optimal səviyyənin qət olunmasını labüd-
ləşdirir [Qəhrəmanov A. 2012, Zamanova M.
2017]. Deməli, qarşılıqlı münasibətlər
şəraitində yaradıcılıq psixologiyasının spesifik
xüsusiyyətləri ondan ibarətdir ki, bu tendensiya
ictimai situasiya yaranan kimi assosiasiyaların
adi gedişindən kənara çıxır. Bu iş formasının
tətbiqinə və istifadəsinə üstünlük verildikdə
dərsdə vaxt itkisinin qarşısı alınır, çünki bu
prosesdə, eyni zamanda, sinif kollektivinin
hər bir üzvü öz üzərinə düşən akademik məsu-
liyyəti hiss edərək düşünür və uğurlu nəticə
almağa çalışır. Onu da qeyd etməliyik ki, sinif
kollektivinin hər bir üzvündə müstəqil fəaliyyət
mexanizminin yaradılması məsuliyyəti bila-
vasitə müəllimin üzərinə düşür. Müəllim məhz
Sahil Cəfərov
Dostları ilə paylaş: |