Giriş
Təlim strategiyası dedikdə tədris prosesində
istifadə olunan forma, üsul, vasitə və
yanaşmaların məcmusu başa düşülür. Həmin
strategiyanın məzmunu, ilk növbədə, təlim
formalarında yeni perspektivlərə yol açır.
Sosial-pedaqoji planda təlim formaları aşağı-
dakı kimi sistemləşdirilir.
Təlim formalarının ilkin və sadə mərhələsi
«Fərdi iş» formasıdır. «Fərdi iş» şagirdin
fəaliyyətini izləmək, potensial imkanlarını
müəyyənləşdirmək və inkişaf etdirmək məqsə-
di daşıyır [Qəhrəmanov A. 2012; Veysova Z.A.
2012]. Şagirdin müstəqil fəaliyyəti üçün elmi-
pedaqoji və metodik imkanlar yaradıldıqda
həm onun tədqiqatçılıq qabiliyyəti, həm də
daxili potensialı artır. Böyük alman pedaqoqu
P.Natorpun qeyd etdiyi kimi, «...nəticədə insan
artıq kənar şəxslərin deyil, daxili potensialının
hesabına cəmiyyətdə fəal mövqe qazanır,
formalaşır və mükəmməl sosiallaşma yolunu
keçir» [ Əlizadə Ə., Bayramov Ə. 2003, s.176].
«Fərdi iş» zamanı şagirdin idraki və psixo-
motor imkanları genişlənir, onun kommu-
nikativ bacarıqlarının formalaşması üçün
pedaqoji və psixoloji zəmin formalaşır, ünsiyyət
qurmağa mənəvi-psixi cəhətdən hazırlıq təmin
olunur. «Fərdi iş» formasının reproduktiv
xarakter daşıması, yəni şagirdlərə verilən
tapşırıqlarda müstəqil tədqiqat və yaradıcılıq
xarakterinin olması nəticəsində onların
istifadəsi öz növbəsində lazım olan sərbəst
və yaradıcı düşünmə qabiliyyətli keyfiyyətlərini
inkişaf etdirməyə şərait yaradır [Ağayev Ə.
2006, s.145 ]. Buna görə də bir çox hallarda
bu iş formasının xarakterik elementləri
tədqiqatçılıq və yaradıcılıq prinsipləri ilə
zənginləşdirilməlidir.
Dostları ilə paylaş: