Xülasə Tədqiqatın məqsədi Azərbaycan ərazisində qədim dövrlərdən hazırki dövrədək


 Qədim Azərbaycan ərazisində vergi sisteminin təşəkkül tapması



Yüklə 380,7 Kb.
Pdf görüntüsü
səhifə3/7
tarix02.01.2022
ölçüsü380,7 Kb.
#46140
növüXülasə
1   2   3   4   5   6   7
arastirmax-azrbaycan-razisind-vergi-sisteminin-inkisaf-tarixi

2. Qədim Azərbaycan ərazisində vergi sisteminin təşəkkül tapması

Qədim maliyyə institutu olan vergi sistemi dövlətin yaranması ilə eyni bir vaxtda

təşəkkül tapmışdır. Azərbaycanda vergi sisteminin inkişaf tarixini şərti olaraq bir

neçə dövrlərə  bölmək olar. 

Birinci dövr qədim dövr olmaqla Sasani imperiyası, Ərəb xilafəti və xilafətdən

sonrakı dövrləri əhatə edir;

İkinci dövr klassik vergi nəzəriyyələri əsasında vergi sistemlərinin təşəkkül tap-

ması dövri ilə bağlıdır.

Üçüncü dövr müasir vergi sistemlərini əhatə edir. 

Qədim Şərqin bütün ölkələrində qədim dövrdə vergiqoyulma özünün natural

xarakteri ilə yanaşı, qeyri-mütəşəkkilliyi və təsadüfiliyi ilə xarakterizə olunurdu.

Belə  ki,  zəbt  olunmuş  ərazilərin  əhalisinə  qarşı  son  dərəcə  sərt  vergi  siyasəti

yeridilmiş, onsuz da müvafiq vergi və mükəlləfiyyətlərə cəlb edilən əhalini, əlavə

olaraq yeni öhdəliklərə - bac, xərac, cizyə və töycülər ödəməyə məcbur etmişlər.

Qədim dövrdə Şərq ölkələrindən biri kimi, Azərbaycan dövlətinin də ərazisində müx-

təlif natural vergi və yığımlar: uşr, xərac, cizyə, töycü və s. ödəmələr tətbiq olunurdu.

Azərbaycan torpaqlarında yaşayan əhalidən yığılan həmin vergilər müxtəlif dövr-

lərdə müxtəlif imperiyaların xəzinələrinin gəlir mənbəyini təşkil edirdi. Tətbiq olu-

nan vergi və ödəmələrin hər birinin spesifik alınma və yığım qaydaları və şərtlərinin

olmasına baxmayaraq, vergi yükünün ağırlığı bir qayda olaraq aşağı təbəqənin,

əhalinin üzərinə qoyulurdu.

Sasani imperiyası VII əsrdə Qədim dünyanın (Avropanın) şərq sahəsini təşkil

edirdi  [1].  Qədim  mənbələrdə  imperiya  xəzinəsinə  bac  verən  Azərbaycan  tor-

paqlarından Layzanşah və Şirvanşah torpaqlarının adı çəkilir. Prof. M.X.Şərifli qeyd

edirdi ki, həmin bac - «xaraq» adlanırdı. Beləliklə, əvvəllər «xaraq», sonrakı yüzil-

liklərdə isə «xərac» adlanan qədim vergi ilk dəfə Sasanilər sülaləsi tərəfindən tətbiq

edilmişdir.

Tədqiq olunan dövrdə vergi və məcburi ödəmələrin yığım qaydalarına gəlincə,

demək lazımdır ki, müxtəlif hakimlər tərəfindən yığımın ayrı-ayrı qaydaları tətbiq

olunurdu. Sasani imperiyası dövründə daha mükəmməl qayda I Xosrov Ənuşirəvan

A.Musayev. Azərbaycan ərazisində vergi sisteminin inkişaf tarixi



AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 7/2011.

103


tərəfindən qoyulmuşdu. Onun əmri ilə bütün imperiya əhalisinin siyahıya alınması

və  torpaq  sahələrinin  və  mülklərinin  kadastrı  həyata  keçirildi.  Bu  siyasətin

nəticəsində bütün vilayətlərdən, habelə bütün Azərbaycan ərazilərindən xəzinəyə

daxil olan vergilərin yığımı qaydaya salındı.

Müqəddəs Quran Allah tərəfindən müsəlmanlara və bütün dünyanın insanlarına

bəxş edilən keçmiş və gələcək haqqında həqiqətləri özündə təcəssüm etdirən müdrik

bir kitabdır. Məlumdur ki, Quran sələmçiliyi qadağan edir. Bu barədə «Əl-Bəqərə»

Surəsi 275-ci ayədə konkret olaraq deyilir ki, «Sələm (faiz) yeyənlər qəbirlərindən

ancaq şeytan toxunmuş kimi qalxarlar. Allah alış-verişi halal, sələm (faiz) almağı

isə haram etmişdir. Allah sələmi məhv edər, sədəqələri isə artırar» [2].

Qurani-Kərim müsəlmanların bir neçə maddi və maliyyə öhdəliklərini (fərzlərini),

o cümlədən, 6-cı Surə- Əl-ən’am» Surəsi 141 ayədə – «haqq»; 2-ci Surə - «Əl-

Bəqərə»  Surəsi  267-ci  ayədə-  «infaq»;  9-cu  Surə  -  «Ət-tövbə»  60-cı  ayədə  -

«sədəqə»; 2-ci Surə - «Əl-Bəqərə» surəsi 184-cü ayədə - «fitrə» (fidyə); 2-ci Surə

«Əl-Bəqərə» surəsi 43-cü ayədə - «Zəkat» (vergi) müəyyən edir.

Qurani- Kərimdə «Əl-Bəqərə» Surəsinin 272-ci ayəsində sədəqənin anlayışı və

məzmunu göstərilmişdir.  Belə ki, sədəqə Allah yolunda canından keçərək özünü

dolandırmaq üçün yer üzərində hərəkət edə bilməyən və ya buna imkanı olmayan

yoxsullar üçün nəzərdə tutulan belə şəxslər,  əslində, dilənçilikdən çəkindiklərinə

görə bəziləri onları dövlətli hesab edə bilərlər. Onlar heç kəsdən israrla bir şey

istəməzlər.

Sədəqə  haqqında  Qurani-Kərimdə  yazılan  ayələri  təhlil  edərək  belə  qənaətə

gəlmək olur ki, sədəqə könüllü surətdə verilməsi nəzərdə tutulan ianədir. Maddi

köməkdir, haqqdır, ödəncdir. Lakin onun verilməsi biz müsəlmanlar üçün fərz, yəni

öhdəlik, vəzifə hesab edilməlidir. Sədəqə verməklə hər bir müsəlman əslində mənəvi,

psixoloji, maddi cəhətdən rahatlıq tapır. Ona görə ki, bununla onun bir kimsəyə

köməyi  dəymiş,  bir  kimsənin  ailəsini  aclıqdan  qurtarmış,  bir  kimsənin  maddi

vəziyyətini yüngülləşdirmiş olur [3].

Sənətə görə, müsəlmanın digər fərslərindən, yəni vəzifələrindən biri də «fitrə»

verməkdir. Fitrə Ramazan ayının sonunda müsəlmanlar tərəfindən icra olunan fərs-

dir. Fitrənin verilməsi həmin Ramazan ayında oruc tutmaq qədər mühüm olan və-

zifədir («Əl-Bəqərə» surəsi, 183-185 ayələr). Fitrə- yoxsullara münasibətdə olunan

köməkdir. 

Quranın 23-cü «Əl-muminin» surəsinin 4-cü ayəsində; 24-cü «Ən-Nur» surəsinin

56-cı ayəsində; 41-ci «Fussilət» surəsinin 7 və 8-ci ayələrində müsəlmanların başlıca

vəzifəsinin zəkat olduğu göstərilir. Bütövlükdə 107-ci surə isə «Əl-Maun» surəsi isə

elə «zəkat» adlanır və zəkatın verilməsini müsəlmanlar üçün məcburi vəzifə hesab

edir. Müqəddəs Quran zəkata böyük əhəmiyyət verir. 

Qurani-Kərimdə bütün əks olunan və verilməsi nəzərdə tutulan ianələr və ödənc-

lərin hərəsinin özünəməxsus xüsusiyyəti, təyinatı və məqsədləri vardır. Belə ki,




104

sədəqə nə məcburdur, nə də verilmə vaxtı və miqdarı məlumdur. Sədəqə- qazanclar-

dan Allah yolunda sərf etmək, kasıblara, imkansızlara kömək etmək deməkdir («Əl-

Bəqərə», 273-cü ayə) Haqq- Quranın 16-cı surəsi olan «Əl-Ənam» surəsinin 141-ci

ayəsinə görə, Allahın yaratdığı bağ-bağatın bəhrələrindən həm insanların özlərinin

istifadə etməsi və habelə, o bəhrələrin yığımı günü haqqının ödənilməsini müəyyən

edən borcdur.

Şəriət vergiyə cəlb olmanın daha bir formasını da müəyyən etmişdir ki, ona

“xüms” deyilir. Xüms-əmlak və işgüzarlıqdan alınan vergi olaraq, gəlirin beşdə bir

hissəsini əhatə edir.

İslamda vergi sistemi insanların ən ali davranış qaydaları ilə, özünü dərketmə

prinsipi ilə əlaqələndirilir. Yəni hər bir şəxs əldə etdiyi gəlirin artıq qalan hissəsindən

beşdə bir düsturu ilə xüms verməlidir.

VIII əsrin  ikinci yarısından  XIII əsrin  əvvəllərinədək  olan  Ərəb  Xilafəti  dövrü

Azərbaycanın  orta  əsr  mədəniyyəti  və  iqtisadiyyatı  tarixində  daha  məhsuldar

olmuşdur. 

Tarixi faktlar göstərir ki, xərac müsəlman dövlətlərində tətbiq edilən vergi ol-

maqla, üç formaya malik idi: birincisi, əraziyə və torpağın ölçüsünə görə nağd pulla

alınırdı ki, buna «misahə» xəracı deyilirdi; ikincisi, xalis məhsula görə natural for-

mada tutulurdu, buna «müqasimə» deyilirdi; üçüncüsü, torpağın ölçüsü və məhsulun

miqdarına  görə  deyil,  yalnız  müəyyən  bir  məbləğ  nəzərdə  tutulurdu  ki,  bu  -

«müqatsə» adlandırılırdı [4].

Xərac sistemi həm Sasanilər dövründə, həm də sonrakı yüzilliklərdə dövlətin

əlində əhaliyə qarşı əsas istismar aləti olmuşdur.

Qədim mənbələrə istinad edən tarixçilərin əsərlərindən görünür ki, orta əsrlərdə

xərac  vergisinin  tətbiq  edilməsi  ağır  şəraitdə  həyata  keçirilir  və  bütün  Şərq

ölkələrində olduğu kimi, Azərbaycanda da vergi, dövlətin əlində kəndliləri var-yox-

dan çıxarmaq aləti idi. 

Belə ki, silah gücünə işğal edilən torpağın əhalisi islamı qəbul etdiyi təqdirdə tor-

paq onun əlində qalırdı. Bununla belə, torpağa görə xərac vergisi və məhsuldar zəkat

ödənilməli idi. Lakin islamı qəbul etməyən əhalinin torpaqları əllərindən alınıb, tor-

pağı işğal edənlərə paylanırdı. İslamı qəbul etməyən əhali dövlətə can vergisi -

«cizyə» verməli idi. Əgər islamı qəbul edərək torpağı becərərdilərsə, bu torpağa görə

xərac vergisi ödəməli idilər.

Mənbələrə görə orta əsrlərdə tətbiq edilən vergilərin içərisində ən ağırı elə xərac

vergisi idi.

Ərəb Xilafəti dövründə «cizyə» (Sasanilər dövründə - gizit) can vergisi olub, tər-

cümədə «dövlətin təbəəsi olmaq» mənasını daşıyırdı. Bu vergi pul formasında tətbiq

olunurdu. İşğal edilən torpağın əhalisi İslamı qəbul etməkdən boyun qaçırırdılarsa,

onlardan dövlətin xeyrinə «cizyə» alınırdı. Beləliklə, cizyə - əhalinin müsəlman ol-

mayan təbəqələrindən alınan can vergisi olmuşdur.

A.Musayev. Azərbaycan ərazisində vergi sisteminin inkişaf tarixi



AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 7/2011.

105



Yüklə 380,7 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin